nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Adalet.az | 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

13208    |   2020-01-24 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əziz binəqədililər!

Binəqədi Bakının qədim tarixə malik olan ərazilərindən biridir. Paytaxtın ən böyük yaşayış və sənaye rayonlarından olan Binəqədi həm postsovet dövründə, həm də müstəqillik illərində respublikamızın iqtisadiyyatında mühüm rol oynayıb. Öz inkişaf tempinə görə Bakının qabaqcıl, inkişaf etmiş rayonlarından olan Binəqədi ümumilikdə müstəqil respublikamızın tərəqqisinə öz töhfəsini verir. Binəqədililər II Dünya müharibəsi və Qarabağ müharibəsi dövründə öz oğulları ilə Vətənin müdafiəsinə qalxmış, şəhidlər vermiş, qaziləri ilə tarix yazmışlar. Döyüş ruhlu gəncləri ilə seçilən Binəqədi rayonunun sakinləri bu gün də Vətən üçün əllərinə silah almağa hazır insanlardır.

Niyə məhz Binəqədi?

Sualına cavab verim ki, bu rayonda uzun müddət yaşamışam və özümü Binəqədinin bir sakini hesab edirəm. Hər gün yüzlərlə Binəqədi sakini görürəm və onlarla ünsiyyətdən zövq alıram. Binəqədi mənim üçün dogma və əziz bir rayondur. Mən məhz Binəqədi və binəqədililər üçün Milli Məclisdə nümayəndə olacam. Qarşımda Binəqədinin daha da inkişaf etməsi və sakinlərin rahatçılığı üçün mühüm işlər durur. Onlar aşağıdakılardır:

1. İlk olaraq Milli Məclisdə Uşaq pulunun bərpası məsələsini gündəmə gətirəcəyəm və çalışacam ki, hər bir uşağa 18 yaşına kimi aylıq uşaq pulu verilsin. Yeni doğulan uşağa verilən birdəfəlik müavinətin miqdarının artırılması üçün müraciət edəcəm ki, uşağa ilkin lazım olan bütün xərcləri (yatacaq, geyim, qida, uşaq arabası və digər vacib ləvazimatlar) qarşılasın.

2. Təqaüdün miqdarının dünya standartlarına uyğun olması üçün təşəbbüsdə olacağam və hesab edirəm ki, təqaüd yaşına çatmış şəxs könüllü surətdə işdən uzaqlaşaraq istirahət edə bilməlidir.

3. Hesab edirəm ki, hər bir vətəndaşın tibbi sığortası olmalıdır və ən əsası yeni doğulan uşaqların xəstəxana xərclərini dövlət qarşılamalıdır.

4. Binəqədi ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, özəl şirkətlər mütləq şəkildə Binəqədi sakinləri üçün iş yerləri təmin etməlidirlər. Binəqədi ərazisində fəaliyyət göstərən sahibkarlar üçün bu məsələ ən vacib problem kimi olmalı və onlar öz sakinlərini işlə təmin etməlidir. Binəqədidə yeni iş yerləri açılmalı, özünü məşğulluq proqramları genişləndirilməli, insanlara öz kiçik təsərrüfatlarını quraraq məşğul olmaları üçün güzəştli və uzun müddətli kreditlər verilməlidir.

5. Bu gün yüzlərlə Binəqədi gəncləri ali və orta ixtisas müəssisələrində təhsil alır. Hesab edirəm ki, ali təhsil müəssisələri dövlət hesabına təhsil proqramını daha da genişləndirməli, universitetlərin təhsil haqqı aşağı salınmalıdır.

6. Nəqliyyatdakı sıxlıq aradan qaldırılmalı, işdən yorğun çıxan insanlar saatlarla yollarda gözləməməlidir. Bütün rayon, qəsəbə və kəndlərə, xüsusilə də nəqliyyatında xeyli problemləri olan, mənzil başına rahat çata bilməyən Binəqədi sakinləri üçün komfortlu və müasir avtobuslar verilməlidir.

7. Hesab edirəm ki, şagirdlər, tələbələr, qazilər və şəhid ailələri (şəhidin övladları, valideynləri və həyat yoldaşı) üçün avtobus və metro pulsuz olmalıdır.

8. Binəqədidə yeni tikilən binalarda güzəştli mənzillər gənc ailələr üçün mütləq şəkildə təmin edilməlidir və mən deputat seçiləcəyim təqdirdə daima bu məsələni nəzarətdə saxlayacağam.

9. Yeniləşən və inkişaf edən Binəqədi gənclərinin asudə vaxtını səmərəli keçirməsi, ziyanlı vərdişlərdən uzaq olması üçün yeni-yeni gənclər mərkəzlərinin, kitabxanaların yaradılmasına və işlək olmasına çalışacağam.

10. Ən əsası Milli Məclisdə güzəştli və az faizli kreditlərin Binəqədi sakinlərinə verilməsi üçün bütün gücümlə fəaliyyət göstərəcəyəm.

11. Binəqədinin sosial infrastrukturunun bərpası üçün müvafiq qurumlar qarşısında vəsadət qaldıracağam.

Əziz binəqədililər,

Atalar "Elə arxalanan igidin, arxası yerə dəyməz" deyiblər. Mən də Sizə arxalanıram və Sizləri 9 fevral 2020-ci ildə ölkəmizdə keçiriləcək Parlament seçkilərində fəal olmağa, Əpoş İslam oğlu Vəliyevə səs verməyə çağırıram.

Bu dəfə özünüz seçin!

TƏRCÜMEYİ-HALI

10 iyun 1982-ci il tarixdə Naxçıvan MR Şərur rayon Dizə kəndində anadan olmuşam. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsini, 2003-2005-ci illərdə həmin institutda Folklorşünaslıq və mifologiya ixtisası üzrə magistratura şöbəsini bitirmişəm. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda aspiranturada əyani təhsili başa vuraraq, 08 oktyabr 2013-cü il tarixdə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

2010-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbədə ikinci ali təhsil almışam. 60-dan çox elmi məqalənin və bir monoqrafiyanın müəllifiyəm. Məqalələrim respublikada və bir sıra xarici ölkələrdə çap olunmuşdur. Hazırda AMEA Folklor İnstitutunda aparıcı elmi işçı vəzifəsində çalışıram. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri olaraq fəaliyyət göstərirəm.

Televiziya və mətbuatla mütəmadi olaraq əməkdaşlıq edir, həm sosial, həm də elmi mövzularda çıxışlar edirəm.

Ailəliyəm, iki övladım var.




İmza:
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK