nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ev heyvanı saxlamağın faydaları nədir? Adalet.az | Ev heyvanı saxlamağın faydaları nədir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Ev heyvanı saxlamağın faydaları nədir?

6255    |   2020-02-12 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İt, pişik, quş, balıq, tısmağa və ya evinizdə saxladığınız fərqli heyvan dostlarınız varsa, bunun sizin üçün bir çox faydası olduğunu bilməlisiniz. Həm sağlamlıq, həm də psixoloji baxımdan bir çox müsbət cəhəti var. Bəs heyvan bəsləməyin faydaları hansılardır?

1. Məsuliyyət

Ev heyvanı bəsləmək sizin məsuliyyətli olmağınıza gətirib çıxaracaq. Səhər-axşam suyunu, yeməyini vermək, gəzməyə çıxartmaq, sularını dəyişdirmək, oyun oynamaq, çimdirmək, öyrətmək və s. ev heyvanlarının bu kimi ehtiyacları sizi məsuliyyətli insan halına gətirir və siz hiss etmədən həyatınıza yön verir.

2. Xoşbəxtlik

Heyvanlarla oyun oynamaq, akvariumdakı balığınızı izləmək, quşunuzun ötməsini dinləmək bədəninizdəki xoşbəxtlik hormonlarının ifrazını artırır. Bu sayədə özünüzü daha az stresli və xoşbəxt hiss edirsiniz. Hətta ev heyvanı saxlamaq təzyiq və infrakt riskini azaldır.

3. Dostluq

Heyvanların dostluqları özünüzü yaxşı hiss etməyinizə səbəb olur. Bir pişik və ya it, siz üzgün və ya yorğun olduğunuz zaman bədəninizdəki titrəşimləri hiss edir və anlayır. Pişiklər sahiblərinin pis hiss etdiyini anladığı zaman gəlib qucaqlarına oturur və mırıldamağa başlayır. İtlər isə iyləyib yalamağa, "mən yanındayam, pis olma” mesajı verməyə çalışırlar.

4. Həssaslıq

Ev heyvanı saxlamaq daha yaxşı və daha həssas bir insan olmağınıza gətirib çıxaracaq. Daha incə düşünən və hərəkət edən, ətraf mühitə və hadisələrə daha düşüncəli şəkildə baxan bir xarakter formalaşdıracaq. Hətta həbs cəzası almış cinayətkarların belə ev heyvanları ilə əlaqəsindən sonra davranışlarında dəyişiklik olduğu müşahidə edilmişdir.

5. Sosiallıq

Ev heyvanı saxlayan insanlar, balaca dostlarını başqa insanların heyvanları ilə sosiallaşdırıb bir araya gətirərkən, özləri də sosiallaşmış olurlar. İtinizi gəzdirərkən onu gəlib tumarlayan insanlarla söhbət etmək də sizin sosiallaşmağınıza səbəb olacaq.

6. Sağlamlıq

İtlər və pişiklər sahiblərinin duyğusal durumlarını və sağlamlıq vəziyyətlərini əvvəlcədən sezə bilirlər. Bu sayədə tədbir alaraq erkən diaqnoz qoya bilər və riskli xəstəlikləri vaxtında müalicə edə bilərsiniz.

7. Vəziyyət

Ev dostlarınızı gəzməyə çıxardığınız zaman və oyun oynadığınız zaman özünüz üçün etməli olduğunuz məşqləri də avtomatik olaraq yerinə yetirmiş olursunuz. Nizamli idman edərək sağlamlığınızı qoruyub, depresiya riskini azalda bilərsiniz.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK