ANA SƏHİFƏ / YAZARLAR

Gecələr şair kimi ağlamaq da olar - Emin Piri yazır

34552    |   2020-02-21 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbasın Gənc Ədiblər Məktəbində gənclərlə görüşü keçirilirdi. Ona göndərilən birinin yazısından bəhs etdi. Yazıda deyir ki, ermənilər azərbaycanlıları doğrayıb xaş bişirdi. Biz həqiqətləri üzə çıxarmaq istərkən ya bayağılığa yol veririk, ya da öz həqiqətimizi üzümüzə-gözümüzə bulaşdırırıq. Bu cür yazılardan qaçmaq lazımdır, elə həqiqəti olduğu kimi vermək, baş verən faciələri bayağılaşdırmadan yazmağımız bəs edər. Onsuz da Qarabağda baş verənlər nə insanlığa sığır, nə də digər canlı əməlinə. Boş yerə əsrin faciəsi demirik. Bayağılıqdan, pafosdan qaçmaqla həqiqətləri bədii güclə vermək bacarığı əsas qayə olmalıdır...

Sevindim- Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Paşinyanın görüşü zamanı ermənilərin diplomatiyada biabırçı məğlubiyyətinə. Tarixin, faktların, əsl həqiqətin dövlət rəhbərləri səviyyəsində üzə çıxmasına... Müxalifli, iqtidarlı, hansı düşərgəni təmsil etməsindən aslı olmayaraq təmsilçilik hamımız üçün əsas olmalı, buradakı uğurlara sevinməliyik. Diplomatiyada bu, hər hansı şəxsin deyil, bütöv Azərbaycanın, azərbaycançılığın təmsilçiliyidi, özüdür.

Üzüldüm- biz gör, kimlərlə müharibədəyik. Kimlər bizim torpağımızı işğal edib. Bu cür savadsızın təmsil etdiyi xalqa? Həyasız arvadlar kimi yanlışlarını deməkdə davam edən bir şəxsin mənsub olduğu millətlə müharibədə olmaq da bir bədbəxtçilikdir. Ermənilərdən daha güclü, daha böyük ölkəylə müharibədə olsaydıq, bu , o qədər məni üzməzdi.

Bəli, dünya da əslində bu torpaqlar kimindir, kimə məxsusdur bilir. Hətta dünyadakı elm, texnologiyanın inkişafı, yüz illərlə öncənin tarixini üzə çıxarmaq, DNT analizlərindən və.s-ə kimi bilməyə bəs edir. Eyni zamanda dünya bilsə belə bu kapitalist zamanında işə yaramır. Necə ki, BMT-nin işğal rayonlarla bağlı qətnamələri var. Dünya güclərini öz maraqlarından başqa bir şey düşündürmür. Artıq bu cür diplomatik sevinclərdən səngər, cəbhə sevgisi yaşamaq mərhələsinə keçmək lazımdır. Aprelin ardını gətirmək , "may”ı, "iyun”u, "iyul”u dadmaq lazımdır.

Bəzən ideologiyadan yanaşaraq Qarabağa fərqli münasibət sərgiləyənlərin əməli də, sözləri də "iyrənc”dir. Elə Paşinyan kimi həm də savadsızcadır. Qarabağ məsələsi bütün ideologiyaları aşmış problemdir.

Millətçilik? Millətçilik o zaman faşizmdir ki, sənin haqqını mənsub olduğun millətə görə almırlar. Sənsə durduq yerə millətçilik edirsən. Amma Qarabağ həm də millətçilərin məsələsidir. Çünki ordakı xalq azərbaycanlı, türk olduğuna görə soyqırıma məruz qalıb, torpağından qovulub.

Kommunist, sosialist? Erməni güclü sinif kimi azlıqda olmasına baxmayaraq ermənidən başqa digər sinfi , xalqları torpağından qovubsa, torpağını mənimsəyibsə, bu elə kommunistlərin də problemi olmalıdır.

Liberal-demokrat? Qarabağdakı əhali mal-mülkündən məhrum olubsa, liberal haqları əlindən alınıbsa bu elə liberal-demokratların problemidir.

Dindarlar? O topraqlarda türklər, kürdlər, müsəlmanlar məxsus olduğu dinə görə öldürülüb. Ibadət yerləri( məscidlər) fərqli dinin məbədləri olduğuna görə dağıdılıb. Bu, elə dindarların, müsəlmanların problemidir.

Qarabağda Azərbaycan səngərində duran ermənin də anası-bacısı varmış. Haqlısınız, var. Elə bizim də var. Guya məcburən göndərilirmiş onların liberal əsgərləri. Onlara güllə atmaq olmazmış. Və digər mışlar, müşlər...O erməni əsgəri "niqodnı” bileti alsın, özgə torpağına xidmətə gəlməsin. Pulu yoxdursa fərarilik etsin, digər ölkənin vətəndaşlığını alsın və.s.i. Bir sözlə, erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından. Onsuz da yenə fərqli səbəblər tapassınız. Yenə ayrı mışlar, müşlər...

Adamı yandıran ermənilər yox, daha çox onlara haqq qazandıran, içimizdəki "humanizm” adı altında niyyətini pərdələyən yazarcılaq, jurnalistciklər və digər cıqlar, ciklərdir.

Hə, keçək ordakı əsgərlərə. Əmin olun ki, Qarabağda duran erməni əsgərinə azərbaycanlını görən kimi vurmaq hava-su kimi lazımdır. Azərbaycanlını öldürmək erməni əsgəri üçün medaldır, məzuniyyətdir, gələcəkdə karyera yüksəlişidir.

Bəzən insan içində ikili ruhlaşma hiss edir. Hisləri, düşüncələri onun cismində iki ruh yaradır. Şair-hərbiçi-vətəndaş. Ağdamda səngər xidməti keçərkən üç erməni əsgəri öldürülmüşdü. Koordinatları verdik, məlumat təsdiqləndi. "Aşağı” düşəndə sevincimdən qonaqlıqlar verdim. Erməni əsgərlərinin öldürülməsinə görə. Içdim və içdim. Sonra səhərə kimi ağladım. Indi olsa nə edərdim? Məncə yenə içərdim və ağlardım. Şairlik bütün bunlara mane olmamalıdır. Haqq uğrunda, dövlətin üçün döyüşməkdən qaçmaqçün yalançı kosmopolit bayrağı altında gizlənməyə dəyməz. Onsuz da gündüzlər vətəndaş mövqeyin varsa, gecələr şair kimi ağlamaq da olar. Əsas odur içindəki iki ruhdan birini digərinin ayağına verməyəsən. Nə şairi vətəndaşa, nə vətəndaşı şairə...



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-08
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK