nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Rihanna məsləhət verdi: "Sevqilisi olmayan qadınlar..." Adalet.az | Rihanna məsləhət verdi: "Sevqilisi olmayan qadınlar..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Rihanna məsləhət verdi: "Sevqilisi olmayan qadınlar..."

3786    |   2020-02-14 09:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pop ulduz Rihanna "Məsləhətli don gen olar”deyib, Sevgililər günü ilə bağlı bəzi məsləhətlər verib. Məsləhətini sevgilisi olmayan qızlara aid edib.

Deyib ki, ən yaxşı variant həmin gün cazibədar alt paltarı almaq və dadlı xörəklər yeməkdir . Maraqlıdır ki, onun bu "ağıllı” məsləhətindən, bu çağırışından sonra alt paltarı brendlərinin məhsullarına tələbat artıb.

Ağıllının biri də sual verib ki, ay Rihanna, sən neyniyəcəksən o Sevgililər günündə?

Rihanna da eləməyib tənbəllik deyib ki, Sevgililər gününü səsyazma studiyasında keçirəcək.

Həmin o "ağıllı” adam dübarə soruşub ki, ay Rihanna sevgililər günündə sən orda, kiminlə olacaqsan, neynəyəcəksən? (Maraq üstün gəlib də...)

Rihanna da sentimental müstəvidə cavab verib:

"Çox həyəcanlıyam. Kiminlə işlədiyimi deyə bilmərəm, lakin mən həmişə onunla musiqi yazmaq arzusunda idim. Yaxşı, onun kim olduğunu deyəcəm. Bu Farell Uilyamsdır”, - deyə aktrisa etiraf edib.

Qeyd edək ki, müğənni Rihanna sevgilisi, Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmildən ayrılıb.

3 ildir sevgili olan cütlüyün ayrılma səbəbi hələ ki, açıqlanmır. Xarici mənbələr nə Rihanna, nə də qarşı tərəfin bu haqda danışmaq istədiyini qeyd edir.

Qeyd edək ki, bir dəfə istirahət üçün İstanbula gedən cütlük orada açıqlamasında münasibətlərini rəsmiləşdirmək, övlad sahibi olmaq istədiyini vurğulamışdı.

Xatırladaq ki, Cəmil dünyanın ən böyükşirkətlərindən biri olan "Toyota"nın varisidir. "Forbes"in ən çox qazananlar siyahısında adı olan Həsənin illik gəliri 1,5 milyard dollar dəyərində qiymətləndirilir.

Əntiqə Rəşid

Adalet.az




İmza:

74 yaşlı "Superstar" sevqilisindən ayrıldı - Evlilikləri, eşqləri, ayrılıqları...

Rita Ora və Rəqsanə İsmayılova “pikant”ı - Soyunmaq həmişə tərif gətirmir

Elzadan Manafa “zövq” atmacası: ”Çox ağladım...”

Şoubiznes aləmində toy-toya qarışdı: Yeniliklər var...

Şəbnəm Tovuzludurmu? - O qızı tapın!

“Səmra, çıx eyvana, qoy baxım, yana-yana” - Səmra yenə soyundu

Adriana Limanı “türk sevqililəri” sırası seyrəlmir - Yeni iddia

Dəmət Akalın yenə günə damğasını vurdu - Gəlinliklə...

Evliliyi "su yolu"na döndərənlər - 23 ər...

Aktrisa Zümrüd Qasımova paylaşım etdi: Həyat yoldaşının...

Nadir Qafarzadədən xalq artistlərinə atmaca: Gülüş “smaylik”ləri ilə...

Mətanət Əsədova: “Beynim çönsə, uçurdaram onu” - VİDEO

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK