ANA SƏHİFƏ / İDMAN

"Azərbaycana qayıdışı Ramil üçün geriyə addımdır"

12295    |   2020-02-17 19:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ramilin "Sabah”a keçməsi klub üçün üstünlük olacaq. Çempionatda onlara çox kömək edəcək”.

Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. Yığmamızın hücumçusu Ramil Şeydayevin "Sabah”a keçidinə münasibət bildirən millimizin sabiq kapitanı bunu futbolçu üçün geri addım adlandırıb:

"Onun səviyyəsində, o potensialda olan bir futbolçunun daha yüksək liqalarda oynaması məsləhət olunardı. Yəni irəli addım deyil.Amma biz sadəcə, kənardan danışırıq. Şərait, şərtlər necədir, menecerlər onu xaricə göndərə bilərmi, getməyə imkanı varmı, bunları bilmirik. Mənə görə, onun Hollandiyanın, Belçikanın, Portuqaliyanın bir az aşağı səviyyəli komandalarında da olsa çıxış etməsi yığmamız üçün daha çox uğur gətirə bilərdi. Ramilin karyerasına baxsaq, bir komandada çox qalmır. Futbolçunun inkişafı üçün onun bir yerdə qalıb, oynaması daha yaxşı effekt verir. "Sabah”a 6 aylıq gəlib, oynamasa, onun üçün mənfi olacaq. "Qarabağ”da oldu, alınmadı, ehtiyatda qaldı. Yenə getdi, başqa komandada oynamağa baladı. Amma sonra yenə də ehtiyatda qaldı. Ehtiyatda qalmaq artıq Ramil üçün mənfi bir məqamdır. "Qarabağ”da da ona şans verildi. Lakin "Qarabağ”ın o dövrdə məqsədləri başqa idi. Çempionlar Liqasında oynayırdılar. Orada oynadıqlarına görə futbolçu inkişaf etdirmək fəlsəfəsi onlarda yanlış olardı. Ramil də elə bir yaş dövründə idi ki, onda səhv edib, təcrübədən keçib, yetişməli idi. Əgər səhv edirsənsə, komanda məğlub ola bilər. Ona görə deyirəm ki, Hollandiyanın, Belçikanın orta komandalarında onlar üçün nəticə fərq eləmir. Onların nəticə olaraq hədəfləri yalnız futbolçuları inkişaf etdirib, satmaqdır. Ramilin belə komandalarda çıxış etməsi yığmamız üçün uğurlu ola bilərdi".

A.Kərimov Şeydayeyin Azərbaycana qayıdışının yığmamızada mənfi təsir edə biləcəyini vurğulayıb: "Ramilin adına və milli komandanın inkişafı baxımından danışsaq, bu, geriyə atılan bir addımdır. Amma "Sabah”ın uğurlu transferinə kölgə salmaq niyyətim də yoxdur. Klub olaraq yaxşı bir oyunçu, hücumçu alıblar”.


İmza:
SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK