ANA SƏHİFƏ / HÜQUQ

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

37558    |   2020-03-17 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.

Adalet.az-n Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

- vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

- yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).



İmza:
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK