nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Məzahir Pənahov: "Sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar..." Adalet.az | Məzahir Pənahov: "Sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Məzahir Pənahov: "Sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar..."

3099    |   2020-02-14 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin heç 2 faizini təşkil etmir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Real TV-yə müsahibəsində deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan materialların çəkildiyi bütün məntəqələrdə seçkilərin nəticəsini ləğv etsək belə, 5 573 seçki məntəqəsinin cəmi 2 faizini təşkil edəcək, yəni bu, təqribən 100 məntəqə deməkdir:

"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.

Qeyd edək ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı və 60 saylı Salyan-Neftçala, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 14 saylı Xəzər, 15 saylı Yasamal birinci, 10 saylı Binəqədi üçüncü, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli, 45 saylı Abşeron, 109 saylı Balakən, 67 saylı Cəlilabad seçki dairələri üzrə müraciətlərə baxılıb.

Müzakirələrdən sonra müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.




İmza:

Bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Prezident İlham Əliyev tərəfindən Ərdoğanın şərəfinə ziyafət verilib

İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” - VİDEO

"Dağlıq Qarabağ Azərbaycandır. Bunu bütün dünya deyir" - İlham Əliyev

Ərdoğan: "İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək"

Xocalı qətliamını çəkən çex fotoqraf: Ağdamda cəsədlər...

Bakı Polisi Xocalı qurbanlarını yad etdi

Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb

MSK daha 9 məntəqədə seçkilərin nəticələrini ləğv edib

"Bundan sonra hərbçinin haqqına girən istənilən məmura yerini çox sərt göstərəcəyik"

MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib

SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK