nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ Adalet.az | Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ

3617    |   2020-02-10 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb.

Xəstələrdən biri ötən gün, digəri bu gün vəfat edib.

Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstəəvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yəgətirilib.

Həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.

Vəfat edən 1959-cu il təvəllüdlü digər xəstə isə yanvarın 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu iləİnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən – kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktlarını təsdiqləyib.

Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.

Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur.(oxu.az)




İmza:

Bakıda daha 2 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi - RƏSMİ

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

Soğan yeyənin içi göynəmir, xəstəliyi azalır...

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız

Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu

İngiltərədən gəlmiş pasiyent Mərkəzi Gömrük Hospitalında bariatrik əməliyyata daxil oldu

Bakıda daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Kürdəmirdə baş həkimə şiddətli töhmət verildi - RƏSMİ

Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ

500-dən çox Quba sakini ödənişsiz tibbi aksiyadan yararlanıb

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK