nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir Adalet.az | MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir

13268    |   2020-01-18 12:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.

Adalet.az-ın məlumatına görə, seminarda MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın ekspert qrupunun üzvləri, Katibliyin müvafiq əməkdaşları, region üzrə dairə seçki komissiyalarının (DSK) ekspert qrupunun üzvləri iştirak edib.

Seminarda MSK sədrinin müavini R.Qasımov deyib ki, MSK-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının əsas məqsədi DSK-lara daxil olmuş müraciətlərin dəqiq, operativ, qərəzsiz araşdırılması və məlumatların DSK-lara təqdim edilməsidir:

"Həmin DSK-lar da bu rəylər əsasında özünün yekun qərarını verir. Biz hər zaman çalışırıq ki, prosesdən narazı qalan vətəndaşlarımız olmasın. Yəni, seçkilər elə səviyyədə keçirilsin ki, bütün iştirakçılar bu prosesdən razı qalsın. Amma onu da nəzərə almaq lazımdır ki, seçkilər ümumilikdə emosianal bir prosesdir. Seçkilərdə bir tərəf qalib gəlir. Ancaq digər tərəf seçicilərin səslərini toplaya bilmədiyi halda qalib gələ bilmir. Məhz bu məqsədlə də bəzən o emosional yükün çıxarılmasını vətəndaşlar şikayətlər ünvanlamaqda görürlər. Vətəndaşlarımız həmin şikayətlərin dəqiq, qərəzsiz araşdılmasının şahidi olur. Özləri də bundan razı qalırlar. Son bələdiyyə seçkilərində də daxil olan müraciətlərin araşdırılması və operativ, dəqiq, qərəzsiz nəticələr, qərarlara nail olunması istiqamətində bir sıra addımlar atılıb.

Məhz bu addımlar nəticəsində də bələdiyyə seçkilərinin nəticələri ilə bağlı təhlillər apararkən görürdük ki, ünvanlanan müraciətlərin sayı əvvəlkilərlə müqayisədə 2 dəfə aşağı düşüb. Bu dəfə də biz çalışırıq ki, DSK-larda müraciətlərə baxılması, araşdırılması və düzgün qərarların qəbul edilməsi istiqamətində peşəkarlığı daha da artıraq. Bunun üçün də belə bir tədbirləri həyata keçiririk. Qeyd etmək istəyirəm ki, bu seminarlar hazırda regional olaraq ölkənin müxtəlif yerlərində reallaşdırılır. Onun sözlərinə görə, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda təşkil olunan seminarlar ümumilikdə ölkə üzrə 125 seçki dairəsinin 375 ekspert qrupu üzvünü əhatə edir”.

MSK-nın sədr müavini, həmçinin qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub: "Müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, MSK-nın qərarı nəticəsində şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Tədbir çıxışlarla davam edib.



İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Real TV-nin 3 məşhur əməkdaşı işdən çıxarıldı

FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb

Koronavirusla bağlı gömrük-sərhəd məntəqələrində nəzarət tədbirləri gücləndiriləcək

Hacıqabulda avtomobil yolunun tikintisinə 4,9 milyon manat ayrılıb

Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov

Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin - Məzahir Pənahov

Seçkilərlə bağlı 385 videogörüntü yayılıb

Vasif Talıbov Dövlət Proqramını təsdiqlədi

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərə baxır

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə münasibət

Bakı Polisindən razılaşdırılmamış aksiya ilə bağlı AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK