adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜYÜN

FAİQ QİSMƏTOĞLU
61691 | 2020-02-13 09:10

(Əvvəli burada)

... Köməkçi dəstəyitelefonun üstünə qoydu:

- Kərimov,birinci katib sizi kabinetə dəvət edir - dedi.

Hakim qapınıaçıb içəri keçdi. Gördü ki, birinci katibin ovqatı o qədər də yaxşı deyil.Salam verdi. Qədim Əhmədov salamı ağızucu aldı. Və sonra da əsəbi halda dilləndi:

- Kərimov, səninəlindən mən lap boğaza yığılmışam. A kişi, bu Bəhmənlidə baş vermiş cinayətişinin məhkəməsini nə qədər uzadacaqsan? Kabinetimdə otura bilmirəm. Bəhmənlilərvə zərər çəkmiş tərəf Mərkəzi Komitəyə şikayəti şikayət dalınca yazır. Bu işibitir, mənim də canım qurtarsın, prokurorun da, rəisin də. Özü də prokuror da, rəis də deyirlər ki, Kərimovun nəmarağı varsa, bu işi uzadır...

... Hakim diqqətləbirinci katibi dinləyəndən sonra deyilənlərə fikrini bildirdi:

- Yoldaş Əhmədov,prokurorun və rəisin sizə nə dediyini bilmirəm. Bildiyim odur ki, mən hakimliyəbaşladığım ilk gündən bu günə qədər heç vaxt ədalətsiz hökm və qərarçıxarmamışam. Və bir də dahilərədən biri deyib ki, hakimin vicdanı onunAllahıdı. Mən də həmişə başımın üstündə Allahı, haqq və ədaləti görmüşəm...

Birinci katibdeyəsən bir qədər yumuşaldı:

- Mən sizdən heçnə gizləmirəm. Prokuror Zeynalov və rəis Dadaşov deyir ki, müttəhimlərin bütün əməlləridəlillərlə sübuta yetirilib. Sadəcə olaraq, hakim Kərimov onlara havadarlıqedir. Mən də deyirəm ki, əgər cinayəti o iki qardaş törədibsə və sübutlar varsa, tay məhkəməni bu qədəruzatmağa nə ehtiyac var? Prokuror dövlət ittihamçısı kimi cəza istəsin, siz də məhkəmənin hökmünüoxuyun. Gedin, onlara bir on iki, on üç il iş verin, bizim də canımız şikayətlərdənqurtarsın...

Birinci katibinbu fikirləri heç də hakimin xoşuna gəlmədi, heç gələ də bilməzdi. Günahıolmayan iki müttəhimə necə 13 il cəza vermək olar? Hakim Kərimov bir daha diqqətləbirinci katibə tərəf baxdı:

- Yoldaş Əhmədov,məhkəmə istintaqında prokurorun və rəisin dediklərinin heç biri öz hüquqi təsdiqinitapmır. Bəlkə onlar sizə bu barədə bir şey deməyiblər.

Birinci katib:

- Xeyr. Onlarbircə onu deyiblər ki, sübutlar var, hakim qəsdən özü məhkəmə prosesiniuzadır...

Hakim:

- Onda yoldaş Əhmədov,qoy bir daha əsl sübutları və həqiqətləri və daha doğrusu, ekspertiza rəyinisizin diqqətinizə çatdırım. Cinayət işi də mənim yanımdadır. İstəsəniz göstərəbilərəm.

Birinci katib:

- Göstərməyəehtiyac yoxdur. Siz deyin, baxım görüm nəyə və hansı faktlara söykənmisiniz?

Hakim:

- Yoldaş Əhmədov,birincisi, mərhumun dırnağının arasındakı tük ekspertizaya göndərilib vəekspert də rəy verib ki, göndərilən tükün heç biri o iki qardaşlara aid deyil.Üstəlik də onların paltarlarında da qan izləri tapılıb. Və o qan izlərində dəekspert rəy verib. Rəydə bildirilir ki, qan insan qanı deyil, heyvan qanıdı. Yənibu qan da hər iki müttəhimə məxsus deyildi.

Birinci katib:

- Mən başadüşmürəm, bu qədər sübutdan və dəlildən sonra prokuror və rəis niyə belədanışır, bax, onu anlamaq olmur?!.

Hakim:

- Yoldaş birincikatib, siz deyirsiniz ki, gedim mən prosesi başa çatdırım, prokuror da cəza istəsin.Prokuror da cəza istəsə, 13 ildən az cəza tələb etməyəcək. Əgər mən ədalətsiz hökm çıxarıb onlara 13 il yox, lap10 il cəza versəm və bu cinayət işi Ali Məhkəmədə təsdiq olunmasa, hökm ləğvolunsa, yalnış hökmə görə, elə birinci məni partiya sıralarından siz azad edəcəksiniz.Sonra da hakimlikdən geri çağırılacam.

Birinci katib QədimƏhmədov hakimi çox səbrlə dinlədi. Dinlədikcə hiss etdi ki, hakim tamamilə ədalətliyol tutub. Və bir də hakimin bu qədər savadlı və ədalətli olduğunu bilmirdi.Çünki prokuror da, rəis də söz düşəndə ancaq hakimin haqsız olduğundan danışar,ədalətsiz qərarlar çıxardığını bildirərdi. Amma Məmməd Kərimovun Füzuliyə gəldiyiilk gündən bu günə qədər Ali Məhkəmə onun çıxardığı bir hökmünü, bir qərarınıbelə ləğv etməmişdi. Təbii ki, bunların çoxunu Qədim Əhmədov bilmirdi. Ancaqhakimin bu cəsarətli və haqlı çıxışından sonra birinci katibin Məmməd Kərimova hörmətibir az da artdı, onun haqqında yaradılmış qara fikirlər uzaq oldu.

Birincikatib kreslosundan ayağa qalxıb hakim MəmmədKərimova yaxınlaşdı. Görüşün əvvəlindəki əsəbilik və gərginlik hörmət və nəvazişləəvəzlənmişdi. Və birinci katibin çöhrəsində təbəssüm yarandı:

- Kərimov, get,məhkəmə prosesini haqq-ədalətlə yoluna qoy! Mən də istəmərəm ki, günahsız olaniki qardaşa on üç, on dörd il iş versinlər.

Birinci katibonu düz qapının ağzına qədər ötürdü. Sonra da qayıdıb kresloda əyləşdi. Elə bilki, dünyanın ən ağır yükü onun çiynindən götürüldü. Əsl həqiqətin üzə çıxmasıonu bir daha sakitləşdirdi və işə badalaq atan rəis və prokuroru qınadı...

Hakim birincikatibin kabinetindən qalib kimi çıxmışdı. Pilləkənləri elə rahat düşürdü ki,pilləkənləri qalxan vaxt keçirdiyi əsəbilik tamamən aradan qalxmışdı. Həm dəonun çöhrəsində bir təbəssüm yaranmışdı. Birinci mərtəbədə yenə şöbə müdiri MəhərrəmNəzərovla görüşdü. Məhərrəm müəllim də gördü ki, bu katibin yanına qalxan Kərimovdeyil, indi onun ovqatı tamamilə dəyişib. Hələ bir zarafat da elədilər. Sonrahakim Məhərrəm müəllimə dedi:

- Bu bəhmənlilərçox mərd adamdılar. Mənim başımı kəssələr də qoymaram ki, onlara şər-böhtanatılsın və günahsız yerə iki adam gedib on üç, on dörd il cəza çəksin.

Hakimin Füzulidəçox böyük hörməti vardı. Hər adam rayonagəlib az müddətdə el-obanın belə hörmətini, belə sevgisini qazana bilməzdi.Qabağına kim çıxırdı, ona salam verirdi. Və o da salamı səmimiyyətlə alar, "əleykümsalam” deyərdi. Amma rayonda sadə camaat nə prokurora, nə də rəisə salam verəbilərdi. Çünki onların qırımını görən kimi, o dəqiqə camaat özünü yığışdırar, rəisinvə prokurorun qəzəbinə düçar olmamaq üçün onlardan uzaq gəzərdilər. Xüsusən dəmilis rəisi Dadaşov çox ədazıl adam idi.

Hakimin əyninəgeyindiyi villur, çəhrayı rəngli kostyum ona çox yaraşırdı. Və bu kostyumdanonda ikisi vardı: biri çəhrayı rəngdə, biri də göy rəngdə. Hər ikisi çox qəşənggörünürdü. Daha doğrusu, gənc olduğuna görə, Məmməd Kərimov geyiminə-keçiminə vəsəliqəsinə xüsusi diqqət yetirirdi.

Artıq müttəhimlərinvəkili Rzayev də Bakıdan Füzuliyə gəlmişdi. Onlara bu vəkili xüsusitapmışdılar. Demişdilər ki, vəkil Rzayev çox adamları çətin vəziyyətdənqurtarıb, şərdən və şəbədədən xilas edib. Nəcəf kişinin həyat yoldaşı Nübararvad da Ali Sovetin sədrindən tutmuş, respublika prokurorunin, ədliyyənazirinin qəbulunda olmuşdu. Demişdi ki, mənim ərim və qaynım günahsızdı; bir tərəfdənöldürülmüş Rüstəm kişinin qanını batırmaq istəyirlər, bir tərəfdən də mənim ərimivə qaynımı həbsxanada çürütməyə can atırlar. Ərim və qaynım 10 aydır Bayıl türməsindəyatır, biz bu haqsızlığı heç vaxt yerdə qoymayacağıq. Düz Moskvaya qədər gedəcəyik.Elə Moskvaya da şikayətlər yazılırdı, prokurorun və rəisin haqsızlığındandanışılırdı.

Ancaq hələ ki,hakim Məmməd Kərimov prosesi davam etdirir, açılmamış düyünləri açırdı. Prosesbir neçə günlüyə təxirə salınsa da, yenidən davam etdi. Bakıdan olan vəkil Rzayev də gəldi. Məhkəmə prosesi hərgün qalmaqalla keçirdi: qışqırıqlar, bağırtılar, zərəçəkmiş və ittihamolunan tərəflərin ahı-naləsi...

... Axır ki,proses yekunlaşmaq üzrə idi. Və dövlət ittihamçısı, prokuror da bu məqamı çoxböyük səbirsizliklə gözləyirdi. O məqam gəldi və prokuror Zeynalov müttəhimlərəcəza istədi. İbtidai istintaq prosesində hansı hava çalınmışdı, prokuror elə həminhava əsasında cəza istədi. O, salondakılara bir daha diqqətlə baxdı və gördüki, hər şey onun əleyhinədi. Hətta maddi sübutların və ekspertiza rəylərininolmasına baxmayaraq, yenə öz dediyindən dönmək istəmədi.

... Ayağa qalxıbcinayət işində ittiham olunan hər iki müttəhimə - Nəcəf və Eldar Babayevqardaşlarına məhkəmədən 13 il iş istədi. Prokurorun cəza istəməsindən sonra məhkəməsalonunda yenidən aləm bir-birinə qarışdı: yenə qarğışlar, ah-nalə...

Hakim Məmməd Kərimovfasilə elan elədi...

(Ardı var)

TƏQVİM / ARXİV