ANA SƏHİFƏ / HÜQUQ

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

42353    |   2020-02-13 10:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.

Bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

"Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:

"Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.

Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:

"Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günahkar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altaylaüz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

Xatırladaq ki, Tovuzrayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK