ANA SƏHİFƏ / YAZARLAR

Dövlət sərhədi evinizdən keçir?

Beynəlxalq layihənin iştirakçıları bu problemi həll etməyə çalışır

343422    |   2013-05-18 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya teatr məkanına inteqrasiya etməyi qarşısına məqsəd qoyan və bu məqsədə addım-addım gedən "YUĞ" Dövlət Teatrı daha bir beynəlxalq layihə üzərində yaradıcılıq işi aparır. Sadə, el dilində desək, bu teatrda əcnəbilərlə tamaşa hazırlanır. Həmin tamaşaya həm əcnəbilər baxacaq, həm də özümüzünkülər.

"Sərhəddə". Amma məşqdə

"YUĞ" Dövlət Teatrının bir neçə aktyoru yığışıbdı giriş qapısının ağzına. Siqareti siqaretin oduna calayırlar. İndi bu saətdə gərəkdi ki, qapının ağzı tamaşaçı ilə dolu ola. Amma hanı tamaşaçı? Tamaşaçı yoxdu. Niyə yoxdu?

Düzünə qalsa, tamaşaçının burda nə işi var? Axı bu gün tamaşa-filan olmayacaq. Hələ məşq gedir, atam-qardaşım. Bircə o qalmışdı ki, tamaşaçı gəlib məşqdə də otursun.

Məşq zamanı zalda tamaşanın yaradıcı və texniki heyəti olur. Uzaqbaşı bir nəfər də jurnalist.

Məşqdi də, atam-qardaşım. Bir arıq və əcnəbi rejissor, yəni polyak Tomaş Leşçinski oyana-buyana gedə-gedə tapşırıqlarını verir. Özü də rus dilində. Xəbərçilər xəbər verir ki, bir aya yaxındı burdadı. Aktyorların adını əzbərləməyə, onları tanımağa vaxt tapıb.

Onları polyak ləhcəsində çağırır. Elə bil Vidadi Həsənovla, Sonaxanım Mikayılova ilə, Yaqut Paşazadə ilə, Təranə Ocaqverdiyeva ilə, Qasım Nağı ilə, Oqtay Mehdiyevlə, 20-30 ilin dostudu, "Beşmərtəbənin" qarşısında onlarla bir ton çörək kəsib.

Rejissorun yanında bir arıq, əcnəbi xanım da oturub. Ara-sıra Tomaşla məsləhətləşir. Bağışla, xala qızı, adınızı da bilmirəm. Eybi yox, premyeradan sonra öyrənərəm.

Məşqdi də, atam-qardaşım. Gah işıq məsələsi Tomaşı razı salmır, gah da musiqi vaxtında verilmir. Vidadi müəllim isə məsələni konkret qoyur - ya gitara üçün kəmər alınmalıdı, ya da elə alınmalıdı! Axı tamaşanın şirin yerində gitarada mahnı çalacaq. Digər aktyorlar da onun başına cəm olub Ramiz Rövşəndən oxuyacaqlar.

Ah bu qızın barmaqları,

Uzun-uzun barmaqları.

Döymədi atam, döymədi,

Qapımızı barmaqları.

Vidadi müəllim, Şeyxzamanovu səhnədə görmüsünüz, Turabovu institutda. Hələlik kəmərsiz oxuyun, sabah alarlar da. Dünyanın axırı deyil ki... Bir yandan da Oqtayın ayağı. Oqtay, qardaşımsan, rejissor deyir ayağını gizlət, gizlət də...

"Sərhəddə"

Jurnalist, tamaşaçıya məşq yox e, tamaşanın özü lazımdı. Başa düşdün, atam-qardaşım?

Tamaşanın adı olacaq "Sərhəddə". Onu da qələmə alıbdı Slavomir Mrojek. Atam-qardaşım, əlinə qələm götürən hər kəs nəsə yazır. Bəs bu Slavomir Mrojek nə yazıb, nə deyir?

Deməli belə, ailə şam yeməyinə hazırlaşır. Elə bu saətdə diplomatlar peyda olur və deyirlər ki, dövlət sərhədi bu evin içindən keçəcək. Bu sərhəd ailənin hər bir üzvünü ayı-ayrı dövlətlərin vətəndaşına çevirəcək. Həngamə də elə bundan sonra başlayır. "Dövlət sərhədini" qanunsuz keçməyə cəhd göstərən Nənə öldürülür. Ailə isə bütün bunlara əhəmiyyət vermədən əvvəlki kimi yaşamağa çalışır. Ev sahibinin ad gününü keçirir, hətta sərhədçiləri də həmin mərasimə dəvət edirlər.

Mrojek öz üslubuna sadiqdi. Dramaturq bu əsərin finalını da tamaşaçı üçün açıq qoyur. Tamaşaya baxmaq azdı, gərək finalda nə baş verəcəyini özün düşünəsən, atam-qardaşım.

Mrojek aktual məsələyə toxunub. Müəllif belə hesab edir ki, müharibələr, sərhədlər insanların xoşbəxt yaşamasına mane olur. Biz insanların yaratdığı sərhədlər - dini, irqi, sosial ayrı-seçkilik də faciə gətirir.

"Sərhəddə"

və onun rejissoru

İçəridə məşq gedir. Yazının əvvəlindəki mənzərədi. Məşqdi də, atam qardaşım. Kənara çəkilib bu beynəlxalq layihənin prodüseri Səbuhi Məmmədovla söhbətləşirik. Məlum olur ki, tamaşa dövlət teatrları arasında ilk müştərək beynəlxalq prodüser layihəsidi: "Layihə Mədəniyyət və Turizm Nazirliyinin, "YUĞ" Dövlət Teatrının, Polşanın ölkəmizdəki səfirliyinin, AR-Production - Beynəlxalq Prodüser Şirkətinin və A.Mitskeviç İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlib.

Tamaşaya quruluş vermək üçün Bakıya dəvət olunan Tomaş Leşçinski gənc olmasına baxmayaraq yetərincə tanınmış simadı. 1980-ci ildə Polşada doğulan Tomaş vətənində ali aktyorluq təhsili alıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki Teatr Sənəti Akademiyasında Veniam Filştinskinin kursunu bitirib. Rusiyada və ABŞ-da aktyor kimi çalışıb. Rusiyada, Polşa və Almaniyada həm kino, həm də teatr layihələrində iştirak edib. Bir müddət Polşa Dövlət Radiosundakı rus dili redaksiyasının rəhbəri olub. Polşanın, Rusiyanın, Gürcüstanın və Belarusun müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Onun quruluş verdiyi "Cinayət və cəza" (F.Dostoyevski), "Kapitan qızı" (A.Puşkin), "Mənim bütün oğullarım" (A.Miller) , "Polis" (S.Mrojek) tamaşalar böyük uğur qazanıb".

Səbuhi Məmmədov istedadlı rejissorun bu tamaşaçının da maraqla qarşılanacağına əmindi.

"YUĞ" Dövlət Teatrı "Sərhəddə" tamaşasını bu gün mətbuat nümayəndələrinə təqdim edəcək. Sadə dillə desək, premyera jurnalistlər üçün oynanılacaq.

Hörmətimiz var da, atam, qardaşım.

ETİBAR

CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK