nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AZAL-dan mühüm açıqlama: Biletləri qaytara bilərik! Adalet.az | AZAL-dan mühüm açıqlama: Biletləri qaytara bilərik! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

AZAL-dan mühüm açıqlama: Biletləri qaytara bilərik!

6656    |   2020-03-13 20:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

Qurumdan verilən məlumata görə, Azərbaycan Hava Yolları aviaşirkəti və aşağıbüdcəli "Buta Eyrveys” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir. Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və "Buta Eyrveys” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci ilin martın 31-dək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

- yeni aviabiletlərin uçuş tarixi 2020-ci ilin dekabrın 31-dən gec olmamalıdır;

- biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: AZAL aviaşirkətinin "Economy Flex” tarifi və "Buta Eyrveys”aşağıbüdcəli aviaşirkətinin SUPER tarifi.

Bu halda sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar AZAL və "Buta Eyrveys”aviaşirkətlərinin "Economy Flex” və SUPER tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.




İmza:

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Səbail rayon icra başçısı sakinlərə səsləndi - - FOTO

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

“Azərişıq” ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO

Səhiyyə Nazirliyinin rəsmisi: “Koronavirusa yoluxmayanların tibb müəssisələrinə müraciət etməsi nəzərə alınıb”

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

Neftçalada xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə alınmış vətəndaşlarla görüşüblər

Umayra Tağıyeva: “Avtomobillərin sayının azalması paytaxtda havanın keyfiyyətinə təsir edib”

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK