nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Aftandil İsrafilovun yaradıcılığı: İlahidən gələn vergi... Adalet.az | Aftandil İsrafilovun yaradıcılığı: İlahidən gələn vergi... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Aftandil İsrafilovun yaradıcılığı: İlahidən gələn vergi...

8334    |   2020-01-24 12:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hələ balacaydıq, hələ dərdin-kədərin nə olduğunu bilmirdik. Ürəyimiz böyümək, gələcək qurmaq sevdasıyla çırpınırdı. Heç nəyə, bəzən lap adi şeylərə də ürəkdən gülərdik, sevinərdik. Bax , o zamanlar, o vaxtlar yeganə televiziyamızın qarşısında qol götürüb oynamaq da adi hal çevrilmişdi. Özüm dəfələrlə "qarmonçalan kişi” nin musiqilərini kimsəyə macal vermədən süzərdim. 

Onun qarmonundan süzülüb gələn "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı", "Cütcü”, "Şalaxo" və sair rəqslərinə nəfəsim kəsilənə qədər oynamışam.. Aftandil İsrafilov!! Müsahibələrində söylediyi kimi, dünyaya 1941-ci il yanvarın 24-də Bakı şəhərinin, demək olar ki, mərkəzində göz açıb, evi Təzəpir məscidinin 50-60 metrliyində, Mustafa Sübhiylə "Sovetski" küçələrinin arasında olub. Bunları yaza-yaza düşünürəm ki, əslində Aftandil İsrafilov xüsusi təqdimata ehtiyacı olmayan sənətkarlardandır. Hər bir sahədə olduğu kimi ifaçılıq sənətində də istedadın önəmi danılmazdı. Allah istedad vergisini sevdiyi- seçdiyi bəndələrinə verirki, digərləri də onu sevsin –seçsin! Adlı-sanlı qarmon ifaçısının sevilməsinin, məşhur olmasının səbəbi məhz o təkrarsız istedadıdır. O ilahi istedad on yeddi yaşından onun tanınmasına, məhşur olmasına, uğur pilləkanlarında büdrəmədən yüksəkliklərə qalxmasına kömək etdi. Ustadı olmadı, şəyirdlik etmədi.Yalnız öz fitri istedadına güvənərək qarmonun bütün sirlərinə yiyələndi. O vaxt Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə respublikanı ləyaqətlə təmsil etdi. 


Həmin vaxtdan qastrollar, konsert proqramları, çəkiliş meydançaları həyatının bir parçasına çevrildi. 1961-ci ildə Politexnik İnstitutunun (indiki Texniki Univetsitet – red-Ə.R.) mülki tikinti fakültəsinə qəbul olunarkən leytenant Şmidt adına zavoda (indiki Səttarxan adına zavod – red-Ə.R) işə düzəlir. Gündüzlər məktəbdə, axşamlar isə zavodda fəaliyyət göstərən rəqs qrupunun məşqlərinə gedir. Rəqs qrupunda başqa qarmon ifaçıları da vardı. Amma Avstriyaya qastrol səfərinə getmək vaxtı çatanda siyahıya onun adını saldılar. Artıq qarmon onun ali məktəb oxumaq meylini də əlindən almışdı. Üçüncü kursa keçəndə məktəbi buraxdı. Həyatın birdəfəlik qarmona həsr elədi. "Azkonsert"in tərkibində ansambl yaratdı və onun bədii rəhbəri oldu. 1970-ci ildə Zeynəb Xanlarovayla Türkiyədə qastrol səfərində oldu. Qastrol səfərində Zeynəb xanımı müşayiət edəcəkdi. Konsertlər çox uğurlu keçdi. Bir müddət sonra Zeynəb xanım onu öz dəstəsinə dəvət etdi. Orada da uzun illər çalışdı və Azərbaycanda dönə-dönə konsertlər verdilər. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə getdilər. Uğurlar, uğurlar, uğurlar.... Qəribə idi, ad almaq üçün indiyədək nə bir qapı döymüşdü, nə də ərizə yazmışdı. Fəxri adlar alan sənətçilər arasında onun adı çox gec göründü. Buna baxmayaraq, 1982-ci ildə əməkdar artist, 1998-ci il də isə xalq artisti adına layiq görüldü. Başı sənət sevdasına elə qarışdıki, birdə baxıb gördü ki, 34 yaşı var.. evlənmək yaşı keçir. Tezliklə sevib-seçdiyi Zemfira xanımla xoşbəxt bir ailə qurdu, 3 övlad atası oldu. Yeri gəlmişkən, müəllifi olduğu ” Zemfira ” rəqsini də xanımına həsr edib. (Yəqinki oxucularımız Aftandil İsrafilovun müəllifi olduğu "Nazilə", "Aynurə", "Jalə", "Kəmalə","Basqalı" rəqs havalarını dəfələrlə dinləyiblər). Məşhur sənətçi müsahibələrinin birində deyir ki, "Basqalı" rəqsimı ermənilər başqa adla ifa edirdilər. Həmin musiqini basqallı dostum rəhmətlik Müseyibin şərəfinə bəstələmişdim. Bu rəqs də çox məşhur oldu. Hətta başqa ölkələrdə də sevildi. Bizim musiqimizdən ötrü ürəkləri gedən ermənilər də bu rəqsi həddindən artıq sevdilər. İrəvanda yaşayan skripkaçı Karo "Basqalı"nı tez-tez ifa edirdi. Ermənilər bu rəqsi "Avtandili", ya da "Skripka" adlandırırdılar. Bir dəfə məni toya dəvət etdilər. İçəri girən kimi Karo gəlib məni qucaqladı: "Sənin musiqin sayəsində milyoner olmuşam. Mən sənə, sənin musiqinə təşəkkür edirəm". Toyda da o məndən ayağa qalxmağımı xahiş etdi: "İndi sizin hamınızın sevdiyi "Skripka" rəqsinin müəllifi məşhur Aftandil İsrafilov çıxış edəcək". Bütün toy əhli ayağa qalxıb məni alqışladı.



Xalqı bu sənətkarı sevir, dövləti də öz sevgisini ona fəxri adla mükafatlandıranda göstərmişdi. Son dönəmlər yaşadığı xəstəlik səbəbiylə ekranlardan uzaq düşən qocaman sənətkar Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il Sərəncamı ilə Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Xalq artisti ordenə layiq görüldüyü üçün çox sevindiyini deyib: "Şöhrət" ordeninə layiq görüldüyüm üçün çox sevindim. Bu elə bir hissdir ki, dillə ifadə etmək çətindir. Bu adı qazanmaq üçün çox çalışmışam. Prezidentimizə təşəkkürümü bildirirəm”.

Zənnimizcə, bu sərəncam dövlətimizin ustada növbəti hörmət və sevgisinin təcəssümüdür. Aftandil İsrafilov sənətinə vurğun olan hər kəsin adından biz də ona can sağlığı və musiqi sənətinə yeni töhfələr verməyi arzulayırıq!79 yaşınız mübarək!

Əntiqə Rəşid




İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı

Yüzlərlə insan hələ də müharibə veteran adını ala bilmir - ARAŞDIRMA

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

MSK: Videoda öldüyü deyilən qadın ölməyib

Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

DMX yanında Məşvərət Şurasının iclası keçirilib

Ölən şəxsin daxili orqanlarının çıxarılması xəbəri yalandır - RƏSMİ

Türkiyə XİN Almaniyadakı hücuma etirazını bildirdi

Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

SON XƏBƏRLƏR
2020-02-21
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK