nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub Adalet.az | UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

15662    |   2020-01-17 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.

Universitetdən Adalet.az -a verilən məlumata görə, tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri universitetin əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Şəhid ailələri ilə görüşən rektor, 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayaraq, onlarla qürur duyduğunu ifadə edib.

Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Poema və tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşaiyət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb.

Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsinin tələbələrinin 20 Yanvara həsr olunan rəsm əsərləri də nümayiş olunub.




İmza:

Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub

Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu

Xarici dilin tədrisində müasir metodikanın tətbiqi - FOTOLAR

Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər

Məktəblərdəki münaqişə hallarına görə 5 məsul şəxsə töhmət verildi

"Məişət qayğıları bu düşüncəmin üstündən xətt çəkdi" - MÜSAHİBƏ

Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Azərbaycanda ilk dəfə UNEC-də distant formada tədrisə başlanılıb

İmtahanlarda zal nəzarətçisi olmaq üçün 1000-ə yaxın şəxs qeydiyyatdan keçdi

Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub

Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

SON XƏBƏRLƏR
2020-02-21
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK