hacklink Adalet.az | Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək Adalet.az | Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

8498    |   2020-01-14 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 17, 22 və 29 yanvar tarixlərində keçiriləcək. İmtahanlar saat 10.00-da başlayacaq.

Bildirilir ki, namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 17, 22 və 29 yanvar tarixlərində saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçünhttp://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumatpayment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Mərkəzdən bildirilir ki, sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq yanvarın 11-də keçirilən imtahanda olan test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə alması xahiş olunur.



İmza:

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir

Deputatlığa namizəd Rauf Arifoğlu seçiciləri ilə görüşüb

Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edilib

BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

MSK DSK-nın qərarını ləğv edib

AQTA sədri : Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

MSK bu namizədləri qeydə almadı

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK