ANA SƏHİFƏ / ŞOU-BİZNES

Nura Suri şəxsi həyatından danışdı: "Üç dəfə ailəli olmuşam..."

15951    |   2020-01-17 08:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Balaca oğlum David idman və musiqi ilə məşğul olur. Digər övladlarım da idmanla ciddi məşğul olurlar. Evdə özüm necəyəmsə, uşaqlarım da elə".

Adalet.az xəbər verir ki, bu sözlər "Hüseyinova bacıları” verilişində qonaq olan müğənni Nura Suri deyib.

O şəxsi həyatına aid xeyli açıqlamalar edib. Sənətçi əvvəlcə 3 oğlundan danışıb.O, böyük övladı ilə arasında yaşanan narazıçılığı qeyd edib:

"Oğlum magistraturanı Londonda bitirdi. Məşhur şirkətdə çalışır, Amerikada yaşayır. Ortancıl oğlum da oradadır. Mənim onların puluna ehtiyacım yoxdur. Hərdən hədiyyə alıb göndərir. Keçid dövründə aramızda problem oldu. Amma gəldi oturduq danışdıq. Hər şey yaxşıdır".

Daha sonra kanalların birində yaşadığı anlaşılmazlıqdan söhbət açaraq bildirib k,
şəxsi həyatında heç kim yoxdur: "Həmin kanalda aparıcı soruşdu ki,səni kimsə idarə edir, mənimlə görüşməyə icazə vemir? Mən də zarafatla dedim ki, yox, kimdi mənə "zapret” qoyan. Aparacının fikirlərini kəsib mənimkiləri vermişdilər. Camaat da elə fikirləşir ki, biz danışığımızı bilmirik. Sonra yenə aparıcı dedi ki, gözəl-göyçək qızsan niyə həyatında heç kim yoxdur? Dedim ki, eybəcərlərin bəxti yaxşı olur, gözəl qadınların yox”.

Müğənni daha sonra şəxsi həyatının gizlinlərini tamaşaçılarla bölüşüb:”Üç dəfə ailəli olmuşam, üç övladım var. Mənim bu dəqiqə ərə gedən vaxtım deyil. Elə adamlar var ki, 50 yaşına çatıb, ailə qurmayıblar. Onlar getsin fikir çəksin! Həyatımda kiminsə olmasını istəsəm olar. Nə problemim var ki. Sadəcə, ailə qurdum alınmadı. Uşaqlarım var və mənə belə rahatdır, həyatımı yaşayıram. Mənə hər dəqiqə nəyisə yapışdırmaq olmaz. Böyük oğlum var, yaxşı səslənmir axı. Vallah, artıq danışmağa qorxuram”.

Qeyd edək ki, Əsil adı Aynurə Qəzənfərli olan Nura xanım 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu var: Xosrov, Möhsen və David. Nuri xanımın həyat yoldaşlarının yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan, Xanım müğənni hər çıxışında həyat yoldaşlarının tanınmış iş adamları olduğunu söyləyir. İranlı iş adamı olan həyat yoldaşı Ə, Suri ilə Nura Suri ilə arasındakı ayrılıq kifayət qədər mübahisəli keçmişdir.

Əntiqə Rəşid




İmza:

Aysel Şükür: “Mənə təsir edən başqa şeylərdir” - VİDEO

Alban əsilli əfsanəvi türk aktrisasından 10 bəlalı evlilik

“Banu” Güneldən təccübləndirən addım: “Rahatlayın...”

Cenifer Lopez yeni görüntüsü yayıldı: Hamam paltarında...

Sabiq rəisin blogger qızı boşandı: “Birincidən yarımayan, ikincidən də yarımır"

“Samatya” da eşq təzələndi: Məşhur cütlük barışdı

Ayrılıq iddiaları gerçəkləşir: Kənanın açıqlaması, qaynananın fotoları silməsi...

Şou-biznesin olay olan cütlükləri: ayrılıqlar, küsülülüklər, giley və etiraflar...

Vüqar Muradovun çimərlikdən paylaşımı: “Dəniz, qum və dənizə həsrət insan“

Qaraçı qızı Bahriyədən ulduz Kibariyə gedən uzun bir yol...

Toysuz qalan meyxanaçı dəllallığa girişdi

Dubayda yaşayan azərbaycanlı model izləyicilərini heyran qoydu - VİDEO

SON XƏBƏRLƏR
2020-08-14
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK