nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb Adalet.az | Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb

18722    |   2020-03-13 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda, nazirin birinci müavini Vaqif Əliyev Quba rayonunda, nazir müavini Rafiq Bayramov isə Xaçmaz rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən Adalet.az-a verilən məlumata əsasən, qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşündə sakinlər tərəfindən "Yarat Müasir İncəsənət Məkanı” İctimai Birliyinin səyyar sərgisinin Siyəzəndə təşkili, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi və eləcə də muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılarda iştirakının təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda həmçinin Siyəzən şəhər Uşaq incəsənət məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazirə müraciət edilib.

Nazirin birinci müavini Vaqif Əliyevin Quba rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Quba və Qusar rayon sakinləri tərəfindən Qusar Rayon Dövlət Rəsm Qalereyasının nəzdində sənətkarlıq məhsullarının satışı köşkünün yaradılması, "Könüllülər teatrı” üçün səhnə geyimlərinin verilməsi, Qusar rayon Mərkəzi Kitabxanasının 90 illiyinin keçirilməsi, Qubada etnoqrafiya muzeyinin yaradılması, Amsar-Qışlaq kəndində kitabxananın bərpa edilməsi ilə bağlı məsələlər səsləndirilib.

Vətəndaşlar eyni zamanda Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının yenidən qurulması, Amsar kənd kitabxanasına görkəmli mütəfəkkir Abbasqulu ağa Bakıxanovun adının verilməsi, Qusar rayon Əniq kənd məscidinin bərpa olunması, Quba şəhər Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciət ediblər.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun Xaçmaz sakinləri ilə görüşü rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Qəbulda vətəndaşlar tərəfindən Xaçmaz Xalq teatrına səhnə geyimlərinin və rekvizitlərin verilməsi, kitabxana menecmenti və marketinqi üzrə treninqlərin təşkili, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə klub müəssisələrində profillər üzrə treninqlərin keçirilməsi, kənd kitabxana filiallarının telefon və internetlə təmin olunması, "Könüllülər mərkəzi”nin yaradılması, Xaçmazın tarixi məkanlarına mədəni marşrutların təşkili ilə bağlı müraciətlər diqqətə çatdırılıb.

Görüşdə həmçinin sakinlər tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin regionda görüşlərinin keçirilməsi, Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərinin təşkili, Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə rus dilində ədəbiyyatın verilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

Əhməd Mustafayev: DÜNYA SƏNİN, DÜNYA MƏNİM - VİDEO

Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Aşıq Ədalət: YANIQ KƏRƏM - VİDEO

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Səxavət Məmmədov və Habil Əliyev Ağdam toyu - VİDEO

Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib

Məşhur aktyor koronavirusdan öldü

Özündən 48 yaş böyük kişiyə ərə gedən aktrisa: “Evləndikdən sonra ata-qız münasibətimiz dəyişmədi”

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

SON XƏBƏRLƏR
2020-04-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK