nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Fəxrəddin Altun: "Ərdoğan müqavimət göstərməsəydi, FETÖ Türkiyəni..." Adalet.az | Fəxrəddin Altun: "Ərdoğan müqavimət göstərməsəydi, FETÖ Türkiyəni..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Fəxrəddin Altun: "Ərdoğan müqavimət göstərməsəydi, FETÖ Türkiyəni..."

12432    |   2020-02-12 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun FETÖ-yə qarşı başladılan təmizləmə əməliyyatlarına şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən göstəriş verildiyini və Ərdoğanın mübarizəsinin yalnız ölkə daxilində deyil, xaricdə də davam etdiyini bildirib.

"Twitter" hesabından FETÖ-yə qarşı mübarizə ilə bağlı paylaşım edən F.Altun bunları qeyd edib: "FETÖ-yə qarşı başladılan təmizləmə əməliyyatlarına şəxsən Prezidentimiz Rəcəb Tayyib Ərdoğan göstəriş verib. R.T.Ərdoğan müqavimət göstərməyib təslim olsaydı, demokratik hakimiyyəti tarixin arxivinə göndərməyi hədəfləyən və məkirli əməllərini 50 il ərzində addım-addım həyata keçirən FETÖ Türkiyəni tamamilə işğal edəcəkdi.”

Altun vurğulayıb ki, siyasət, ədliyyə, maliyyə, hərbi və təhlükəsizlik sahəsi başda olmaqla dövlətin kapilyar damarlarına gizlicə sızan terror təşkilatının məkirli və qanlı planlarını boşa çıxardan, prosesi ilk andan idarə edən və izləyən də məhz Prezident Ərdoğan olub.

FETÖ-nun dövlətə qarşı xəyanət addımlarından olan 7 fevral MİT əməliyyatı, 17 dekabr çevriliş cəhdi, 25 dekabr iqtisadiyyatı çökdürmə cəhdi və 15 iyul işğal cəhdinin Prezident Rəcəb Tayyib Ərdoğanın dik duruşu və xalqın iradəsinə sahib çıxması ilə məhv edildiyini vurğulayan Fəxrəddin Altun "Hörmətli Prezidentimizin mübarizəsi yalniz ölkə daxilində deyil, xaricdə də davam etmiş, bütün xarici səfərlərinin və diplomatik təmaslarının ən əhəmiyyətli mövzusu FETÖ ilə mübarizə olmuşdur. Unutmamalıyıq ki, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhdlə bağlı müraciət edərək xalqı meydanlara dəvət etmiş və 15 iyul qaranlıq gecəsini işıqlandırmışdır. Milləti ilə çiyin-çiyinə duran lider üsyankarları meydandan süpürüb atmışdır.

Prezidentimizin rəhbərliyi altında dövləti ələ keçirməyə, milləti əsir almağa, ölkəmizi işğal etməyə can atmış FETÖ ilə mübarizəmiz, öz çirkin ambisiyaları ilə birlikdə tamamilə aradan qaldırılana qədər davam edəcəkdir. FETÖ-nün yaradıcılarından, dəstəkləyənlərindən və tətikçilərindən hesab soruşulacaq. Qəyyumlarla, terrorçularla mübarizəmiz davam edəcək. Bu mübarizəyə zərər verənləri, iş birliyində olanları və oyun içində hərəkət edənləri nə millətimiz nə də tarix bağışlayacaq”, - deyə bildirib.(trend)




İmza:

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi

Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq

Aydın Mirzəzadə: Hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması vacibdir

Əli Əhmədov: Koronavirusla mübarizədə hər kəs həmrəylik nümayiş etdirməlidir

Deputatlar koronavirusa görə testdən keçiriləcək

Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq

G7 ölkələri koronavirusa qarşı mübarizə üçün görüşdü

Deputat: "İlham Əliyev xalqımızın bu bəladan ən az itki ilə qurtulması üçün..."

Milli Məclisin iclas saatı dəyişdirildi

Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

SON XƏBƏRLƏR
2020-03-28
2020-03-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK