nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür Adalet.az | Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

15505    |   2020-02-12 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

11 fevral 1992-ci il…Bəlkədə bir coxları həmin günü, həmin tarixi bir başqa hadisəylə xatırlayır…Kimi övladının xeyir işi, kimi əzizinin doğum günü, kimi ömrünün ən yadda qalan anı kimi unutmur. Amma qarabağlılar məhz həmin günü, həmin tarixi elə bir əzabla yaşadılar, elə bir acı ilə yadda saxladılar ki, çətin bir də unudalar.

Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalı günüdür və 28 ildən sonra malıbəylilərlə görüşmək, o keçən günləri xatırlamaq, hadisələrə daha dəyişik bir nəzərlə baxmaq ümidi ilə üz tutduq Bakı şəhəri Sabuncu rayonu ərazisində tikilmiş Ramana-450 qəsəbəsinə. Xatırladaq ki, 2007-ci ildə salınan qəsəbəyə "Zuğulba sanatoriyası"nın binalarında məskunlaşmış əslən Şuşa, Laçın, Ağdamdan olan soydaşlarımız yerləşdirilib. İlk öncə Malıbəyli Ərazi İcra nümayəndəliyində olduq. Fürsətdən istifadə edib icra nümayəndəsi, gənc kadr Əmirxan Qarayevlə tanışdıq. Malıbəyli kəndinin işğalı ilə bağlı kənd mədəniyyət evində tədbir keçiriləcəyini bildirən Ə.Qarayev suallarımızı cavablandıraraq söylədi ki, Malıbəyli az-az təsadüf edilən kəndlərdəndir ki, əhalisi kompakt olaraq məskunlaşıb:” Ermənistan silahlı qüvvələri və onların havadarları 1992-ci ilin fevralın 11-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, Kəndlərin hər ikisi isə tamamilə yandırıldı.




1912-ci ildə nəşr olunmuş "Qafqaz təqvimi jurnalında 

Yelizavetpol quberniyasının Şuşa qəzasına aid olan Malıbəyli kəndinin əhalisi 1.060 nəfər təşkil edib, onların əksəriyyəti tatar kimi qeyd olunub. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayıb və tərkib dəyişməyib.1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə isə kənddə 1224 nəfər yaşayıb və onların hamısı milliyətcə azərbaycanlı olub. Bu ilki statistikaya əsasən isə əhalinin sayı 2856 nəfərə qədər yüsəlib. Onlardan 1550 nəfəri Ramana-450 qəsəbəsindədir. Digərləri isə Azərbaycan Respublikasının 26 yaşayış məntəqəsinə pənah aparıblar.”

Elə bu zaman tədbirin saat neçədə olacağını dəqiqləşdirmək üçün otağa daxil olan kənd sakini – kənd mədəniyyət evinin uzun illər bədii rəhbəri olmuş və təzəlikcə işlədiyi doğma müəsissədən təqaüdə çıxmış Oqtay Balacayevlə də tanış olduq. Əmirxan müəllim onun Malıbəylidə doğulub, boya-başa catdığını, Qarabağ hadisələrinə şahid, eyni zamanda maraqlı müsahib olduğunu vurğuladı. Malıbəylinin ağsaqqallarından biri olan Oğtay müəllim bizi evinə dəvət etdi və gəldiyi kimi də səssizcə çıxıb getdi.



Əmirxan müəllimlə söhbətimizi yekunlaşdırıb Oqtay müəllimgilə yol aldıq. Darvazadan həyətə keçəndə, səliqəli, qış olmasına baxmayaraq güllü-çiçəkli və yamyaşıl bağ-bağat bizi heyran etdi. Üstəlik həyətin digər hissəsində ev quşları üçün düzəldilmiş xüsusi yerdə xeyli toyuq-cücə , qaz, ördək gözə dəyirdi. Ətrafa diqqətlə baxdığımızı görən Oqtay müəllim bu xırda təsərrüfatı yaradaraq bazardan-marketdən asılılığının qarşısını aldığını söylədi:”Burdakıların hamısı kənd adamlarıdı, bacarıqlıdırlar, qoçaqdırlar, Demək olar ki, hər kəsin özünəməxsus xırda da olsa təsərrüfatı var. Hələ inək və qoyun saxlayanlarında sayı artıb”.

Əlində bel ağacların dibini yumşaldan ev sahibi "Zağulba Sanatoriyası”ndakı əziyyətlərdən sonra belə rahat-müasir bir evdə həyatlarına davam etdiklərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ailəsi və el –obası adından təşəkkür etdi.



Bizimlə söhbətləşə-söhbətləşə işini də başa vuran el ağsaqqalı beli kənara qoyub qonaqpərvərliklə bizi evə dəvət etdi. Həyat yoldaşı çay tədarükündə idi və 3-4 yaşlarında nəvəsi isə stolun üstündə ki, alboma baxırdı. Ağ-qara şəkillər diqqətimizi çəkdi. Malıbəylinin xoşbəxt günlərindən qalan yeganə yadigarlarda insanların təbəssüm dolu üz-gözləri adamı uzaq, çox uzaq illərə aparırdı.Şəkillərə baxdıqca Oqtay müəllimin gözləri dolur, amma qəhərini udub, tələsik söhbətə başlayır:”

Ötən əsrin əvvəllərində "Bala Tiflis” 

adı ilə məşhur olan Malıbəyli 300-dən artıq ev olanda, Malibəylidən Tiflisə birbaşa arabalar işləyəndəXankəndində 25-30 ev olub. Sonradan sovet hökümətinin ikibaşlı siyasəti Xankəndinin həm görünüşünü dəyişib , həm də adını. "İlan yuvası” sayılan Stepanakert dirçələndən sonra o ərazidə yerləşən azərbaycanlılara qarşı haqsızlıqlar baş alıb,gedib.Azərbaycankəndlərinə olan laqeyd münasibət, ermənilərin yaşadıqları məntəqələrdə quruculuq işləri dediklərimə sübutdu.

Amma buna baxmayaraq, əsrlər öncə bu kəndlərdə karvansaralar, əttar, əllaf, baqqal dükanları, aşxanalar, çayxanalar, hamam, məscid, qala divarları, hətta kanalizasiya xətti də var idi. Malıbəylinin qədimliyini təsdiq edən tarixi abidələrin varlığını Qarabağda bilməyən yoxdu. Novlu bulaq (1880), XVIII əsrdə tikilməsi ehtimal olunan kəndin mərkəzində yerləşən təkminarəli məscid, 300 ili çoxdan adlamış Səfəvi dövründən qalan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam…Ən vacib bir faktı da deyim: 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırması haqqında bəlkədə bir çox həmvətənlərimizbilmir. Oqtay müəllim söhbətini davam etdirir:"Bizimyerlər həm gözəl idi, həm sevimli, həm də yaşamalı…Tez-tez yuxularımda kəndimizi qarış-qarış gəzirəm, hər cığırı, hər döngəni dəfələrlə axtarıram,tapıram, orda izimi arayıram. Cala daşdan, Yastı meşədən, Qacar qayasından bənövşə dərdiyim yerdə…yatağımdan qəflətən dik atılıram. Oraları o qədər doğmalıqla, sevinclə, sevgi ilə gəzirəm ki, bir müddət özümə gələ bilmirəm. Bir müddət harda olduğumu anlaya bilmirəm. Şirin xəyalla, acı gercəyin arasında ürəyim sızım-sızım sızıldayır, yuxuma özümü elə qapdırıram ki,torpağın qoxusu burnumdan xeyli vaxt getmir…Təəssüf ki, düz 27 ildə heç nəyi unuda bilmədim. Heç nə xatirimdən silinmədi.Onagörədə belə ikili həyat tərzi məni rahat yaşamağa qoymur…”Kəndinizin işğal olacağına inanırdınız?”-sualım onu xəyallarından ayırır.




-Bilirsiniz, bizim kənd artmış, genişlənmiş, inkişaf etmiş erməni yaşayış məntəqələri ilə əhatəyə alınmışdı. Oradan qurtuluş yox idi. O bir möcüzə idi ki, hər iki kənd bu şərtlər altında yalnız 30 şəhid verib. Əslində inansaydıq vaxtında çıxardıq, o ölüm halqasından qurtulardıq.Qeyd edim ki, 1991-ci il oktyabrın 30-da Tuğ və Səlakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi zəbt edildi. Bir günsonra Qarakəndfaciəsi baş verdi. Dövlət və hökumət adamları qətlə yetirildi. Dekabrın 11-də Mikayıl Gözəlov (Şuşa rayon İcra Hakimiyyətinin başçısı) qətlə yetirildi. 1992-ci il yanvarın 10-da Axullu kəndi də düşmən tapdağına çevrildi. 26-da Daşaltı əməliyyatı iflasa uğradı.Baxmayaraqki hadisələrin sıralanması çıxmağımızı vacib edirdi. Gecikdik…

-Həmin günü necə xatırlayırsınız?

-Hərdən bir mənə elə gəlir ki, o hadisələr bir kino lentidi.Yəni, sözün həqiqi mənasında elə bir cümlə qura bilmirəm ki, o dəhşəti sizə anlada biləm. Fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Həmin vaxtadək ara-sıra hücumlar, həmlələr olsa da, vəziyyət budəfəki qədər gərgin olmamışdı. Düşmənin bu hücumu əvvəlkilərə bənzəmirdi. Səhər tezdən kənd artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutuldu. 

Dağlar, meşələr məni haraylayır, bizləri gözləyir!

Malıbəyli və Quşçular kəndlərinin kişiləri (məndə içində olmaq şərtilə) mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatdan girov götürməyə imkan vermirdik. Vəziyyət hər an gərginləşirdi, qadınların, qocaların, uşaqların kənddə qalması böyük faciələrə səbəb ola bilərdi. Gecə ikən Malıbəylinin dinc əhalisini qonşu Quşçular kəndinə gətirdik. Ancaq kəndin kişilərinin silah-sursatı, ov tüfəngi belə olmadığından mühasirə dalğası daralır, saatlar ötdükcə Quşçular kəndi də eyni vəziyyətlə üzləşirdi. Hər iki kəndin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Kənd özünümüdafiə batalyonunun uşaqları xəbər gətirdilər ki, düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görüb. Məcbur qaldıq, əhalini soyuqda, dəhşətli şaxtada Abdal-Gülablıya tərəf apardıq. Düz 16 km yol keçdik. Pusquya düşməmək üçün əziyyətlər çəkdik. Camaatın kütləvi qırılmaması üçün kəndin igidləri postlarından tərpənmədi, yaxınlaşan erməni ordusu ilə döyüşü davam etdirdi, buda əhalinin cəbhə xəttindən uzaqlaşmasına zaman qazandırdı. Ən təəccüblüsü o idi ki üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiəçi öz üzərinə götürmüşdü. Malıbəylidən olan igidlərdən Cəsarətin, Rizvanın, Haqverdinin, Nazimin, İnqilabın, Elşənin, Faiqin, Rafiqin, Gündüzün, Əlinin, Aydının cəsədləri elə döyüşdükləri postlarda qaldı”.
Oqtay müəllim bir xeyli susduqdan sonra :”Bəlkə, şəhid Nazim Əlixanovun qardaşı Rafael kişi ilə də bir görüşəydinz, söhbət edəydiniz?”-deyə soruşdu.

Səliqəli, hamar yollardan, döngələrdən kecib Rafael Əlixanovgilə tərəf tələsdik. Qəflətən qarşımıza cıxan yaşlı bir kişi Oqtay müəllimə salam verib”tədbir hələ başlamır, hara belə tələsiyirsiniz?”-dedi. Salamlaşdıq. Tanışdıq.
-Mən Mamed Fərəcovam, adım elə paspotda da belə gedir. A qızım, səndən bir xahiş eləsəm, yerinə yetirərsən?
-Gücüm catdığı qədər…



-O qəzetində mənim adımdan yaz ki, Mamed dayı deyir ki, sağ ol əziz prezidentim, qayğınız sayəsində ac qalmadıq, acıqda qalmadıq,yadlara möhtac olmadıq. Bunun ücün sizə minnətdarlıq borcumuz var! Amma xahiş edirəm, yalvarıram! Tez bir zamanda əmr etsin, əli silah tutan kişilər erməniyə həddini bildirsin, yurdlarımızdan qovsun onları..Biz də, biz qocalar da ömrümüzün bu qürub cağını öz yurdumuza dönək. Dağlar, meşələr məni haraylayır, bizləri gözləyir!"

Nəhayət Rafael əmigilin evinə çatdıq. Elə qapının ağzındaca rastlaşdıq.Yuxarıda qeyd etdiyim kimi, deyəsən, saat 2-də Malıbəyli kəndinin və şəhidlərinin anım günü ilə bağlı tədbirə gedirdi. Vaxta hələ xeyli qaldığına görə onunlada xeyli söhbətləşdik. Yurdunun hər qarışından yana-yana danışdı. Amma səsindən bir giley də sezilirdi:

-Bir kəndin 15 şəhidi var, O 15 şəhidin demək olar ki, heç birinin qəbri yoxdu. Məsələn, mən qardaşım Nazimi anım günlərində yad etmək üçün hara gedəcəyimi bilmirəm. Kaşki 1 saylı Malıbəyli kənd orta məktəbinin həyətində, yaxud da, elə bu qəsəbənin ortasında qəbri olmayan o şəhidlərə bir abidə qoyulaydı, lap bir büst, bir barelyef də yetər…

Malıbəyli kənd Mədəniyyət evinə catandan 20 dəqiqə sonra tədbir başladı. Zal ağzınacan dolu idi. Hər kəsin gözündə bir ələm, bir dərd…Bu gün 2 böyük kəndin işğal günü idi…Aradan 28 il keçməsinə baxmayaraq o ələm, o dərd hələ də azalmayıb.

Bir daha xatırladırıq ki, 28 ildir Malıbəyli kəndi işğal altındadır…

2019-ci il- 11 fevral

Əntiqə Rəşid




İmza:

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu

İlham Əliyev hərbi xidmətə çağırışın mayın 31-dək uzadılması haqqında qanunu təsdiqləyib

Putinlə Ərdoğan arasında telefon danışığı aparılıb

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

Korona qitələr üzrə

Xaricdən qayıdaraq Atletlər kəndinə yerləşdirilən azərbaycanlılar dövlət başçısına təşəkkür etdi

Koronavirusa görə məhdudiyyətlər deputatların nəqliyyat vasitəsinə şamil edilməyəcək

Ünvanlı sosial yardım alan ailələrin sayı 78 min 300-ə çatdı

BŞBPİ: İnfeksiyaya yoluxmanı azaltmaq üçün zəruri tədbirlər həyata keçirilir

Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

13 minədək tənha yaşlıya ərzaq yardımı edildi

Nazirlik ailədə kimlərin birdəfəlik ödəmə alacağını açıqladı

KORONAVİRUSUN XOSROV CƏRGƏSİ

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Baş Nazir Milli Məclisdə hesabat verir

Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir

SON XƏBƏRLƏR
2020-04-09
2020-04-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK