nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Elzadan Manafa “zövq” atmacası: ”Çox ağladım...” Adalet.az | Elzadan Manafa “zövq” atmacası: ”Çox ağladım...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Elzadan Manafa “zövq” atmacası: ”Çox ağladım...”

14295    |   2020-02-20 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Seçki prosesindən narazı qalaraq növbəti dəfə poeziyaya sarılması, tənqidi "şeir”i ilə gündəmə dübarə gəlməsi Elza Seyidcahanı ruhlandırıb ki, o yenidən kiməsə atmaca atmağa özündə güc tapa bilib.

Bəli, söhbət əməkdar artist Elza Seyidcahan müğənni Manaf Ağayevin ARB TV-nin "Səhər-səhər” proqramında səsləndirdiyi "Bizə əsər yox, çörək lazımdır” ifadəsinə etiraz etməsindən gedir.

Adalet.az xəbər verir ki, sabiq namizəd bu barədə İnstaqramda yazıb:

"Biri var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox”. Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli-musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı gələcəyimiz, gənclərimiz, balalarımız üçün efir əsas nümunədir. Ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımıızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.

Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun Vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiciləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq.

Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var!”.

Qeyd edək ki, M.Ağayev verilişdə onunla birlikdə qonaq olan bəstəkar Nadir Əzimovdan bayağı mahnılar ifa edən müğənniləri tərifləməsini istəmişdi:

"Sənin yerinə olsam, tərifləyərəm. Özümü pis kişi etmərəm. Onsuz da sən desən də, deməsən də biz bunu oxuyacağıq. Əsər də oxuyuram, amma indi əsər lazım deyil, çörək lazımdır. Zövq nədir? Deyə-deyə qalmadı”.

P.S Düzünü deyək ki, özünü bəstəkarlıqdan əlavə poeziyada da sınayan Eliza xanım Manaf Ağayevi zövqlərimizi korlamaqda ittiham etməsi bir az yersiz göründü. Fikrimizcə, müğənni-bəstəkar-şairə Seyidcahan əvvəl öz ”poeziyası” ilə Xurşubanu Natəvanın, Məhsəti Gəncəvinin, Heyran xanımın ruhlarını necə incitdiyinin, həmçinin insanların poeziya zövqünə hansı zərbələri vurduğunun yəqin ki, fərqində deyil.

Əntiqə Rəşid



İmza:

Yerli şou - biznes və “koronavirus” kabusu...

Koronavirusun cənginə düşən məşhurlar - Payıza qədər...

Məşhurlardan koronavirusla bağlı təşəbbüs: “Dünyamız məhv olmasın...”

Rihanna dörd il fasilədən sonra yeni ifasını təqdim etdi - AUDİO

Koronavirusu vecinə almayan məşhurlar - Soyundular...

Faiq Ağayev küsülü olduğu müğənnilərdən danışdı: “Onların alnına “loxluq” yazılıb” - VİDEO

Cazibədar model növbəti dəfə izləyicilərini heyran qoydu - FOTO

Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı: İşə polis qarışdı - VİDEO

Madonna çılpaq şəkildə koronavirus haqqında danışdı - VİDEO

Cazibədar modeldən seksual paylaşım - FOTO

Rihanna koronavirusla mübarizə üçün beş milyon dollar ayırdı

Röyadan gözlənilməz etiraf: “Onsuz yaşaya bilmərəm” - VİDEO

SON XƏBƏRLƏR
2020-03-28
2020-03-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK