hacklink Adalet.az | Daşkəsəndə qanunsuz ov edənlər saxlanılıb - Foto Adalet.az | Daşkəsəndə qanunsuz ov edənlər saxlanılıb - Foto Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Daşkəsəndə qanunsuz ov edənlər saxlanılıb - Foto

4663    |   2020-01-14 09:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daşkəsən rayonunda qanunsuz ov edən 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib.

Bildirilir ki, onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK