nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı artıb Adalet.az | Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı artıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı artıb

12151    |   2020-01-15 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, ötən ildə də ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib:

"Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi - daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, eləcə də yeni sosial layihələr reallaşdırılıb”.

Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını açıqlayıb və bildirib ki, ümumilikdə Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb”.

Həmçinin, vurğulanıb ki, əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var.

Xidmət rəisi söyləyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da prioritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, "Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin, gənclərə xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.

Qeyd edilib ki, 2019-ci ildən fasiləsiz iş rejiminə keçən "Çağrı mərkəzi" həftənin hər günü 24 saat ərzində vətəndaşlar tərəfindən edilən zəngləri qəbul edir. Bu müddət ərzində edilən zənglərin sayı 110.268 olub.

Xidmət rəisi əldə olunan uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, "ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti son iki ildə ən yüksək nəticəni göstərib və ilk sırada yer alıb (68.98% və 83.81%).

Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib və sonda media nümayəndələrinin suallarını cavablandırıb.




İmza:
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK