nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz" - Hüseyn Dərya haqqında bunları bilmirdiniz Adalet.az | "Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz" - Hüseyn Dərya haqqında bunları bilmirdiniz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz" - Hüseyn Dərya haqqında bunları bilmirdiniz

7089    |   2020-03-16 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaman bizə qarşı çox acımasızdır. Həyatımızda bizim üçün dəyərli olan insanları nə vaxtsa itirsək, üstündən bir müddət keçdikdən sonra unuduruq. Amma niyə sevdiklərimizi, bizə doğma olan insanları itirdikdən sonra sadəcə doğum və anım günlərində xatırlayırıq? Halbuki bizim üçün onlar əvəzsizdirlər.

Bu gün gənclik üçün dəyərli olan birindən yazmaq qərarına gəldim. Söhbət, Azərbaycan repinin yaradıcılarından olan Hüseyn Dəryadan gedir. Mərhum reperimiz Hüseyn Muradov 1975-ci il iyunun 28-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailədə 5 uşaq olublar. Üç bacı, iki qardaş. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra valideynləri sənədlərini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə veriblər. Çünki o vaxtlar Hüseyn, Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdu. Ali təhsili natamam sayılır. Ona görə ki, həmin dövr Qarabağ müharibəsi ərəfəsinə təsadüf edirdi.

Vətənin çətin gününü görən Hüseyn Dərya ali təhsilindən imtina edir və könüllü cəbhəyə, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmağa yollanır. Melomanlığı ilə fərqlənən Hüseyn əsgərlikdə olanda, komandirləri onu postda durmaqdan azad edib. Çünki post elə bir yerdir ki, orada eşidilən hər səs düşmənə yerini bildirə bilərdi. Hüseyn isə bütün günü postda rep oxuyub, brek-dans oynayırmış. Bu onun özündən asılı olmayıb… Hələ komandiri bir dəfə gülərək deyib ki, "Ə, bu, bizi qırğına verəjək. Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz”. 4 il 4 ay hərbi xidmət keçdikdən sonra reper kimi səhnə fəaliyyətinə başlayıb. Baxmayaraq ki, musiqi təhsili olmayıb, mahnılarını özü bəstələyib. Görünür, bu, Allahın ona bəxş etdiyi istedad idi.

Image result for hüseyn dərya

O, musiqiyə aid bütün janrlardan xəbərdar olub. Özünə Dərya təxəllüsü götürən Hüseyn, bəstələdiyi mahnıları sayəsində qısa zamanda məşhurluq zirvəsinə ucalır. Adı və repləri dillər əzbəri olur. Bir müddət keçdikdən sonra səhnədən uzaqlaşır. Həmin müddət ərzində başına olmazın işlər gəlir, taleyi düyünə düşür, ailəsi ondan imtina edir, təklənir… Ataların bir məsəli var ki, "Yıxılana balta vuran çox olar”. Hüseyn də elə bu vəziyyətlə qarşılaşır.

Image result for hüseyn dərya

Xeyli vaxt keçdikdən sonra özünü yenidən sənətinə həsr edir. Onun həyatını pisə doğru dəyişən nə varsa, hamısından imtina edir. Yenidən mahnılar bəstələyib, replər oxuyur, əvvəlki şöhrətini yavaş-yavaş bərpa edirdi. Lakin bu dəfə də tale, Hüseynin üzünə gülmədi. Yaşamaq eşqiylə ikinci həyata başlayan məşhur reperimiz 15 mart 2014-cü il tarixində avtomobil qəzasında, ona qarşı heç də ədalətli olmayan bu vəfasız dünyaya gözlərini əbədi yumur. Səhnəyə gəlişiylə hamının sevimlisi olan Hüseyn Dərya, ölümü ilə də hamını kədərə boğur. Vəfat etməzdən əvvəl oxuduğu son mahnı canından çox sevdiyi, uğrundan ali təhsilindən imtina etdiyi Vətəni ilə bağlı olub: "Can Vətənim”.

Image result for hüseyn dərya

Ruhun şad, məkanın cənnət olsun!

Bizlər üçün dəyərli olan insanları unutmayaq. Unutmayaq ki, unudulmayaq!

Fəqan MUXTAR

KONKRET.az




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Manafın “Evdəqal” bekarcılığı: Villasını və “inomarka”sını reklam etdi

Məşhurların “EVDƏQAL” əyləncələri... kim, harda, nə vaxt, nə edir?

Bacısı tərəfində həyatı alt-üst olan Nəşə -Karaböcək ömrü

Rihanna gələcək planlarını açıqladı: “10 ildə dörd uşaq istəyirəm”

Xəyalənin qırmızı maşınında qəza ...

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Şəbnəm Tovuzlunun cah-cəlallı geyim otağı...

Könül Yusifqızından maraqlı paylaşım: “Küçəyə ki, xox- tfu edib tüpürürlər haa...”

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Mətanət İsgəndərli: “Ağzında bir dişi var, mənə elçi düşüb” - VİDEO

Karantin dövründə Ruhi övladları ilə - “Evdəqal”...

Kraliça Səmra küçədə rəqs elədi: “Şahzadə karantində...” - VİDEO

SON XƏBƏRLƏR
2020-04-03
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK