nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SUYA OXUNAN DUA Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SUYA OXUNAN DUA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SUYA OXUNAN DUA

Onun aydınlığa çıxacağına inanırsınızmı?..

14310    |   2020-02-18 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır





















Adətimdi, hər səhər yuxudan oyanan kimi günümə şükür edib əlimi Tanrıya açıram. Və hətta bir şair duası da yazmışam. Yazmışam ki:

İlahi, əlimi açmışam sənə

Dərddən uzaq olaq, kədərdən qaçaq...

Bütün gecələri iş avandlığı –

Bütün səhərləri xeyirlə açaq...

Bu mənim günümün, anımın duasıdı. Onu öz-özümə də deyirəm, dörd divara da, ağaca da, daşa da, suya da. İçimdə də bir inam var ki, bütün dualar gec-tez qəbul olunur. Təbii ki, dua sahibləri istərlər ki, elə anındaca arzularına qovuşsunlar. Amma mən heç də o iddiada deyiləm. Ən azından ona görə ki, Tanrı bəndələri sırasında hələ neçə milyonuncu olduğumu dəqiqləşdirməmişəm. Bu sırada neçə milyardıncı bəndə olduğumu da bilmirəm. Ona görə də növbəyə girmək, növbəni pozmağa nə gücüm yoxdu, nə də cəsarətim. Guya olsa nə edərəm ki? Allahdan böyük Allah yoxdu. Deməli, onun növbəsini də pozmaq qeyri-mümkündü. Bax, bu mənada duanın nə vaxt qəbul olunacağını Allahın ümidinə buraxmışam... Özüm isə dərdlərimin çözümü ilə günümü keçirirəm...

Günlər də bir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və hərdən də öz-özümə deyirəm ki:


Məni unutmağın bircə yolu var

O da ürəyimdə köçüb qalmaqdı...

Elə ürəyimin öz əllərilə -

Sıxıb ürəyimdən qisas almaqdı!..


Məni unutmağın bu bircə yolu

Özümdən-özümə nağıl daşıyır...

Bilirsən, cismimdə gözləri dolu –

Almasın gözləyən ümid yaşayır?!


O ümid ipucu atıbdı mənə

Onu çözə-çözə qəmdən çıxıram...

Xəyal qanadında dönürəm sənə -

Sənsiz günlərimi cəmdən çıxıram!..

Hə, bax, budur ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrət də, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda bir az ,əzabı da sinirmək asan olar. Deməli, həm də özünü də tanımış olarsan. Bilərsən ki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.

Bu məqamda yaddaşımdan ilham pərisinə ünvanladığım bir şeirin həniri gəlib keçdi – duydum və xatırladım. O pəriyə yazmışdım ki:


Bənövşə tək açıldın

Ürəyimin üstündə...

Gözlənilməz gəlişdə –

De, qız, nədi qəsdin, nə?!


Çaşdım, titrədi səsim

Əlim əsdi nanə tək...

Sən də çaşdın deyəsən –

Əlini telinə çək!


Qarşılaşan baxışlar

Nəhayət ki, dil tapdı...

Sənə etiraf edim –

Gözəl görmək savabdı!


Bu çaşqınlıq, bu təlaş

Təbəssümdə ərisin...

Öpüm, ruhumla yavaş –

Mən bu ilham pərisin!

***

İndi qışın bu oğlan çağında çox yerlərdə, o cümlədən doğulduğum Qarabağın bir güşəsində sular donubdu. Qar, şaxta orda öz işini görür. Mən də xatirələrimin, yaddaşımın gücünə o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa çalışıram. Həyətimizdəki su xəttinin donduğu düşür yadıma. Onu ya qaladığımız hansısa bir odun, ya da qaynar suyun hesabına açmağa çalışırdıq. Donmuş gölməçələrin üstündən ehtiyatla keçirdik. Hətta çayın axmayan, hardasa bir maneənin hesabına lillənən nöqtəsində buzu sındırıb əlimizi daşların altına salıb balıq çıxarmağa çalışırdıq...

Bunlar indi şirin bir xatirədi. Amma mən bu xatirəni yaddaşımı təzələmək üçün yox, bu günlərdə Fəridə Rəhimlinin internet səhifəsində paylaşdığı qar dağı ilə bağlı gördüyüm mənzərənin içimdə yaratdığı kədər və həsrət dolu nüanslarını yenidən yaşamaq üçün diqqətə təqdim edirəm. Məhz həmin o mənzərə bütünlüklə kəndimin qış günlərinin görüntüləri ilə üst-üstə düşürdü. qar altında qalan ağaclar, hətta həyətin, evin qapısını açmağa imkan verməyən qar tarı bütünlüklə yaddaşımdakı ilə eyni idi. Ona görə də söz yazmaq imkanım mənə rahatlıq vermədi. Və bir də gördüm ki, misralar bir-birinin ardınca düzülüb:


Belə istəyirəm ömrün qışını

Qar səssiz – durmadan yağa üstümə...

İlıq göz yaşı tək süzülüb bir az –

Hopa bələndiyim ağa – üstümə!..


Heyrət sərhəddini ötüb keçə səs

Titrəyə bu səsdən qar tikən qəfəs!

Saçından bəyaz tel ayıran bir kəs –

Onu al bayraq tək taxa üstümə...


Bu qar gerçəkdimi, yoxsa yuxumu

Görəndən gözümdən silir yuxumu!

Bilir ürəyimi, bilir ruhumu –

Allahım, bu dəfə baxa üstümə...


Hər yan ağappaqdı gerçək sözü tək

Nurdu bu mənzərə, nurlu gözü tək...

Duman da o qızın elə özü tək –

Qalxa asta-asta dağa – üstümə!


Əbülfət, sən indi qar havasında

Dinləndin bu qarın tar havasında...

Qatıb bir-birinə yar, havasında –

Hopdura ruhuma, yaxa üstümə...

İndi gördünüzmü, niyə xatırladım qışı, şaxtanı?! Və bir də yəqin ki, bu xatırlamanın məni nə qədər içimdən oynatdığını da hər halda duymuş olarsınız. Çünki yazdığım şeir yaşadığım həmin anın pıçıltıları idi. Deməli, özüm-özümlə danışmaqla bahəm, həm də sizlərə nəyisə çatdırmağa çalışmışam. Lakin burda bir etirafı da edim ki, mən o qara, o şaxtaya üz tutub duamı demədim. Qorxdum ki, duam o qarda, o şaxtada donsun. Və...

Hə, həyatın hər üzünü görə-görə, adamların hər sifətinə baxa-baxa və hətta bəzilərinin içini belə oxuya-oxuya dua etməyin də öz ləzzəti var. Axı, Tanrı hər kəsə öz ürəyinə görə verir. Kiminsə cəhdindən, əməlindən, hətta oynadığı rollardan asılı olmayaraq, başqasının payını əlindən ala biləcəyinə heç bir inamım yoxdu. Bir məqamdan başqa. Yəni həmin o rol oynayanlar milçəkdən başqa bir şey deyil. Milçək də həmişə ürək bulandırır. Şükürlər ki, ürək bulanmasının kifayət qədər dərmanı var. Onlardan biri də əhəmiyyət verməmək, elə milçəyi milçək donunda da görməkdir. Yeri gəlmişkən, buradaca vurğulayım ki, bütün canlıların varlığı və xidməti Tanrıya məlumdu. Ona görə də mən, kiminsə haqqına girmədən, hətta belə bir şeir də yazmışam:


Sözü küləyə tapşır

Məni fələyə tapşır...

Xatırlamaq istəsən –

Bir də ürəyə tapşır...


Al əli, ələ saxla...

Əlində bələ, saxla...

Ruhuna yük sevgimi –

Könlündə hələ, saxla...


Bir telin ucunu düy

Bir qəlbin içini duy...

Ürəyini ağrıtma –

Dözməsən dizini döy!..


Xəyalı çəpər elə

Özünə təpər elə...

Təklikdən çıxmaq üçün –

Yol tap, bir təhər elə!..


Bil, daşı daş yeyəndə

Kipriyi yaş yeyəndə...

Bir udum dözüm gəlir –

"Ah” çəkib "kaş” deyəndə...

***

İnsan öz durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursa, hiss olunmursa, görünmürsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsə, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı. Doğrudur, mən bir şeirimdə vurğulamışam ki:


Əllərimi hovururam

Ürəyimi qovururam...

Mən ömrümü sovururam –

İstəklərim göyərmir heç...


Daş qaldırıb qum yayıram

Daşla daşı şumlayıram...

Haqq önündə mumlayıram –

İstəklərim göyərmir heç...


Yumruq düyüb, dişi sıxıb

Dərdlərin də dişi çıxıb...

Hərənin öz işi çıxıb –

İstəklərim göyərmir heç...


İtiribdi atım nalı

Atı, yoxsa satım nalı?

Bir özüməm atılmalı –

İstəklərim göyərmir heç!..

Bu şeiri oxuyanda düşünməyin ki, talelə, baş verənlərlə barışmışam. Yox, sadəcə olaraq, mən bu misralarla gerçəyi işarələməyə, xatırlatmağa cəhd göstərmişəm. Təbii ki, siz hardasa bunu şair sözü də hesab edə bilərsiniz. Amma bütün hallarda mənim bildiyim gerçəyi kimsə mənə dansıda bilməz. Ən azından ona görə ki, baxış bucağı altında kimin nə boyda, nə qiyafədə olduğunu görmək qabiliyyətimi itirməmişəm. Və...

Bəli, qış havalı, qış ovqatlı indiki anımda bir sözün işığını açıq şəkildə görürəm və özümü o işığa tərəf can atan varlıq hesab edirəm. Ola bilsin ki, o gördüyüm işıq deyil, ilğımdı. Amma hər nə olur olsun, indiki anımda mən onu işıq kimi qəbul etmişəm. Və bu işığın da gücünə bələdəm. O, həyat əlamətidi. Deyə bilərsiniz ki, bəs sən kimsən? Onda bu misraları oxuyun:


Mən bəlkə də heç kiməm

Bəlkə də sonuncu "ah”...

Bəlkə də bu dünyada –

Günahın özü günah!..


Əlim küləkdən tutub

Ayağım hava üstə...

Yer məni elə udub –

Gedir tay dava üstə...


Dözülməzdi tənhalıq

Dözülməzdi dörd divar...

Düşünün siz bir anlıq –

Kimin lal, kar dərdi var?!


Bölüşmək çətinləşib

Qeyb olubdu isti söz...

Məni qüsul etməyin –

Məndən bezib – küsüb söz!...

Bütün yazı boyu sağdan, soldan müəyyən məqamlara diqqət çəkmək istədim. Amma ən böyük istəyim Allaha və sevgimə olan inancımı ifadə etmək idi. Bunların hər ikisi yaşamağımın, ayaqda olmağımın ən böyük ilhamçısı, ən böyük dəstəyidi. Mən hər ikisinə şükürlər etməklə üzümü suya tuturam. Yaşadığım Masazırda hələki su donmayıb. Ona görə də duamın suya qarışıb aydınlığa çıxacağına şübhəm yoxdu. Duam isə bundan ibarətdir ki, hər kəs özü-özünü görə bilsin! Hər kəs özü özündə olsun! Və nəhayət, hər kəsin özü öz günahını yuya bilsin!..

P.S. Mən bütün hallarda Allahın qüdrətinə və Sevginin gücünə inanmaqla yaşadığım bu ömürdə günahlarımın cəzasını çəkməyə həmişə hazıram. Və onu da bilirəm ki, cəzadan qaçmaq heç kimə qismət olmayıb. Sizə də günahsız və cəzasız ömür arzu edirəm.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK