nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı Adalet.az | Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

27911    |   2020-01-18 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

20 Yanvar faciəsi sadəcə yanvarın 19-dan 20 -ə keçən gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir hadisə kimi baxmaq lazımdır.

Bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirilirdi:

"Bu proses Dağlıq Qarabağda da baş verdi. Məhz Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi”.

H.Hacıyev vurğulayıb ki, bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi: "Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalist fədakarlıq edərək Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getdikdən və orada mətbuat konfransı keçirildikdən sonra beynəlxalq aləmdə fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Ancaq oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyildi. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Bu isə çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.(trend)




İmza:

SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradılıb

Elmar Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb

Daha 5 seçki məntəqəsinin nəticələri ləğv olundu

Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv etdi

İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

Əli Əhmədov: "İlham Əliyev Paşinyan üzərində intellektual qələbəsi ilə tarixə düşdü"

Ötən il Prezident 452 fərman, 880 sərəncam imzalayıb

Mehriban Əliyeva ötən il 8 ölkəyə səfər edib, 30-dan çox görüş keçirib

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

Münhen Qarabağın həlli üçün başlanğıcdır - Türk ekspert

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK