nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİR GECƏ, BİR GÜN... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİR GECƏ, BİR GÜN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: BİR GECƏ, BİR GÜN...

Mənəvi müstəvi havası üstə

8881    |   2020-02-10 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, yəqin başlığı oxuyub fikirləşəcəksiniz ki, görəsən söhbət nədən gedir. Mən də sizi çox intizarda saxlamayıb elə bəri başdan deyim ki, bir gün, bir gecədən sonra fevralın 9-u tarixiləşəcək. Gözü, ürəyi qutuda, qulağı MSK-da olan 125 nəfər seçici səsilə öz arzusuna qovuşacaq. Kənarda qalanlar da elə bu bir gün, bir gecədə nə yaşayıblarsa, onu büküb qoyacaq ürəyinin bir küncünə. Kimi gileylənəcək... kimi düşmən axtaracaq... kimi ədalətsizlikdən bəhs edəcək... kimi də səssizcə çəkiləcək arxada qalan zaman kəsiyinə... Amma bütövlükdə bunların hamısı 9 fevralın ayağına yazılacaq. Çünki həmin tarix artıq birmənalı şəkildə ölkənin bir Seçilənlər günüdür. Ona görə seçiləndi ki, 2020-ci il parlamenti məhz həmin gündən qaynaqlanacaq...

Bax, beləcə yazıma başlayıram və düşünürəm ki, giriş olaraq yazdığım fikirlər, müəyyən mənada həm də baş verənlərə münasibətdi. Təbii ki, bir vətəndaş, bir yazar münasibəti. Deməli, bu münasibət həm də onu göstərir ki mən də 9 fevrala bir gün, bir gecə məsafəsindəyəm. Amma bütövlükdə həyatla, son nöqtəylə nə qədər məsafədə olduğumu yalnız Yaradan bilir. Onun bildiyini isə bəndənin bilməsi qeyri mümkündü. Sadəcə olaraq, bəndə fəhm edə bilər... təxminliklə fikir ortaya qoyar. Bu isə tamam başqa bir yanaşmadı. Mən də olanları bir-birinə qarışdırmadan öz məntiqimə söykənib demək istəyirəm ki, bütün təxminlərin topası bir gerçəyi əvəz etmir. Elə bu mənada da hər şeyin zamana ehtiyaclı olması, zamanın ixtiyarına verilməsi normal sayılmalıdır. Və bir də unutmaq lazım deyil ki, bəlli tarixlər özləri də seçilmişlərdən olurlar. Onlar da bu seçimlərlə cəmiyyətin, bəşəriyyətin, dünyanın, lap elə ayrı-ayrı coğrafiyaların tarixində özlərini möhürləyirlər. Və...

Bəli, indi siyasi, ictimai müstəvidən mənəvi dəyərlərə doğru üz çevirirəm. Çünki bu müstəvidə özümü daha rahat hiss edirəm. Axı orda söhbət insanın içindən, hisslərindən, yaşantılarından, əməllərindən, lap elə xəyallarından gedir. Hətta yuxuların özü də bu mənəvi müstəvidə həm mövzu, həm də təsəlli baxımından diqqət çəkəndi. Mənimlə razılaşarsınız ki, gördüyümüz yuxu gerçək yozumu ilə bizdə ruh yüksəkliyi yarada bilir. Adətən yuxuda qan görənə qovuşacaqsan deyirlər, su görənə aydınlıq olacaq söyləyirlər. Saç görənə qarşında yol görünür - deyə işarə edirlər. Pul, qızıl görənə isə səs eşidəcəksən himi edib və əlavə olaraq da "xeyir xəbər olsun” duasını səsləndirirlər. Bütün bunları atüstü diqqətə təqdim etməklə mənəvi müstəvinin çalarlarını bir balaca işıqlandırdım. Demək istədim ki, bu zənginliyin içərisində siyasət də, maddiyyat da yaddan çıxır, unudulur. İnsan mənən bir fürsət əldə edir. Özü ilə, iç dünyası ilə baş-başa qala bilir. Və belə yerdə hətta solan, erkən yarpaq tökən ümidlər də şeirləşir:


Mənim ümidlərimin

Payızı tez yetişdi...

Ürək ilk xəzəl üçün –

Keçmiş olsun – demişdi...


Gözləmədi vaxt, zaman

Qəm ələndi, qəm, yaman...

Mən deyəndə əl, aman –

Göz qarası getmişdi...


Olmuşdan olanadək

Boşalan dolanadək...

Minnətçi salanadək –

Bildiyini etmişdi...


Əbülfətə qalansa

Dərddi, hopub balansa!

Dünya əgər yalansa –

Onda hər şey keçmişdi...

***

Biz zamanın həm daşıyıcısıyıq, həm də bir hissəsi. Nə qədər ayaqdayıq, daşıyırıq zamanı özümüzlə, təbii ki, onun bir hissəsi olaraq. Elə ki, bitdik, onda öz zamanımızı, yəni o zamanın içərisindəki bir hissəciyi elə zamanın öz tarixinə atıb keçmiş oluruq. Ona görə də zamanında zamanın bir hissəsi ola bilməyənlər barəsində adətən danışmırlar, susurlar. Olanlar barəsində isə keçmişdə danışırlar. Yəni onlar keçmiş zamanın hissəcikləri kimi xatırlanırlar. Bu baxış bucağı altında baxanda özümün zamanın hansı səhifəsində, hansı görmə məntəqəasində olacağımı demək çox çətindi. Hətta OLACAĞAMMI? – fikri də gerçəklik kimi məndən uzaqda dayanmır. Ona görə də gücüm çatan qədər içində olduğum zamanın havasını duymağa, o havanın notlarını mənimsəməyə çalışıram. Doğrudur, adamların hər birinin fərdi mahnısı var, havası var. Və bütün havalar insanların ruhunu oxşamır. Ona görə deyirlər ki, hərənin öz havası. Yeganə zamanın havasıdı ki, onu hər kəs dinləməyə məcburdu, məhkumdu.

Deməli, mən zamanın havasına qol qaldırmasam da, ən azından ayaqda durub ona əl çalmaq zorundayam. Axı, başqaları oynayır. Oynayanları isə bu və ya başqa formada həvəsləndirmək mütləqdir. Əgər bunu etməsən, onda mütləq incik, ittihamedici, hətta bəzən küskün baxışlarla da qarşılaşa bilərsən. Dediyim bu mənzərəni dəfələrlə hər birimiz şənliklərdə, şadyanalıqlarda müşahidə etmişik...

Bəli, indi havanın qeyri-sabit bir vaxtında zamanın havasını tutmaq asan olmasa da, mən bütün gücümü toplayıb mənəvi dinclik üçün, rahatlıq üçün sözün işığına sığınmışam. O söz ki, onu dinləmək, onu eşitmək elə öz havamla qol-boyun olmaq kimi bir şeydi. Hətta ən acı, ən ittihamedici söz belə insanın ruhunda, duyğularında bir əks-səda doğurur. Bu əks-səda da zamana, onun havasına atılmış daş kimi dəyib qayıdır üzü geri. Yəni bütün məzmunu ilə söz zamana uyğun gəlirsə, onunla birmənalı şəkildə üst-üstə düşürsə, bu artıq əks-sədadı. Amma heç bir qığılcım yaratmırsa, onda söz sahibinin dilindən və qulağından uzağa gedə bilmir. Düşünürəm ki, havalı sözlər, havalı ruhların pıçıltılarıdı... onların zamana əks-sədasıdı. Və mən də çiynimdəki yükün, ürəyimdəki ağrının həmin o sözə çevrilən və mənim özümü ifadə edən sözlərin yaxşı mənada girovuyam. Ona görə də sözün ətəyini buraxmamaq, sözü qələmlə, kağızla və zamanla birgə görmək missiyasını özümə bir əbədi iş kimi, vəzifə kimi seçmişəm. Çalışıram ki, bütün məqamlarda sözün məqamıyla, zamanın sözüylə və həm də zamanını havasıyla bir müstəvidə olum. Yenə təkrar edirəm ki, bu, mənəviyyat müstəvisidi. Oradan baxanda hamını, hər kəsi, mən isə hamıdan daha çox Səni görürəm. Onda həmin o zamanın havası duyğularımı sığallayır, onları yavaş-yavaş misralayır:


Gözlərin yorulub – gözün qayğısı

Yükləndi qəlbimə elə indicə...

Canımı verərəm, bil istəmərəm –

Sənin gözlərini kimsə incidə!..


Ruhumun əkizi, qəlbimin özü

Sən ki, dözümlüsən, belə sıxılma...

Mən qurban demişəm sənə bu gözü –

Qəbulun ürəklə elə, sıxılma...


Hər anım nəfəs tək səninlə bağlı

Bütün anlarımı götür, sıxılma!

Nə qədər ağrı var, nə qədər qayğı –

Onu mənə tərəf ötür, sıxılma!


Qaytar gözlərinə mənə sevgini

Qaytar Ümidinin ümidi kimi!

Al mənim gözümdən sənə sevgini –

Ovutsun o səni ümidin kimi!


Hə, düşünəcəksiniz ki, zamanın mənəvi müstəvisində ümidsizlikə ümidin, həsrətlə vüsalın, sevinclə kədərin baş-başa gəlməsi, bir-birini diz çökdürməyə çalışması niyə bu qədər problemə çevrilib? Nədən bu qədər çözülür, araşdırılır? Və heç bir bəlli nəticə ortaya qoyulmur. Mən bu sorğunun cavabını özüm üçün çoxdan müəyyənləşdirmişəm. Bilirəm ki, hər bir insanın özəl dünyası olduğu kimi, onun sevinci, kədəri, ümidi-ümidsizliyi, həsrəti, vüsalı da özəldi. Deməli, insanların sayı qədər də bu dediyim hisslər, duyğular mövcuddur. Mövcud olanlar da zamanın müstəvisində öz əksini tapmalıdır, necə ki, də tapır...

İndi özəl duyğuların burulğanı nə qədər ağrı, həyəcan yaşatsa da, hamı kimi mən də ondan çəkinib qaçmıram. Bilirəm və inanıram ki, bu bir alın yazısıdı, bir Tanrı payıdı. Yazını da, payı da açıq ürəklə qəbul edib onunla çıxdığım yolda hər şeyi göz altına almışam. Bu səbəbdən də büdrəmək, hətta üzü üstə yıxılmaq belə gözləniləndi. Sadəcə olaraq, mən bu gözləntilərin təkcə yükünü çəkmirəm, elə həm də onun özünün olmasına sevinirəm. Axı, bütün bunlar bir yaşamdı, özü də sevgi yaşamı – yəni Sən!


Qayğılarla yüklənibdi ürəyim

Mən ağlayıb kirimirəm hələ də...

Sıxıntıdan təklənibdi ürəyim –

Halsızlıqdan, yerimirəm, hələ də...


Çiyinlərim əyilibdi bir azca

Dabanlarım yeyilibdi bir azca...

Bildiklərim deyilibdi bir azca –

Şam olsam da ərimirəm, hələ də...


Seçib qəlbi, gecələyib "ah” məndə

Ümid gəzir gah çevrəmdə, gah məndə...

Sevgi adlı ən böyük günah məndə -

Ölmürəm, nə dirilmirəm, hələ də...


Açıq qapı, ya pəncə... kim döyər

Kim sevgini Əbülfət tək de, öyər?

Səni belə niyə sevdim kim deyər?

Bunu özüm sirr bilirəm hələ də...


***

Bəli, mən bütün hallarda zamanında damarını tutmağa çalışdım, hətta replika atanların da. Təbii ki, bunun özü də zamanın diktəsidi. Axı, replika atanın özü də mənimlə bir zamanın adamıdı. Yəni o da bəhs etdiyim, dayandığım mənəvi müstəvinin üzərindədi. Haradan, hansı bucaq altından baxmağından asılı olmayaraq, onun özəl dünyası və özəl münasibətləri bir ruh məsələsidi. Əgər mənim dediyim zaman havası onun da ruhuna toxunubsa, deməli, bütün yazdıqlarımda yanılmamışam. Bir az da dəqiqləşdirsəm, məni duyan hər kəs elə bəhs etdiyim havanı mənimlə birgə ifa edir. Və bu yerdə mütləq duyğular misralanır, şeirləşir. Axı söhbət ruh doğmalığından gedir. Ona görə də yazıram:


Söndürülmüş işığam

Kim yandıracaq məni?

Yenidən yanmağıma –

İnandıracaq məni...


Zamanın ləngərində

İllərin səngərində...

Hardan bir zəng gələndə -

De, andıracaq məni...


Ağırdı ömrün daşı

Kiprik də süzmür yaşı...

Bilməzdim addımbaşı –

O sındıracaq məni...


Əbülfət, üzülür can

Dodağında donur qan..

Gələcək elə bir an –

O qan tutacaq məni...


Bəli, bütün hallarda biz zamanın adamıyıq. Zamanı əynimizə geyib, zamanın havasına oynayıb, bəzən də zamana qarşı çıxırıq. Amma çayın axınına qarşı nə qədər üzürsən üz, yenə yorğun özün olacaqsan. Məncə havaya qarşı çıxmaqdansa, havanın çalarlarını dəyişmək, havanın rənginə rəng qatmaq lazımdır. Bax, bu yerdə qazanan sevgi olacaqdır. Kaş həmişə qazanan da elə Sevgi olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK