nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Putindən dünyanın 5 nəhənginə mühüm təklif Adalet.az | Putindən dünyanın 5 nəhənginə mühüm təklif Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Putindən dünyanın 5 nəhənginə mühüm təklif

23287    |   2020-01-24 10:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrin dövlət başçıları ilə görüş keçirməyi təklif edib.

Adalet.az xəbər verir ki, Putin bunu Qüdsdə keçirilən "Holokost haqqında yaddaşı qoruyuruq, antisemitizmlə mübarizə aparırıq” forumunda çıxışı zamanı deyib. O, sülhün müdafiəsi üçün BMT-nin əsasını qoyan ölkələrin nümunə göstərməli olduğunu bildirib:

"Beş güc sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyıcısıdır. Biz bəzi həmkarlarımızla müzakirələr aparmışıq və belə başa düşürəm ki, BMT Təhlükəsizlik Şurasının dövlət başçılarının görüşünə dair müsbət reaksiyanı görmüşük. Görüş həmkarlarımıza uyğun olan dünyanın istənilən yerində, istənilən ölkəsində keçirilə bilər. Rusiya belə ciddi danışıqlara hazırdır”, – deyə o bildirib.

Artıq Putinin bəyanatına BMT TŞ-nin daimi üzvü olan ölkələrdən cavab gəlib. Britaniya Xarici İşlər Nazirliyi Moskvadan Putinin təklifiylə bağlı detalları gözlədiklərini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron da Rusiya Prezidentinin təşəbbüsünü dəstəkləyib.

Eyni fikri Pekinin də bölüşdüyü bildirilib.



İmza:
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK