nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "Uğurlarımın sirri çimməyimdədir" - Marsa atom bombası göndərməyi təklif edən adam Adalet.az | "Uğurlarımın sirri çimməyimdədir" - Marsa atom bombası göndərməyi təklif edən adam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

"Uğurlarımın sirri çimməyimdədir" - Marsa atom bombası göndərməyi təklif edən adam

16457    |   2020-02-03 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elon Musk haqqında oxuyarkən etdikləri ilə bizi təəccübləndirməyə davam edir. Xəyallarından ilham alan, bu gün isə elektrikli maşınlar, sürücüsüz maşınlar, kosmos araşdırmaları kimi bir çox nəaliyyətlərə imza atmış Musk Mars koloniyaları, günəş enerjisi və süni intellektlərlə bağlı olan şirkətləri idarə edir. 

Valideynləri Elon Muskın eşitmə əngəlli olduğunu düşünürdü

Elon Musk, uşaq ikən ailəsi onunla danışarkən tez-tez uzaqlara baxıb gedirdi. Bu da ailəsinin onda eşitmə problemi olduğu ilə bağlı şübhələndirmişdi. Həkimlərin müayinəsindən sonra problem olmadığı aşkarlandı. Anası bu mövzu haqqında belə deyir:

"Beyninə girir və başaqa bir dünyada olduğunuzu görürsünüz. İndilərdə də yeni bir roket və ya yeni bir şey dizayn etdiyini bildiyim üçün onu sərbəst buraxıram”


Uşaq vaxtı çox zorakılığa məruz qalıb


Cənubi Afrikada böyüyən Musk dostları tərəfindən olduqca çətin vaxtlar keçirməyə məruz qalmışdı. 41 yaşında ikən o dövrlərdən qalan burnunda əmələ gələn problemlər səbəbi ilə əməliyyat olunmuşdu.

1984-cü ildə video oyunu dizayn edib satdı


"Blastar” adlanan bu oyun Elon Musk-a 500 dollar qazandırdı. Oyundakı məqsəd silahlarla dolu kosmos gəmisini yox etmək idi. 2015-ci ildə Google mühəndisləri oyun kodunu HTML5-də işlənə biləcək hala gətirdi. Musk 12 yaşında yazdığı oyun üçün belə deyir:

Universitetdə ikən xərclərini çıxarmaq üçün partilər təşkil edirdi.

Pensilvaniya Universitetində oxuyarkən, ev partiləri təşkil edərək evin kirayəsinin pulunu qazanırdı. 10 yataq otaqlı dərnək evində bir dostu ilə qalan Musk, partiləri idarə edə bilmək üçün ayıq qalırdı. Hətta bir dəfə anası da gələn-gedəni kontrol etmək üçün ona kömək etmişdi.

Standford Universitetini qəbul olduqdan 2 gün sonra buraxmışdı


1995-ci ildə Standford Universitetində fizika oxumaq üçün qeyd olunmuşdu. Amma iki gün içində internet cəmiyyəti dəyişdirə biləcək potensiala sahib olduğunu düşünərək, bu qərara gəlmişdi. Universiteti atıb, Zip2-nu qurmaq qərarına gəldi. 1999-cu ilə qədər davam edən Zip2, internet qəzetlərində rəhbər və xəritə təşkil edən bir şirkət idi.

5 oğlu var


Musk-in köhnə arvadı Justine Wilson-dan 5 oğlu var. Əkizləri Griffin və Xavier 2004-də, üçəmləri isə Damian, Saxon və Kai isə 2006-cı ildə anadan olmuşdur. 2002-ci ildə doğulan Nevada adlı oğulları 10 həftəlik ikən vəfat etmişdir.

Tony Starkın həqiqi versiyasıdır


Musk "Dəmir adam" seriyasındakı Robert D. Jr. xarakteri üçün ilham qaynağı idi. 2007-ci ildə Musk ilə "SpaceX" mərkəzini gəzən Downey Jr. oradan ilham alıb. Hətta Musk "Dəmir adam 2" filmində də rol alıb.

Bir dəfə iflas ilə üz-üzə gəldi.


2008-ci ildə böyük kriz səbəbi ilə və arvadı Wilson-dan boşandığı üçün maddi baxımdan çətin günlər keçirməli oldu. Dostlarından aldığı borçlar ilə keçinən Musk son 35 milyon dollarını Teslaya xərclədi. Bu gün Teslanın dəyəri 33.4 milyard dollardan daha çoxdur.

Ceyms Bond maşınlarından birinə sahibdir


2013-cü ildə Musk bir auksionda 866 min dollara 1977-ci ilində James Bond filmin üçün istifadə edilən sualtı maşını satın aldı. Həqiqətən sualtına çevrilmədiyini öyrəndiyi zaman xəyal qırıqlığı yaşayan Mysk, Teslanın elektrik gücündən faydalanaraq bu xəyalını gerçəkləşdirəcəyini deyir.

The Big Bang Theory serialında qonaq aktyor olub


Elon Musk, 2015-ci ildə The Big Bang Theory serialının 9-cu 9-cu bölümündə iştirak edib. Təxminən 2 dəqiqəlik səhnədə Elon qab yuyarkən görüntülənib.

Marsa atom bombası göndərməyi təklif etdi

2015-ci ildə Stephen Colbert ilə Late Show-a qatılan Musk, Marsın koloniyalaşması fikirlərini danışdı. Marsın dünya tipli planetə çevriləcəyindən bəhs edərək, bir az isinməyə ehtiyacı olduğunu dedi.

"Bunu etməyin sürətli və yavaş yolu var. Sürətli yolda planetin qütblərinə termonüvə silahları buraxılır. Beləliklə Marsa yaxın olan 2 Günəş əmələ gəlir. "

Uğurunun sirri təmiz olmaqdır


"Reddit"də bir istifadəçidən gələn "Həyatınıza ən böyük pozitiv təsir edən vərdişiniz nədir?” sualına meditasiya, erkən oyanmaq kimi cavablar vermədi. Elon uğurunun sirrinə ən çox təsir edən şeyin çimmək olduğunu vurğuladı.

Süni intellektin insan varlığı üçün ən böyük təhdid olduğuna inanır


Elon Musk süni intellek mövzusuna inanılmaz dərəcədə təmkinli davranır. Süni intellektin insanlardan daha güclü və ağıllı ola biləcəyinə və beləliklə də insan nəslinin bitməsinə səbəb olacağından qorxur. Musk belə düşünən tək insan deyil. Bill Gates və Stephen Hawking də belə düşünən insanlardandır.

Yumor anlayışı ürəkaçan deyil


Mövzu yumora gələn zaman Musk beldən aşağı zarafatlara keçir. Məsələn, Tesla Model 3-ə ad verərkən Mus əslində onu Model E olaraq adlandırmaq istəmişdi. Əgər belə etsə, modellərin adları, S, E və X olacaqdı.


Dilimizə uyğunlaşdıran Eminquey


İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK