nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Zalımlığın Avropa standartı Adalet.az | Zalımlığın Avropa standartı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Zalımlığın Avropa standartı

33189    |   2020-02-19 14:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

XIX əsrin sonlarına yaxın Konqodan öncə İngiltərəyə , daha sonra dünyaya yayılan fotolar görənlərdə şok effekti yaradırdı. Uşaq afrikalıları qolsuz-ayaqsız göstərən bu fotolar qan dondurucu idi və insanlıq tarixinin ən amansız faktlarından idi. Kəsilib öldürülənlər qara, öldürülmələrinə səbəb olan kauçuk qırmızı, əllərin kəsilməsinə və kütləvi qətllər halında öldürülmələrinə səbəb olansa bir ağ idi. Ağ avropalı zadəgan: Belçika kralı II Leopold.

Bəli, milyonlarla afrikalı bir adamın varlanmaq iştahının qurbanı olmuşdu. Leopold Afrika Konqosunda etdikləri ilə Adolf Hitlerin səhnəyə çıxmasına kimi qəddarlığın bir nömrəli təmsilçisi olmuş, qəddarlıqda avropa standartlarını müəyyənləşdirmişdi. Mərkəzi Afrikada bir milyon kv.km torpağın sahibi və bu torpaqlar üzərində yaşayan 20 milyon afrikalının ağası olmuşdu.
1880 və 90-cı illərdən etibarən yeni istehsal olunan velosiped və avtomobil sənayesində təkər istehsalında kauçuk su və hava kimi lazım idi. Leopoldun Konqo Azad Dövləti dünyanın bir nömrəli kauçuk tədarükçüsü idi.

Leopold qısa zamanda böyük bir sərvətin üstündə oturduğunun fərqinə vardı və ehtiyac duyulan kauçukun daha tez istehsalı və bazara çıxarılması üçün qollarını çırmaladı. Iyirmi il içində Belçikadan səkkiz dəfə böyük olan bu ərazi nəhəng əmək düşərgələrinə çevrildi. Ağır iş şəraitində ölənlərin sayı artdıqca Leopold da varlanırdı. Həmin vaxtlar ölkəyə gəlib-gedən səyyahlar, missionerlər və digər avropalı tacirlər fərqli sözlərlə olsa da bölgədəki dəhşətdən bəhs edirdilər. Hər yerdə yaxşı işləməyənlərə görk olsun deyə cinsi orqanından asılaraq edam olunan çılpaq bədənlər məzarlığı gözə dəyirdi. Leopoldun zənginliyi ilə birlikdə insan haqlarına qarşı cinayət faktları da artırdı. Lakin Leopold nəinki mühakimə olundu, hətta Afrikaya mədəniyyət aparan ali avropalı kimi təqdim olunmağa başlandı.

Afrikalının qanıyla Avropaya makyaj

Leopold Konqodan əldə etdiyi sərvətlə ölkəsinin üzünü boyayarkən, xüsusilə paytaxt Brüsseldə çox comərd davrandı. Bu gün ölkənin 50-ci müstəqillik ilini qeyd etmək üçün nəhəng zəfər abidəsi olmaqla Brüsseli Brüssel edən bütün tarixi-memarlıq əsərlərinin altında Leopoldun konqoluların çiynində qazandığı pulun gücü var. Belçikalı jurnalist və tarixçi Mark Reynebau Leopoldun bu əsərləri öz şəxsi pulundan istifadə edərək yaratdığını, amma bunu açıqlamadığını yazır. Əks halda pulunun qaynağı soruşulacağından ehtiyat edirdi. Reynebau onun bu şəkildə koloniyalıları necə qəddarcasına istismar etdiyini gizlətməyə çalışdığını qeyd edir. Oradan gələn qanlı pullarla `Belçika dövlətini bəsləyən əfsanə` yaradırdı. Bu gün Brüsseldə Leopoldun şəxsi büdcəsindən xərcləyərək tikdirdiyi Mərkəzi Afrika Kral muzeyi Konqoda yaşananlarla ` afrikaya mədəniyyətin işığını apararkən həyatını itirənlərə` adıyla Leopoldun Konqodakı `ziyalı` fəaliyyətinə ərmağan olunub. Muzeyin müdiri Guido Gryseels Leopoldun Konqodakı qanlı mirasını qəbul etməklə bərabər ` O vaxtlar qəddar müstəmləkəçilik yarışı var idi. Bütün müstəmləkəçilər eyni şeyləri edirdi` deyərək bizim də vərdişkar olduğumuz ` dövrün şərtləri belə idi` bəhanəsini edəcəkdi.

Leopoldun Konqosu açıq həbsxana idi. Afrikalılar üçün haqq, ədalət və azadlıq lüks sözlər idi. Onların yaşamasının tək bir səbəbi var idi: bir-birini əvəz edən ağ krallara xidmət etmək. Leopold hakimiyyətinin əvvəlində məqsədini belə izah edirdi: ` Belçikanı daha böyük, daha varlı və daha gözəl hala salmaq`. Belə ki, Leopoldun ölkəsinin kiçik olmasıyla bağlı kompleksi var idi. Oksford Universitetinin tarixçilərindən Dr. Maria Misra da ` Leopold müasiri olan avropalı əslzadələrlə müqayisədə önəmsiz olduğunun və bunun da ölkəsinin kiçik olmasından qaynaqlandığını bilirdi. Ölkəsi böyüyərsə özünün də böyüyəcəyini bilirdi.` formasında açıqlama vermişdi. Düzdür, atası I Leopold müstəmləkə əldə etmək üçün ən azı 50 dəfə cəhd etmiş, amma bunu gerçəkləşdirmək oğluna qismət olmuşdu. Zatən kral olmamışdan öncə də `Belçikanın da bir müstəmləkəsi olmalıdır` deyib dururdu.

Ehtiraslı kral özünə müstəmləkə almaq üçün fəaliyyətə başladı. Fici adaları, Filippin və daha onlarla yerə baxmasına rəğmən hər yer tutulmuşdu. Ona uyğun bir yer yox idi. Kimsənin varlığından belə xəbərsiz olduğu Afrikanın mərkəzində unudulmuş Konqo xaric olmaqla...Dövrün qəddar və məşhur kəşf edənlərindən biri olan Henry Morton Stanley Konqonun qapılarını Leopolda açan imza olacaqdı. Afrikanı şərqdən qərbə keçən ilk avropalı olan Stanley Konqonun Leopold tərəfindən kəşfində rol oynamışdı. Leopold nə bahasına olursa, olsun Konqonu `mədəniləşdirməyə` and içmişdi. Bu fikrini dövrün ən böyük müstəmləkə gücünün rəhbəri Kraliça Viktoriyaya da açaraq razılığını alacaqdı.

`Konqonu mədəniləşdirməyimiz lazımdır, ey avropalılar!`

Leopold Brüsseldə keçirilən dəbdəbəli dövlətlər arası bir toplantıda Konqonu mədəniləşdirmək və xristianlaşdırmaq fikrinin olduğunu dövlət başçıları ilə bölüşmüşdü. Halbuki, özü o qədər də inanclı xristian deyildi. Amma bu müqəddəs vəzifənin müstəmləkəçiliyin əsas mexanizmi olduğunu biləcək qədər də avropalı idi.

Leopold Konqoda körpülər, yollar və dəmir yolları tikdirdi. Kral ölkənin ağzına uyğun bir hala düşməsi üçün kisəsinin ağzını açmışdı. Bunlar ölkəni bir şirkətə çevirməyin hazırlıqları idi. Torpaqların əsl sahiblərindən alınması da lazım idi. Stanley Brüsseldən gələn rüşvətlərlə konqolu qəbilə şeflərinin əlindən torpaqlarını aldı. Indi növbədə avropalıların da razılığını almaq lazım idi. 1884-cü ildə Berlində keçirilən və heç bir afrikalının dəvət edilmədiyi Berlin-Konqo konfransında avropalı super güclər Konqonun Leopoldun xüsusi mülkü olduğunu qəbul etdi.

Konqoya sahib olan kimi verdiyi əmrlərlə Leopold hər şeyin mütləq sahibi olmuşdu. Yerli xalq nə edəcəkdisə kral üçün etməliydi. Leopold istədiklərini etiraz olmadan həyata keçirmək üçün Konqoda 60 min nəfərlik xüsusi ordu yaratdı. Belçika istehsalı olan silahlarla təchiz olunan bu ölüm alayı Leopoldun bu ölkədəki gözü, qulağı və hamsından da vacibi cəlladı olacaqdı. Konqoluların ağ silahlarla təmin olunmuş qara orduya müqavimət göstərməyə taqəti yox idi. Öldürülür və heyvan kimi meşədə yaşamağa məcbur edilirdilər. Leopoldun Afrikanı ticarətə açması, xristianlaşdırma və mədəniləşdirmə röyası konqoluların kabusuna çevrilmişdi. Bütün bunlara baxmayaraq Konqo sahibinə o qədər də xeyir verən yer deyildi. Leopoldun köməyinə gələn isə avtomobil sektorunun yaranması ilə kauçuk tələbi oldu. Və Konqo rezin materialının xam maddəsi olan kauçuk baxımdan dərya idi. Konqoluların çiləsi hələ indi başlayırdı. Kauçuk əkməyə uyğun gələn torpaqlarda kəndlər dağıdıldı. Əhalisi öldürüldü. Bir yandan ölənlərin sayı artır, digər yandan da Konqonu azad edən adam-kral varlanırdı. Əslində haqsız da sayılmazdılar. Leopold Konqonu afrikalı əsir tacirlərindən, daha doğrusu tacir rəqiblərindən təmizləmişdi. Həmin vaxtlar bunun uğrunda ölən belçikalı əsgərlərsə Brüsseldə `əsir millətlərə azadlıq aparan ölümsüz döyüşçülər` adıyla cəmiyyətə təqdim olunurdu.

Hər əsgərə say hesabı güllə...

Digər ürək bulandıran isə bu idi. Belçikalı diktatorun xüsusi ordusundakı əsgərlərə məlum sayda güllə verilirdi. Əsgərlər güllələri boş yerə atmadıqlarını sübut etmək üçün öldürdükləri yerlilərin sağ əllərini kəsib ağ komandirlərinə gətirirdilər. Bəzənsə mərmilər boşa çıxanda yaşayan yerlilərin əllərini kəsərək əskiklərini tamamlayırdılar. Bölgədə belçikalı olmayan digər missionerlərin öz paytaxtlarına göndərdikləri raportda `kəsik əllərlə dolu səbətlər` anketlərindən yer tapılmırdı. Ən maraqlısı isə Leopoldun adamlarının Konqoda etdiklərindən xəbərdar olması idi. Üstəlik bu tətbiqləri mühakimə edənlərə qəzəblənir, Konqonun mədəniləşdirilməsi üçün qurban verilməsinin labüd olduğunu qeyd edirdi. Tacir kimi davranan Belçika kralı artan tələbi ödəmək üçün Konqodakı xidmətçilərinə mükafat təyin etdi. Istənilən kvotanı normadan artıq yerinə yetirənlərə beş yüz belçika frankı mükafat verilirdi. Daha çox premya daha çox konqolunun qanı demək idi...

`Kauçuk demək ölüm deməkdir`

Bir müddət sonra konqolular başlarına gələn bu fəlakətə tərif vermək üçün bir deyim uyduracaqdılar. Beto febolo yivo: Kauçuk ölümdür. 1880-ci ildə ölkə əhalisi 20 milyon ikən 1920-ci ildə bu rəqəm 10 milyona enmişdi. Bu 40 illik müddətdə konqolu kauçukun uğrunda qurban verilmişdi.
Belə ki, işçilərin arvadları əsir götürülür, yalnız tələb olunan kvota çatdırlanda azad buraxılırdı. Bütün bunlar Leopoldun razılığı ilə həyata keçirilmişdi. Hətta bu vəziyyət elə hala gəlmişdi ki, bölgədə fəaliyyət göstərən Konqo Azad Dövləti tərəfindən ` əsir ala bilmək səlahiyyəti` sertifikatları verilmişdi. Bu qədər qadının əsir alındığı yerdə təcavüz olaylarını saymağa isə kimsənin gücü çatmaz.
Leopold illər sonra Konqoda etdiklərini `Bir xristianın etməsi vacib olan vəzifə` adıyla müdafiə edəcək və Konqo üçün xərclədiyi hər bir frankı geri almaq istəmədiyini söyləyərək nə qədər geniş qəlbli olduğunu göstərəcəkdi.

Meydana cəsur jurnalist çıxır

1900-cü illərin əvvəlindən etibarən Leopoldun Konqodakı hakimiyyətinə etirazlar başladı. Bunun səbəbi isə tarixin yetərincə haqqını vermədiyi qəhrəmanlardan biri olan ingilis/fransız jurnalisti Edmund Dene Morelin bu qəddarlığa qarşı saysız hesabsız yazılarının ingilis mətbuatında yer alması idi. Morel Konqodan göndərilən kauçukun Belçika və İngiltərə limanlarında araşdırmasını apararaq ilk dəfə rəsmi dəlillərlə Konqodakı biabırçılığı ortaya çıxarmışdı. Etirazlar böyüyürdü. Morel demək olar ki, təkbaşına krala müharibə elan etmişdi. Liverpulda Vest African Mail adlı qəzet çıxardaraq Konqo məsələsinin daha geniş kütləyə çatdırılmasına çalışırdı. Morel ölkədə olub-bitənləri ən xırda detalına kimi bilən missionerlərə inanırdı. Amma onların ağzını bıçaq açmırdı. Gerçəyi söyləməyə çəkinirdilər. Leopoldu qəzəbləndirsələr Konqodan qovula bilər və konqoluları xristianlaşdıra bilməyəcəkdilər. Morel uzun müddət çalışmalarından sonra onları cəmiyyətə danışmağa vadar edə bildi. Get-gedə vicdan sahibləri danışmağa başlayır və onların sayı artırdı. Bu haqda kitablar yazılır, əlsiz-qolsuz konqoluların şəkilləri Qərb mediasında özünə yer tapırdı. Leopolda qarşı ittihamlar get-gedə şiddətlənirdi. Lakin ağ diktator asan təslim olana oxşamırdı. Jurnalistləri və yazarları satın alaraq təbliğata başladı. Amerika, Almaniya və Fransada təbliğat ofisləri yaradaraq rejimini təmizə çıxartmağa çalışdı. Bütün Avropada yayılan aylıq qəzet çıxardaraq Konqonu necə mədəniləşdirdiyinə aid yalanlar uydurmağa başladı.

Leopoldun düşməni, insanlıq qürurunu xilas etməyə andlı olan Morel kralın çəmbərini daha da daraltmışdı. 1904-cü ildə Liverpulda yaratdığı Congo Reform Association XX əsrin ilk insan haqları platforması oldu. Qısa zamanda Avropa qitəsini, ardından isə Amerikanı ayağa qaldırmışdı. İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan xüsusi bir raport Konqodakı biabırçılığı ortaya çıxaranda Leopold çətin vəziyyətə düşdü. Amma əsl zərbəni haqqındakı iddiaları yalanlamaq üçün Konqoya göndərdiyi araşdırma komissiyası vuracaqdı. Onlar ölkədəki dəhşəti təsdiqlədilər. Elə faktlar və şahidlərlə qarşılaşmışdılar ki, vicdanlarına təslim olub krallarını alovun içinə atmağa məcbur olmuşdular. Məruzə Belçikada bomba effekti yaratdı. Ilk dəfə parlament, din adamları və ziyalılar Leopalda qarşı açıq çıxış etdilər. Küncə sıxılan Leopold Konqodakı bütün rəsmi sənədlərin yandırılması əmrini verdi. `Bura mənim mülkümdür, nə istəsəm edə bilərəm` desə də ətrafındakı dairə daralırdı. Nəhayət, Belçika höküməti 1908-ci ildə Konqonun idarəçiliyini rəsmən kralın əlindən aldı və bölgəyə müstəmləkə statusu verdi. Bir il sonra Leopold öldü. O da etdiklərinin cəzasını bu dünyada almayanlar siyahısına qoşuldu. Hökmdarlığının sonlarına yaxın avropanın ən nifrət edilən adamına çevrilmişdi. Cənazə korteji belə fitə basılmışdı. Lakin Konqonun rəsmi olaraq Belçikanın bir hissəsinə çevrilməsi ilə tarix yenidən yazılmağa başlandı. Leopold bəlkə də yalnızlıq içində ölmüşdü, amma belçikalılar ondan büt yaratmağa gecikmədi. Ölkənin hər yanına heykəli qoyulan Leopold insanlıq mücəmməsi kimi tanınmağa başlandı. Üstəlik Konqoda tapılan qızıl və almaz mədənləri müstəmləkə tarixlərində yeni bir səhifə açmışdı. Belçika kralı ölmədən öncə Konqoda nəhəng mədən sənayesi qurmuşdu. Bütün bunlardan yararlanıb varlanmaq varkən keçmişə aid suallarla vicdanı sızlatmaq asandı? Zatən asan olmadığını belçikalılar da göstərdi. Konqonun yer altı və yer üstü qaynaqlarından əldə edilən zənginliyin səfasını sürərkən Leopolda əsla haqq etmədiyi şərəf bəxş etdilər. Konqoda gerçəkləşdirdiyi XIX əsrin ən böyük soyqırımını unutmağa başladılar. Konqo bir daha özünə gələ bilmədi. 1960-cı ildə Belçikadan ayrılıb müstəqil olsa da hərbi diktaturadan vətəndaş müharibələrinə kimi uğursuz tarixin nümunəsi oldu.

"O dövrün digər müstəmləkə dövlətləri İngiltərə, Fransa, Hollandiya koloniyalarına pul xərcləyərək onların inkişaf etdirilməsinin vacib olduğu` fikrinə gəlmişdi. Amma XIX əsrin ikinci yarısında müstəmləkə yarışına girişən Belçikanın Leopoldu bunun tam əksini düşünürdü. Müstəmləkə hakim dövlətə pul göndərməli idi.”
Prof. Daniel Vangroenveghe. Tarixçi.

"Bu kəndlilər bir ovuc yaramazdan başqa birşey deyil. Onlar kauçuk sahələrini məhv ediblər. Bunları ya tamamən boyun əydirməli, ya da hamsının kökünü qazmalıyıq. Onlara xəbərdarlıq et. Əgər bir kauçuk asmasına bir daha toxunarlarsa son nəfərlərinə kimi özüm öldürəcəyəm.

Jules Jacques. Kral Leopoldun Konqodakı komissarı

Tərcümə etdi: Emin Piri




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK