ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Keçirəm, gedirəm yanından, ana!” silsiləsi - Qəşəm İsabəylinin şeirləri

67292    |   2020-01-25 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır























Ana

Gündə də olmasa, ayda neçə yol

Keçirəm, gedirəm yanından, ana!

Bayramdan-bayrama, vaxt olsa o da,

Bir dəstə gül alıb gəlləm yanına!

Baş daşın lal kimi baxır üzümə,

Dillənib demir də: "Xoş gəldin, bala!

İnşallah, başından tük əskik olmaz,

Səni tapşırmışam gözəl Allaha!”.

Qəddimi əyirəm sinənin üstə,

Məni qucaqlamır sinə daşın da.

Fikir-xəyal məni götürüb gedir,

Var olmur yoxluğun gözüm yaşında!


Allahü-Əkbər

İbrahim əleyhüssəlam bacarmadı

İsmayılı qurban kəssin Allah eşqinə!

Amma İran bacardı, –

Bir Qasım Süleymaniyə

176 can aldı!

Hələ basdırığa düşüb,

Ayaq altda qalıb ölənləri demirəm!

Görəsən Rafiq Tağının

Qanına kim susayıbmış?!

Allahü-Əkbər!


Xoşbəxtlik nəyə deyirsən

Bu, xoşbəxtlik deyilmi ki,

Uşaqlarını narkoman eləməyiblər?!

Bu, xoşbəxtlik deyilmi ki,

Həkimlər analizdən keçirib,

"Qan xəstəsidir nəvələrin” deməyiblər!

Bu, xoşbəxtlik deyilmi ki,

Toxların yeyib,

Acların göyə əl açdığı ölkədə

Sənin də bir parça çörəyin var?!

Bu, xoşbəxtlik deyilmi ki,

İşləyirsən hətta!

Arzularla döyünür ürəyin

Sinənin altda?!

Xoşbəxtlik nəyə deyirsən?!


Gerizəkaııq

Daş dövrünə qayıdır insanlar,

Bir-biriylə işarəylə danışır,

Bayramlaşır.

Təbrik əvəzinə, söz əvəzinə

Video yollamağa, şəkil göndərməyə

Daraşır başlar.

Dilə gələsiniz, vətəndaşlar!


Şap-şapılarım

Şap-şapılarım itimizdən də yaşlıdı,

Tərs də geyirəm – düz gəlir,

Düz də geyirəm – düz.

Ay qafiyəbaz şair,

Bu da sənə qafiyə –

Yüzə yüz!

Şap-şapılarım bu gündə olanda,

Özüm nə gündəyəm, görəsən, ay Allah?!


Yubiley

Adamın yubileyi olanda,

Yüz cürə ad qoyurlar adama:

"Bu günün-sabahın yazarı”...

"Xalqın şairi”...

"Canlı klassik”...

"Dahi” də deyirlər hətta!

Gəl ki,

Üstünə götürməyən də olmur!

Oxucu, rəyini bildir!

Ya da zənn elə ki, 1 apreldir!


Birlik

İradi birlik yaranıb gənclərimizdə,

Nağıllardakı Ovçu Pirim kimi

Bir-birinin ağzına tüpürüblər elə bil!

Ütülü-biçili

Bir topa saqqaldan başqa

Gözə dəyən bir şeyini görməszən!


Azar-bezar

Allahın da yanında

Qədir-qiymətimiz yoxmuş, –

Xəstə-hal ruhları sırıyıb bizə, –

Gözümüz açılmır azar-bezardan.


Sükut

Gecəni tənha qoymur it-pişik,

Çölün çaqqalı, tülküsü belə, –

İnsanlar sükutdan darıxa bilər!


Qadın

Qadını müqəddəs yaradıb Allah,

Ruhunda Allahlıq iddiası var qadının –

Xoşlamır sorğu-sualı!


Allah

İki gözü ona görə verib ki, bizə Allah,

Birinə güc düşməsin!

İki əli ona görə verib ki, bizə Allah,

Gördüyümüz işi bütöv görək!

Bir başı ona görə verib ki, bizə Allah,

Axı Allah təkdi!

Baş da insanın Allahıdı!


Sözbaz

Yaman sözbaz olubdur şeirlərimiz, yaman,

Elə üyüdüb tökür, elə dinləyir özü.

Tez-tez də "mən... mən!” deyib,

Döyür döşünə.

Düdəmə bir fikir də tapmırıq içində –

Düşünək!


Allah və biz

Yeri xəlq eləyən kimi

Alnının ortasına qırış düşdü Allahın:

–Nəsə çatmır?!

Fikirləşib-fikirləşib, bizi yaratdı.

Təhər-tövrümüzə baxıb,

Qaşlarını çatdı. –

Odur ki,

Həyata gəlişimiz – sevinc,

Gedişimiz göz yaşlarıdı.




İmza:
SON XƏBƏRLƏR
2020-07-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK