nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Mətbuat Şurası “qara siyahı”nı ləğv edib Adalet.az | Mətbuat Şurası “qara siyahı”nı ləğv edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat Şurası “qara siyahı”nı ləğv edib

7926    |   2020-01-24 17:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Şuradan İlk olaraq MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub. İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib.

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.

İclasda MŞ-nin "qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, "qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. "Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi.

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də "qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb.



İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

Neftçalada 6 vəzifəli şəxs saxlanılıb - DTX yeni məlumat yaydı - VİDEO

Pozuntuları 3 istiqamətdə araşdırırıq - Məzahir Pənahov

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb

MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Bakının Baş Planının hazırlanması işinin ikinci mərhələsi həyata keçirilir

Bakı Metropolitendə koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başladı

MSK-nın seçkilərlə bağlı iclası başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK