nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | “Qələmsiz yazılanlar” qələmlə imzalandı - Rəşad Məcidin imza günündən REPORTAJ Adalet.az | “Qələmsiz yazılanlar” qələmlə imzalandı - Rəşad Məcidin imza günündən REPORTAJ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Qələmsiz yazılanlar” qələmlə imzalandı - Rəşad Məcidin imza günündən REPORTAJ

40772    |   2020-03-02 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fevralın 29-da Sumqayıt Poeziya evində Rəşad Məcidin "Qələmsiz yazılanlar”ı adınının əksinə olaraq qələmin hədəfinə tuş gəldi. Bilmirəm, bu tarix niyə seçilmişdi. Ya Rəşad Məcid bu görüşünü dörd ildən bir keçirilən olimpiya oyunları kimi yadda qalan etmək istəmişdi, ya da tarix özü hədəfə gəlmişdi. Bilmək olmaz, olimpiya oyunlarına da hazırlaşar. Əfv komissiyası, şair, publisist, əməkdar mədəniyyət işçisi, "525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər üzrə katibi və.s. Olimpiya oyunlarında iştirakçı olmaq- niyə də olmasın?!

Nə də olsa, mən də ev sahibi sayılırdım. Poeziya evinin işçisi gənc şair Elvin Əlizadə gecədən zəng etdi ki, bəs, iki saat tez gəl, görək nə edirik. Bütün tədbirlərə vaxtında gedən mən həmin gün tezdən qapının ağzını kəsdirdim. Tədbir öncəsi həmişə belə olur, az adam olacağı qorxusuna görə hamı məsuliyyəti üstündən atır. Poeziya evinin direktoru İbrahim İlyaslı da eynilə bu görüşü gənclər təşkil edib deyir, yəni gələn olmasa, mənlik deyil. Necəsən, zalım, belə anda gənclərin çiynini bu qədər yükləmək olmaz!


12-yə, görüşün başlamasına yarım saat qalıb, amma 60-70 nəfərlik zal dolub. Ayaq üstdə qalanlar var deyə qıraqdan 20-30 stul da gətiririk. O da bəs etmir, ayaq üstdə görüşü izləyənlər də olacaq. Bundan sonra nə olmalıdır, hərə belə anşlağı təbii olaraq öz adına çıxmağa başlayacaq.

AYB-nin mətbuat katibi Xəyal Rza ağzında maska görünür. Deyir, koronavirusa görə taxmışam. Inanan , daşa dönsün. Xəstəlik qorxusu olan adam günə belə xoş ovqatla başlayar, zarafatlaşa bilər? Təki adam günə belə virus ovqatı-qorxusuyla başlaya. O virusdan bizə də yoluxdura...



Vallah, mənə ümid olan susuz qalar. Tədbirin aparıcısı İbrahim İlyaslı və Rəşad Məcidin masasına aldığımız suyu qoymağı unutmuşuq. Dodağım quruyanda hiss edirəm ki, ağlım bir qarış havadaymış bayaqdan. Ta səbəbini demirəm niyə. Bəlkə də yazının sonunda deyərəm. Ya da indi deyim e, yaddaşsızlığım var. Görünüşünə görə əsmər günəş dediyim birinə türklər demiş takılmışam. Gözlərim zəif olsa da iti görməyim var. 10-15 kişinin əyləşdiyi yerdə bir yaşlı xanım əynini geyinmək istəyir. Mən qarışıq centlmenliyimizi unutmuşuq. O isə o xanıma paltosunu geyindirir. Bütün kişilərin yerinə centelmenlik edir. Utanıram belə unutqanlığımızdan. Əşi, məndə utanan sifət var?!Bəlkə tribunaya çıxım elə ordan deyim ona deyiləcək sözlərimi?



Sumqayıt ədəbi mühitin ağsaqqalı Əşrəf Veysəlli ilk söz alanlardandır. Elə görüşdən sonra da mənə ustadlıq edir. Şeiri demirəm, xanımlara necə centlmenlik etməyi. Rafiq Yusifoğlundan sonra Ofelya Babayeva tribunada müəllim kimi çıxış edir. Məsləhətlər, tövsiyyələr və.s. Bəlkə də keçmiş direktorluğundan irəli gəlir. Elə bilir görüşdə iştirak edənlər müəllimlərdir, poeziya evisə orta məktəb.

Gənclik adından gənc şair Elvin Əlizadə çıxış edir. Düzü, mənə demişdilər. Görüşdən əvvəl qonaqlığa boyun oldum ki, siz Allah, mənə söz verməyin. Facebookda belə bəlağətli statuslar yazmağıma baxmayın, tribunaya çıxanda ya çox utancaq oluram, ya da səmimiyyətin dozasını qaçırıram. Deyirəm axı, Elvin Əlizadə çıxış edir. Çıxış deyirəm e, sizə, elə bil gələcək məmurdu danışan. Ən azından gələcəyin icra hakimi.



Xəzər Süleymanlı da müəllifin çiyələk qadınının havasını yaşadır zala. Məncə qiraət etmirdi, zaldakıların hislərini qarət edirdi.

Namiq Mənaya gəldikdə isə bunu deyim ki, heç nə demək istəmirəm. Qafiyə-qafiyə gözümü döymək istəmirəm çünki. Hə, istəsə sərbəst vəzndə deyişə bilərik.

Zala baxıram, xeyli xanım, qız var. Rəşad Məcidə paxıllığım tutur. Öz-özümə deyirəm, daha gəncəm, bir-iki yaxşı şeirim də var. Bəs, bizə niyə belə olmur?! Içimdə qisas almış kimi gülümsəyirəm, suyu düz etdik yarım saat sonra masaya qoyduq. Bu da mənim qisasım.

"Qələmsiz yazılanlar”ı imzalamağa qələm yoxdu. Elvindən alır. Elə kitabın adı kimi bəlkə də facebookda imzalamaq fikrində olub kitabları. Bir neçə dəqiqəyə gətirdiyi kitablar oxucular tərəfindən sahiblənilir. Hə, yadıma düşmüşkən, Sumqayıta tək öz kitablarını deyil, çağdaş Azərbaycan ədəbiyyatının nümayəndələrinin, bundan öncəkilərin də kitablarını hədiyyə gətirib. Belə sevgi dolu, öz görüşündə kitabından daha çox başqalarının kitabını reklam etməsi, oxutdurmaq istəyinə sahib olmaq üçün böyük ürəyə sahib olmalısan.



Səbəbini bilmirəm, Əli Kərim mənə ən doğma 3-4 şairdən biridir. Rəşad müəllimin "Metronun yaylı qapıları” kitabını mənə hədiyyə etməsi lap yerinə düşdü.

Əyyub Qiyas, Ehtiram İlham, Əli Nəcəfxanlı deyəsən bu gün formda deyillər. Elə gənclərdən İntiqam Yaşar da. Ola bilsin, Xəyal Rza kimi "səhər virus”una yoluxublar...



Dəniz qırağındayıq. Soyuq, küləkli...Təkcə köynəkləyəm. Özümü kimə göstərirəm, bilmirəm. Hələ bu da bəs deyilmiş kimi o köynəyimi də çırmalamışam. Özümü elə aparıram ki, guya üşümürəm, hətta belə soyuq havalar mənimçün istidi. Heç nə, iki gündür, qızdırmadan ölürəm. Gənclərdən söz düşür, dəstəyindən, uğurlarından, onlara sevgisindən danışır. Amma gileylənir ki, bu gəncləri evləndirə bilmir. 100% əminəm ki, məni nəzərdə tuturdu. Çirkin ördək yavrusu kimi baxışlarımı aşağı zilləyirəm.

Sumqayıtda baş tutan bu görüş məncə, istər Bakıda, istər regionlarda olan görüşlərin ən səmimi, ən yaxşılarından idi.

Emin PİRİ


İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK