ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda dövlət strukturları bayram günlərində adi iş rejimində çalışacaq

8969    |   2020-03-14 23:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

• Azərbaycan Respubikasının Nazirlər Kabineti

• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və
özəl səhiyyə müəssisələri)

• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirlikləri)

• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

• Azərbaycan Respublikasının Baş Prokurorluğu

• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

• Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi

• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

• Azərbaycan Respublikasının Mərkəzi Bankı

• "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

• "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

• "Azəriqaz" İstehsalat Birliyi

• "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

• Azerbaycan Respublikasinin Dövlet Neft Şirkəti (SOCAR)

• "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.



İmza:

Hacı Şahin Həsənli: İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə intihar, başqasını yoluxdurarsa qatil hesab olunur

Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

DİN: Polis postlarından yayınaraq ara və köməkçi yollardan keçməyə cəhd edən 333 nəfər cərimələnib

Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib

Operativ Qərargahın növbəti iclası keçirilib

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

Bakı sakini evdə tibbi maska hazırlayır - VİDEO

Səbail rayon icra başçısı sakinlərə səsləndi - - FOTO

Umayra Tağıyeva: “Avtomobillərin sayının azalması paytaxtda havanın keyfiyyətinə təsir edib”

Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

UNEC evlərdən distant təhsilə başlayır

Ötən gün xüsusi karantin rejimini pozan 9 nəfər inzibati qaydada həbs edilib

Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

İbrahim Məmmədov: “Nə qədər ki, bu tendensiya davam edəcək, mənfi istiqamətdə gedəcəyik”

Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

"Azərenerji": Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizdir

Borcu olan abonentlərin suyu kəsilməyəcək - RƏSMİ

BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”

Fəaliyyətinə icazə verilən şəxslərin avtomobillə sərnişin daşıması qadağan olunacaq

Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK