nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜYÜN Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜYÜN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜYÜN

Yaxud yolun ortasına atılmış meyit

9048    |   2020-02-18 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

... Milis rəisi Dadaşovun bir çox ağır cinayətlərin üstünün açılmasında xidmətləri vardı. Belə ki, istər ağır cinayətlər olsun, istərsə də yüngül cinayətlər, onların əksəriyyətini Dadaşovun peşəkarlığı və yüksək biliyi nəticəsində operativ surətdə açılması onu göstərirdi ki, milis rəisi heç də sıradan bir əməliyyatçı deyil. Ən azından cinayəti törətmiş şübhəli şəxslər rəisin kabinetinə gətiriləndə şübhəli şəxslər onun zəhmindən çəkinir, iç üzü açılır və baş vermiş cinayəti törətdiklərini etiraf edirdilər. Əlbəttə, milisin, müstəntiqin və prokurorun peşəkarlığından, savadından çox şey asılı idi. Yəni bəzən hətta ekspert nəyisə gizləməyə çalışsa belə, peşəkar müstəntiq və milis rəisi onun qara fikirlərini öncədən duyur və qabaqlayıcı tədbirlər görür.

Bir sözlə, Füzulidə baş vermiş bu ağır cinayətin üstünün açılmaması çoxlarını narahat edirdi. Milis rəisini və prokuroru ən çox düşündürən öldürülən şəxslə müttəhimlər arasında olan dava-dalaş və hədə idi. Çünki müttəhimlərdən biri hadisədən bir neçə gün əvvəl Rüstəm kişiylə mübahisə etmiş, onun heyvanlarının örüş sahəsinə girdiyinə görə hədələmişdi. Müttəhimlərdən biri demişdi ki, görərsən, səni qanına qəltan edəcəm. Bax, bu nüanslar rəisi və prokuroru daha çox çaşdırırdı...

Hakimin atası Abdulməcid kişi Dəvəçidən oğluna baş çəkməyə gəlmişdi. Tez-tez olmasa da, ayda-ildə bir dəfə Füzuliyə gələr, oğlugildə qalar və sonra da boş vaxtı olanda şəhərə çıxardı. Füzulinin havası da, adamları da, Abdulməcid kişinin çox xoşuna gəlirdi. Deyərdi ki, Dəvəçinin qəşəng bulaqları, içməli suları var. Amma Füzulinin suyunun öz gözəlliyi, öz dadı-tamı var. Çay içən olduğuna görə, Füzulidəki çayxanalara gedər və orda xoruzquyruğu çay içə-içə özü kimi yaşlı insanlarla söhbət eləyərdi...

Abdulməcid kişi xırda addımlarla Füzuli şəhərindəki mədəniyyət evinin yanında olan çayxanaya gəldi. Heç kim də bilmirdi ki, o, hakimin atasıdı. Masanın arxasında özü kimi üç-dörd yaşlı adam əyləşmişdi. Və o adamların heç birini tanımırdı. Daha doğrusu, üzdən tanısa da, adlarını bilmirdi. Və istəmirdi ki, hansısa masada tək əyləşib çay içsin. Ancaq çayçı Rəşid Abdulməcid kişinin hakimin atası olduğunu bilirdi. Abdulməcid kişi çay masasının arxasında olan adamlara salam verdi. Və onlar da ağsaqqalının salamını alıb masanın arxasında əyləşməyi təklif etdilər. Abdulməcid kişi özü yaşda bir adamın yanındakı stolda əyləşdi. Çayçı Rəşid iki daşın arxasında onu görüb masaya yaxınlaşdı. Təzə dəmlənmiş çayniki masanın üstünə qoydu və sonra da dilləndi:

- Ağsaqqal, Füzuliyə xoş gəlmisən! Başqa bir sifarişiniz varsa, deyin, gətirim!

Abdulməcid kişi:

- Oğul, çox sağ ol, elə mən hər dəfə gələndə, bu çayxanada əyləşib sənin dəmlədiyin çaydan içəndə ləzzət alıram.

Çayçı Rəşid armudu stəkana çaynikdən çay süzdü. Çayın ətri Abdulməcid kişinin çox xoşuna gəldi. Bir neçə qurtum çaydan içib bəh-bəh elədi. Dedi ki, bu çayın özgə ləzzəti var!

... Armudu stəkanlara çay süzən Rəşid kişiyə tərifli sözlər çox ləzzət elədi. O qədər ləzzət elədi ki, çöhrəsində bir təbəssüm də yarandı:

- Ağsaqqal, çox sağ ol ki, mənim dəmlədiyim çaya belə qiymət verirsən. İndi çayçı çoxdu ey, yaxşı çay dəmləyən azdı. Çayçı var ki, bir dəfə gedib çayını içirsən, görürsən ki, dadı-tamı yoxdu, bir də ora üz tutmursan. Gərək çay da şay ola da! Mənim dəmlədiyim çayın hamısı hind çayıdı. Rayponun müdiri özü çayı mənə verir. Çünki onun özü də tez-tez bura gəlir, hind çayından dəmlənmiş çay içir...

Çayçı Rəşid çox fərasətli və bacarıqlı adam idi. Və hər adama da çaynikdə çay verməzdi. Sanki bir sehrbaza bənzəyirdi. Dörd-beş və bəzən də artıq armudu stəkanları dəmlədiyi çayla doldurar və bir-birinin üstünə qoyub masanın üstünə gətirərdi. Bəzən ağzı dinc durmayanlar deyərdi ki, ay Rəşid kişi, özün bir yana, çay dolu stəkanları aşırarsan, bizi yandırarsan.

Çayçı Rəşid də söz altında qalmazdı:

- Hələ Füzulidə bir adam deyə bilməz ki, mən əllərimdə armudu stəkanda çay apararkən salıb sındırmışam. Çünki hərənin bir işi var, mənimki də çayçılıqdı. Əgər Füzulidə mənim kimi çay dəmləyən varsa, çıxsın ortaya o da çay dəmləsin, mən də! Görək hansımızın dəmlədiyi çay çamaatın xoşuna gələcək.

Masanın arxasında əyləşən adamlar isə bir ağızdan:

- Rəşid kişinin dəmlədiyi çaydan ola bilməz. Çay dəmləyən çoxdu. Amma onun əlinin duzu heç kimin xətrinə dəyməsin, Füzulidə heç bir çayçıda yoxdu. O günü raykomun birinci katibinin yanında bir rus generalı da vardı. Onlar gəlib Rəşidin dəmlədiyi çaydan içirdilər.

Abdulməcid kişi çay süfrəsi arxasında özü yaşda olan ağsaqqallarla şirin söhbət eləyirdi. Camaata elə qaynayıb qarışmışdı ki, onlar heç bilmirdilər bu kişi Dəvəçidən gəlib, yoxsa Füzulinin özündəndi. Deyəsən, masanın arxasında olan yaşlı kişilərdən biri hiss etmişdi ki, o qonaqdı. Bunu da açıb-ağartmırdı. Çayçı Rəşid yenidən qaça-qaça onların masasına yaxınlaşdı. Gördü ki, bayaqkı çaynikdə çay qalmayıb. Yenidən ora bir çaynik çay gətirdi və yenidən masanın üstündəki boş armudu stəkanlara pürrəngi çay süzdü. Və yenidən başını qaldırıb Abdulməcid kişiyə baxdi:

- Ağsaqqal, qadan alım, tay nə lazımdı, deyin, gətirim?!

Abdulməcid kişi:

- Oğul, çox sağ ol, heç nəyə ehtiyac yoxdur.

Çayçı Rəşid də elə ağzıyırtıq adam deyildi. Və heç kimə bildirmədi ki, o masanın arxasında əyləşən ağsaqqal kişi hakimin atasıdı. Çünki Abdulməcid kişi də öz sadə geyimi, davranışı və səmimi münasibətilə çay süfrəsi arxasında heç kimdən seçilmirdi və heç seçilmək də istəmirdi...

... Bir saatdan sonra Abdulməcid kişi oturduğu stuldan ayağa qalxdı, yanındakı tay-tuşları ilə sağollaşıb oğlunun qaldığı evə sarı getdi. Hakim Məmməd Kərimovun yaşadığı mənzil elə məhkəmənin binası ilə qonşuydu. Oğlu evdə yox idi. Gəlini Zöhrə xanımla söhbətləşdi, nəvələri onu əhatəyə aldı. Bir az zarafatlaşdılar, bir az söhbət elədilər, axırda da Abdulməcid kişi keçdi yataq otağına...

Oğlu evə gələndə Abdulməcid kişi ona dedi:

- Oğul, bu camaat çox mehriban, səmimi insanlardı. İnan Allaha, mənim kim olduğumu bilmirdilər. Ancaq görürdüm ki, qonağa-qaraya çox böyük hörmətlə yanaşırlar. Bax, sənə deyirəm ha, bu camaatın halal haqqını heç vaxt başqasına vermə. Günahsıza cəza, günahlıya isə cəzasızlıq olmasına şərait yaratma. Elə et ki, camaat sənə yuxarıdan aşağı baxmasın və deməsin ki, hakim harınlamış adamdı.

Təbii ki, hakim Məmməd Kərimov da atasının öyüd-nəsihətini yadda saxlayırdı. Üstəlik də o heç vaxt haqqı-nahaqqa verən hakimlərdən deyildi. Və həmişə də çalışardı ki, məhkəmə istintaqında ədalətli hökm çıxarsın. Ədaləti qorumaq isə elə də asan deyildi. Çünki haqq-ədaləti bərpa etmək üçün nə qədər adamla kəllə-kəlləyə gəlməli, onları inandırmalı, müxtəlif təyziq və şantajlarından çıxış yolu tapmalıydın. Belə anlarda hakim Məmməd Kərimov çox səbrli olur və başqaları kimi əsəbləşib özündən çıxmazdı. O həm Allahı çox sevirdi, həm də qanunların aliliyini...

Məhkəmə binasının yanında yolun solunda bir yeməkxana da vardı. Elə rəis də, prokuror da, hakim də çox vaxt burda səhər və nahar yeməyini yeyərdilər. Onlardan savayı rayonun çox sayılıb seçilən və pullu kişilərindən olan Tiflis Ağayev, İsgəndər Orucov və Aydın Cəfərov da tez-tez bu yeməkxanada görünərdi. Onlar da elə-belə adamlar deyildi ha, rayonun yiyəsi hesab olunurdular. Yəni onların dediklərini raykom da, hüquq-mühafizə orqanlarının işçiləri də həmişə eşidirdi. Çünki onlar həm də rayonun ağsaqqalları sayılırdı. Əgər bir kimsənin düzəlməyən, çətin işi vardısa, o dəqiqə həmin ağayana və ağsaqqal kişilərdən birini tapardılar. Ümumiyyətlə, o kişilər həm pul qazanan kişilər idi, həm də camaata çörək verən.

Bir dəfə də bu imkanlı kişilər bir masanın arxasında nahar edəndə bir-birindən soruşdular ki, balam, bu sudya nə vaxtdı gözümüzə dəymir?! Ağsaqqallardan biri dilləndi ki, sudyanın başı möhkəm qarışıqdı. Bir cinayət işi var, hələ də onun istintaqını bitirməyib. Özü də deyəsən prokuror və rəislə sözləri düz gətirməyib. Nə rəis, nə prokuror, nə də sudya pis adam deyil ha. Adamın Allahı var, onlar camaatı yola verən adamlardılar...

Hakim Məmməd Kərimov məhkəmə prosesini artıq başa çatdırmışdı. Prokuror da müttəhimlərə 13 il cəza istəmişdi. Elə fasiləyə də ona görə çıxmışdılar ki, hakim cinayət işini başa çatdırdıqdan sonra məhkəmənin hökmünü hazırlasın və gəlib salonda müttəhimlərlə bağlı çıxardığı hökmü oxusun.

Artıq məhkəmənin hökmü hazır idi. Məhkəmə icraçılarından biri ucadan dedi:

- Qalxın, məhkəmə gəlir!.

Salondakılar hamısı ayağa qalxdı...

(Ardı var)




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK