nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycan və ÜST arasında Donor Sazişi imzalanıb Adalet.az | Azərbaycan və ÜST arasında Donor Sazişi imzalanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan və ÜST arasında Donor Sazişi imzalanıb

5263    |   2020-03-13 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

13 mart 2020-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında "Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Adalet.az-ın məlumatına görə, sözügedən donor sazişi dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan Respublikası Hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 6 mart 2020-ci il tarixli qərarına əsasən imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST Baş direktoru cənab Tedros Gebreyesus tərəfindən imzalanmış donor sazişi Azərbaycan Respublikası Hökuməti tərəfindən ÜST-ün "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVİD-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı, ÜST Baş direktoru Azərbaycan Hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVİD-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımı ehtiyat tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirmişdir. ÜST Baş direktoru Azərbaycan tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST adından Azərbaycan Hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə etmişdir. ÜST Baş direktoru qeyd etdi ki, 2018-ci ilin iyul ayında başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin ÜST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.
Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən ÜST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan Hökumətinin müraciəti əsasında ÜST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə etmişdir.
Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVİD-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırmışdır. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən ÜST-ün qlobal miqyasda COVİD-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVİD-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki ÜST-ün Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir.

Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.



İmza:

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Mehriban Əliyevadan yaz paylaşımı - VİDEO

ÜST-ün Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Xırdalan və Sumqayıtda da postlar quruldu - RƏSMİ

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN

Aqil Abbas: “Əvvəllər bizə gəlirdilər, indi qohum-əqrəbaya demişəm ki, hamınız evdə qalın...”

Gənc deputatdan xeyirxah addım - FOTO

Mehriban Əliyevadan xalqa çağırış: “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”

İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM

İlqar Rəsul: 1 APREL

Bu şəxslər 100 manat məbləğində cərimələnə bilər

Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı

SON XƏBƏRLƏR
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK