nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Zəlzələnin xəbərçiləri – İnsan səhhəti, heyvanlar, atmosfer... Adalet.az | Zəlzələnin xəbərçiləri – İnsan səhhəti, heyvanlar, atmosfer... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Zəlzələnin xəbərçiləri – İnsan səhhəti, heyvanlar, atmosfer...

32613    |   2020-01-28 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya gündəmi tez-tez zəlzələ xəbərləri ilə sarsılır. Mütəxəsisslər də, adi insanlar da bu fəlakətin itkilərini azaltmaq niyyəti ilə hər zaman axtarışlarda olublar. Araşdırma zamanı Türkiyədə Marmara zəlzələsi öncəsi yaşanan 773 hadisə ilə Yaponiyada Kobe zəlzələsi öncəsi yaşanan 1711 qeyri-adi hadisə müqayisə edilib. Nəticədə, zəlzələdən öncə insan və heyvan davranışlarındakı oxşar məqamlar üzə çıxıb.

İnsanlar zəlzələdən öncə insanda iştahsızlıq, mədə ağrıları, qaytarma, burun qanaması, baş gicəllənməsi, əsəb pozğunluğu, qan tazyiqinin yüksəlməsi, ürək problemləri və əsnəmə kimi hallar müşahidə edilir.

Heyvanlarda da qəribə hallar müşahidə olunur

Zəlzələdən öncə itlər yüksək səslə ulayır, hürərək sahibini evdən kənara çıxarmaq istəyir, qidadan imtina edir, torpağı qazır, göyə baxır, sahibini dişləyir, yaxud yoxa çıxırlar. Pişiklər evdən gedir, narahat olur, ağlamağa başlayır, balasını evdən kənara çıxarır, dırmaşmaq istəyir, qarnı üstündə yerdə sürünür, sahibinin qucağından düşmək istəmir, sahibini dişləyir, qidadan imtina edirlər. İnəklər sıra ilə düzülür, otlaqdan geri qayıtmaq istəmir, südünü sağan adama hücum edir, sahiblərinə daha yaxın olmaq istəyirlər. Xoruz vaxtsız banlamağa başlayır, dayandığı yerdən yuxarıya doğru tullanır, yerdə çırpınırlar.
Zəlzələdən öncə digər heyvanarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Məsələn, dəniz dibindəki xərçənglər su üzünə çıxır, kərtənkələlər evlərə hücum edir, ilanlar torpaq altından çıxır, qurbağalar isə quru yerlərdə toplaşırlar.



Minlərlə faktlardan bir neçəsi...

Bir fakt:2017-ci ilin iyun ayı, səhər saatları...Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan sabiq deputatı Melda Onur sosial mediada bir paylaşım edir:”"İki gündür şəhər mərkəzlərində ilanların görünməsi barədə xəbərlər dolaşır. Sonuncu dəfə 1999-cu ildə baş verən zəlzələdən əvvəl belə hal olmuşdu. Demədi deməyin".

​Onurun bu tweet-ini bir neçə dəqiqədə minlərlə adam paylaşıb. Cəmi 2 saat sonra Egey dənizində Rixter şkalası üzrə 6.3 bal gücündə zəlzələ baş verir. Mərmərə və Egeydə hiss edilən zəlzələ İzmir, İstanbul, Bursa, Çanaqqala, Tekirdağ kimi bir çox bölgədə təşviş doğurub.

Onur zəlzələdən sonra paylaşdığı tweet-də isə öz şərhinə şaşırdığını gizlətməyib: "Allahım, yanına gəlirəm!"

Növbəti bir fakt: 2009-cu ildə İtaliyanın Akvila şəhərində baş vermiş dağıdıcı zəlzələyə bir neçə gün qalmış quru qurbağası koloniyası yoxa çıxması böyük bir faciənin yaxınlaşdığından xəbər verirdi. İnsanlar təəccüb içərisində nə baş verdiyini anlamağa çalışdığı zaman fəlakət özünü yetirdi.

1975-ci ildə ÇininHaichengşəhərində meydana gələn zəlzələdən təxminən bir ay əvvəl, ilanların topluca yuvalarından çıxmağa başladığı görülmüşdü.



Buna bənzər hadisə Şamaxıda baş verib. Mütəxəssislər balıqların 2019-cu il fevralın 4-də, yəni zəlzələdən bir gün qabaq Samur-Abşeron kanalında suyun üzünə çıxaraq təşviş içində hərəkət etmələrini bununla əlaqələndirirlər.Düzdür, mütəxəssislər həmin vaxt bunun səbəbini izah etməkdə bir qədər çətinlik çəkmişdilər. Ancaq 1 gün sonra hər şey aydın oldu.

Ekspert Telman Zeynalov heyvanların zəlzələni hiss etməsini bütün elmi ədəbiyyatlarda təsdiqlənən bir gerçək olduğunu bildirmişdi. Onun fikrincə, heyvanlar hansısa təhlükə hiss edəndə ondan qaçmağa tələsirlər. Və həmin an insanlara zərər vermə ehtimalları da yüksək olur. Beləki, zəlzələ baş verən zaman Xızı rayonunun Altıağac qəsəbəsində 58 yaşında bir nəfər dəvənin hücumuna məruz qalıb və heyvanın zərbələri nəticəsində ölüb.

Zəlzələdən öncə atmosferdə də qeyri-adi hadisələr baş verir

Beləki, zəlzələdən bir neçə saat öncə qara, boz rəngdə duman görünür. Zəlzələdən öncə göydə mavi və qırmızı rəngdə işıqlar yaranır. Buludlar sıra ilə düzülür. Ay sonmüş, yaxud qırmızı rəngdə olur.

Alimlərin rəyi



Heyvanlar qrunt sularının kimyəvi tərkibinin dəyişməsi vasitəsilə zəlzələnin yaxınlaşdığını hiss edir. Alimlərin fikrincə, heyvanların zəlzələ ilə əlaqələndirilən qəribə davranışının səbəbi məhz bu ola bilər.

Mütəxəssislər təbiət kataklizmi ərəfəsində kimyəvi dəyişiklikləri məhz Akvila şəhərində baş vermiş məlum olaydan sonra tədqiq etməyə başlamışlar. İndi alimlər zəlzələni proqnozlaşdırmaq üçün heyvanların davranışından istifadə etməyə çalışırlar.

Araşdırmalarının nəticələrini "International Journal of Environmental Research and Public Health” jurnalında dərc etdirən alimlər dağ süxurlarının sıxılması nəticəsində Yer qabığında əmələ gələn elementlərlə qrunt sularının bir-birinə təsir mexanizmini təsvir etmişlər. Məsələ bundadır ki, təbii su hövzələrində və ya onların yanında yaşayan heyvanlar suyun kimyəvi tərkibinə qarşı çox həssasdır. Odur ki, yeraltı təkanları bir neçə gün irəlicədən hiss edirlər.

2011-ci ildə ABŞ Aerokosmik Araşdırmalar və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) əməkdaşı Fredeman Froynd və Britaniya Açıq Universitetinin bioloqlarının fərziyyəsinə görə, mütəxəsislər zəlzələ əlamətlərini heyvanların köməyi ilə üzə çıxarmağa mütləq müvəffəq olacaqlar.

Əntiqə Rəşid

Adalet.az



İmza:

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

Bu ölkədə koronavirusa görə məhbuslar azad edilir

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK