nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Faiq QİSMƏTOĞLU: QAÇDIM SƏNİN DALINCA MƏN... Adalet.az | Faiq QİSMƏTOĞLU: QAÇDIM SƏNİN DALINCA MƏN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QAÇDIM SƏNİN DALINCA MƏN...

10071    |   2020-01-16 08:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Hər bir sənətkarın, hər bir müğənninin və hər bir ifaçının onu kütləyə, xalqa tanıdan mahnısı olur. Və daha doğrusu, buna həm də müğənninin "vizit kartı” deyirlər. Başqa sözlə fikrimizi ifadə eləmiş olsaq, uzun ömürlü mahnılara "möhür vurulub” fikrini də səsləndirənlər çoxdur. Kim nə deyir desin, Mirzə Babayev Azərbaycan estrada sənətində oxşarı və bənzəri olmayan təkrarsız böyük bir ifaçıdır. Yəni onun kimi estrada müğənniləri dörd nəfər sayıla bilər, beşincisi yoxdur. Məsələn, Mirzə dayıdan sonra Flora Kərimovanı, Oqtay Ağayevi və İlhamə Quliyevanı deyə bilərik. Başqa oxuyanlar da var. Amma onlar nə Mirzə Babayevdi, nə Oqtay Ağayevdi, nə Flora Kərimovadı, nə də İlhamə Quliyevadı.

Hər dəfə onun "Kəpənək” mahnısına qulaq asanda bir daha Mirzə Babayevin necə böyük sənətkar və ifaçı olduğunu yenidən hiss edirəm. Və bu günlərdə həmin mahnıya yenidən qulaq asdım. Sözlər, musiqi və ifa çox unikaldı. Balaca bir şeirlə şair çox gözəl təbiət mənzərəsi yaradır. Və bu təbiət mənzərəsinə musiqi orijinal rənglər qatır. Mirzə Babayev isə söz və musiqini elə ifa edir ki, sanki rəssam təbiətin, güllərin, çiçəklərin içərisində gözəl bir tablo yaradır! Yəni təbiətin tablosunu.

Tabloya baxanda hiss eləmirsən ki, ordakı güllər, çiçəklər, dağlarda, yamaclarda bitən çiçəklərdi, yoxsa rəssamın yaratdığı mənzərədi. Bax, Mirzə Babayev də "Kəpənək” mahnısında belə bir qeyri-adi, unikal bir mənzərə yaradır. Səsin və sözün sehrinə düşüb Mirzə dayının səsinin işığında o kəpənəyi tutmaq istəyirsən. Tuta bilirsənmi? Heç tuta bilməyəcəksən də. Çünki Mirzə Babayev özü o kəpənəyi tuta bilmədi. O ki, qala biz onu tutaq! Şerin bir bəndinə fikir verin, görün sizi hara götürüb aparacaq:

Sorağını gül-çiçəkdən alınca mən,
Gördüm yoxsan.
Qaçdım sənin dalınca mən, dalınca mən,
Gördüm yoxsan...

Gördünüz və duydunuzmu? Mirzə dayı Allahın dərgahında olsa da, onun "Kəpənək”i yenə uçur. Hər yaz gələndə, hər bahar məmləkətimizə qədəm qoyanda bu kəpənək yenə gələcək və yenə uçacaq. Amma elə bil ki, o kəpənəklər bizdən küsüblər. Daha doğrusu, bizdən yox, Mirzə dayıdan küsüblər. Çünki hər baharda gəlirlər, gülün, çiçəyin içində uçurlar və Mirzə dayını görməyib gedirlər. Onun sevdiyi və vəsf elədiyi kəpənəklər Mirzə dayı bu dünyada olmasa da, hər bahar gələcək, güllərin, çiçəklərin üstünə qonacaq və heç kəs də onu tuta bilməyəcək. Mirzə dayının kəpənəkləri həmişə uçacaq...



Çox unikal və qeyri-adi səsə malik olan Mirzə Babayev öz adını Azərbaycan musiqi tarixinə qeyri-adi ifaları ilə qızıl hərflərlə yazıb. Onun bir-birindən gözəl mahnıları, duetləri və bənzərsiz ifaları milyonlarla tamaşaçıların qəlbində əbədi iz qoyub. Və bu gün Azərbaycan estradasını bərbad günə salanlar, keçmiş ənənələrə yenilik gətirməyi bir yana, bayağı ifaları ilə Mirzə Babayevin səsini eşidəndə görəsən heç utanırlarmı? Xüsusən, çılpaq vəziyyətdə, göbəyi açıq, müxtəlif televiziya kanallarında çıxış edərək kenquru kimi ora-bura tullanan və özlərinə varlı müştəri axtaran dırnaqarası çılpaq müğənniciklər nə demək istəyirlər...

Təbii ki, belələri sənət üçün yox, ev, maşın, var-dövlət üçün çalışırlar. Və hamısına da nail olurlar. Bizim sənətdən başı çıxmayan, pulu və imkanı çox olan bəzi iş adamları isə onları göydə "qapazlayır”, qarabağlıların sözü olmasın "bişi” kimi yeyirlər. Tay biz bunlara qatışa bilmərik.

Axı, azman və böyük sənətkar Mirzə Babayevdən danışırdıq. Gör bir anlıq hara gedib çıxdıq? Elə bil güllükdən, çiçəklikdən gedib düşdük bataqlığa. İndi bataqlıqdan yenidən qayıdırıq Mirzə Babayevin güllü-çiçəkli dünyasına. Onun Brilyant Dadaşova ilə ifa etdiyi "Mənim Mirzə dayım” mahnısı həqiqətən də çox koloritli və sevilən bir duetdi. Mirzə Babayev indiki tanınmış müğənnilər kimi hər ifaçı ilə duet oxumazdı. Onun duet yoldaşları da çox istedadlı və qeyri-adi səsə malik idi.

Məsələn, elə Brilyant Dadaşova kimi...

Mirzə Babayevlə bir dəfə 20 il bundan qabaq yol polisində işləyən dostum Rəsul Əliyevin yanında görüşmüşdüm. O qədər yumorlu, duzlu, məzəli danışırdı ki, söhbətindən doymaq olmurdu. Rəsul müəllim sənətkara dedi ki, Faiq mənim dostumdu, özü də jurnalistdi, bəlkə səndən bir yazı qələmə alsın? O mənə hörmətlə yanaşdı. Amma dedi ki, görürəm yaxşı oğlandı, yazı yazmağa ehtiyac yoxdu.

Onun söhbət elədiyi bir neçə epizod bu gün də yadımdan çıxmır. Dedi ki, rəhmətlik Əlağa Ağayev Məşədi İbad rolunu o qədər də yaxşı oynamayıb. O rolu mənə versəydilər, Üzeyir bəyin ürəyindən nə keçib, hamısını ortaya qoyardım. Amma neyləmək olar ki, rejissorlar məndən istifadə etmədilər.

Allah sənə rəhmət eləsin, Mirzə dayı! Sənin doğurdan da Azərbaycan filmlərində çəkildiyin rollara tamaşa edəndə aktyor kimi necə böyük istedad sahibi olduğunu o rejissorlar görməyibsə, tay mənim buna sözüm yoxdu. Onlar sizə zərbə vurmayıblar ey, Azərbaycan mədəniyyətinə, kino sənətinə ziyan veriblər. Elə təkcə "Dəli Kür”dəki mollaların məclisində və eləcə də "Müsyö Jordan və Dərviş Məstəli şah” filmində yaratdığı iki obraz səni Azərbaycan kinosunda əbədi yaşadacaqdı.

Hələ mən "Bəyin oğurlanması”nda Mirişin atası, "O qızı tapın” filmində milis rolunu demirəm.

Əgər sən bəlkə də rus, gürcü olsaydın, səni çoxdan o ölkənin rejissorları axtarıb tapar, xeyli kinoya çəkərdilər. Siz kiçik epizodlarda elə bir obraz yaradıbsınız ki, filmlərdəki baş qəhrəmanlar yadda qalmır, sizin o balaca epizod tamaşaçı yaddaşına həkk olunur. Bunun üçün isə yalnız və yalnız istedad, təcrübə və bir də zəhmətkeşlik tələb olunurdu. Bu üç elementin üçü də bu böyük sənətkarda vardı.

O vaxt da, indi də bizim bəzi rejissorlar sənət haqqında deyil, ayrı-ayrı adamlarla münasibətdən yaranan işə daha çox üstünlük veriblər. Elə bugünün özündə də istedadlı, sənət, teatr və kino üçün canlarını verən xalq artistləri, əməkdar artistlər qalıblar kənarda, çox sönük və bəsit rol oynayan müğənniləri və zəif aktyorları teleseriallara və tamaşalara dəvət edirlər. Bunu kim edir, əlbəttə, şəxsi mənafelərini üstün tutan rejissorlar.

Məsələn, Vaqif Səmədoğlunun "Bəxt üzüyü”ndə Moşu obrazının unikal ifaçısı Valeh Kərimov bu gün heç bir televiziya tamaşasına və eləcə də teleseriallara dəvət edilmir. O, özü bu barədə mətbuata açıqlamasında deyir ki, düzdür, Prezident təqaüdü alıram və dolanışığım da yaxşıdı. Amma məni heç kəs nə verilişə, nə də tamaşaların çəkilişinə dəvət edir. Evdə oturub ölümümü gözləyirəm. Bundan ağır vəziyyət ola bilərmi?

İndi evdə oturub ölümünü gözləyən istedadlı aktyor, xalq artisti tək Valeh Kərimov deyil. Onun kimi unudulan, yaddan çıxan neçə-neçə istedadlar evdə oturub Əzrayılın gəlməyini gözləyirlər. Bəs onda Mədəniyyət Nazirliyi, ölkəmizdə 7-8 televizoya kanalının rəhbərliyi görəsən nə düşünür? O istedadların nə pula, nə də çörəyə ehtiyacı var. Onların ehtiyacı istedadını bu xalq yolunda axıra qədər xərcləməkdir.

Sovet dövründə də tək Mirzə Babayev kimi istedadlı adamlar deyil, məsələn, Fazil Salayev, Hüseynağa Cavadov, Məmmədsadıq Nuriyev bir o qədər də filmlərə çəkilməyib. Onlar kimi Mirzə Babayev də sağlığında öz qiymətini və dəyərini almayıb. Amma görünən budur ki, bu böyük və dahi adamların yaratdığı obrazlar, ifalar Azərbaycan xalqı nə vaxta qədər var, o vaxta qədər də bu millətin, bu xalqın yaddaşında qalacaq, bu dahi və əvəzedilməz sənət adamlarını əbədi yaşadacaq.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK