nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ceyhun Bayramov: Gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi əsas prioritetlərdəndir Adalet.az | Ceyhun Bayramov: Gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi əsas prioritetlərdəndir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Ceyhun Bayramov: Gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi əsas prioritetlərdəndir

3087    |   2020-02-13 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslər artıq həyata keçirilməkdədir.

Nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb: "Bu günə olan məlumata əsasən, "Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb. Onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür".

Nazir qeyd edib ki, sayca doqquzuncu dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.




İmza:

Xarici dilin tədrisində müasir metodikanın tətbiqi - FOTOLAR

Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər

Məktəblərdəki münaqişə hallarına görə 5 məsul şəxsə töhmət verildi

"Məişət qayğıları bu düşüncəmin üstündən xətt çəkdi" - MÜSAHİBƏ

Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Azərbaycanda ilk dəfə UNEC-də distant formada tədrisə başlanılıb

İmtahanlarda zal nəzarətçisi olmaq üçün 1000-ə yaxın şəxs qeydiyyatdan keçdi

Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub

Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

UNEC Rusiyanın Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlıq edəcək

Ceyhun Bayramov: Buraxılış imtahanlarının təhlillərindən nəticə çıxarılmalıdır

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK