ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: Günahların ünvanı

Dünya boyda sevən ürək

18651    |   2020-01-10 18:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz bir bəndə olaraq elə bir missiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bunun xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə də bu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv, xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabına ötüşür. Bir nadanın atdığı çaxmaq, bir kütbeyinin, yaxud özündənrazının çılpaqlığı yanğınlara, müharibələrə, qarşıdurmalara aparır. Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə meylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həm də Yer üzünün qatili olması birmənalıdı.

Böyük şairlərimizin, xüsusilə Məmməd Araz və Bəxtiyar Vahabzadənin təbiriylə desəm, bir əliylə qurub, bir əliylə uçuran, məndən keçdi qardaşıma dəydi deyən insan oğlu insandı. Biz də bu insan oğlu insanlardan biriyik. Odur ki, xeyirdə də, şərdə də yaxamızı kənara çəkə bilmərik. Bütün günahların bir damarı, bütün sevinclərin də bir xətti məhz bizlərin hər birindən gəlib keçir. Və bu da düşünən insanı bütün ömür boyu diqqət mərkəzində saxlayır. Axı, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq, özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqət yetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Və ən böyük sual Niyə???

Hə, bax elə bütün problemlər də bu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidi, xidmətidi, nəfsidi, kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlidi... Bax, beləcə, bu suallar ətrafında günlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərə calayırıq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvan yolu. Biz də o karvanın bir yolçusu, qoşulub gedirik sevincimizlə kədərimizlə birlikdə. Elə gedə-gedə də ya böyüyürük, ya kiçilib xırdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyik axı. O dəyirman hamını üyüdür. Bir az narın, bir az girdə, bir az da ağnavaz edir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyimiz Yer üzünün hansı qatında dayanmağımdan asılı olmayaraq, həmişə özü-özümə sual vermişəm:

- Bu yüklər, bu ağrılar nədən qaynaqlanır? Niyə gerçəyin önündə susmalı oluram? Haqqı etiraf etməyə çətinlik çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirməkdə tərəddüdlüyük? Yəni bizim anlayış hissimiz bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizi cızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal o cızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məqamına üz tuturam. Gəlinim mənə ağrıkəsici iynə vuranda özümü nə qədər bərk tutsam da ufuldadım. Bu halım onu pərişan etdi. Yavaşca, sanki günahını yuyurmuş kimi dedi:

- Əmi, iynə göynədəndi...

Üzünə baxıb gülümsədim... Amma yazdım da:


Sən vuran iynə göynətmir

Göynəyir ürək, Fəridə!

Allahın bütün zülmünü -

Eyləyir, ürək, Fəridə!


Baxıb, susub... içdə gülür

Bir əliylə gözün silir...

Ovcunun içi tək bilir -

Neyləyir, ürək, Fəridə!


Yaşıma, halıma baxıb

Fələk ta falıma baxıb!

Məni lap yandırıb yaxıb -

Kövrəlir, ürək, Fəridə!


Üzməsin bu halım səni

Fərəhdi ruhumun təni...

Kədər ta qorxutmaz məni -

Öyrənir, ürək, Fəridə!

Bəli, bu gerçək ağrı həmişə var, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görmək lazımdı. Əgər yaranın ağrısını ictimailəşdirsən nə dəyişəcək ki? Hər kəsin "ah"ı, "uf"u öz içinin yanğısıdı. O odda da elə yanmalısan ki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandıran, bir də Tanrı. Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklik kimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, o yaşantılar üçün darıxacaqsan. Və belə məqamda mən də könüldən-könülə olan bir yolla səni duyub sənə tərəf bir pıçıltı göndərəcəm və deyəcəm ki:


Ürəyimin durumu -

İndi qopmaq anıdı...

Sənə dilənən ömür -

Bil, torpağı sanıdı...


Sıxıram çırpıntılar

Yavaş-yavaş səngiyir...

Dolmuş baxışların da -

Vida üçün ləngiyir...


Bu kövrəlmək sevgiyə

Gülüm, deyil ki, əlbət...

Ölən Əbülfət ilə -

Ölür bu sevgi xəlvət...

***

Yeni ilin həyatımıza qədəm qoyduğu anlardan başlayaraq yaşananları qısa bir zamanın inkişaf xətti üzərində düzürəm. Necə deyərlər, bu on günün mənzərəsini yaratmağa, onun maliyyəçilərin dilində desək, balansını çıxarmaq istəyirəm... Və çox qəribədir ki, on günün hamısı az qala hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığına bir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçəyin içərisində ayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asan deyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mən sizinlə razılaşmıram. Çünki hər birimizin içərisində öz mənimizin tərəfdaşı, ortağı var. Və biz də həmin o ortağımızın güvənini hiss edəndə bir az dayanmaq gücümüz artır. Çox təəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özü də fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hər birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparırıq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarısı ilə bütün ömür boyu birgə olmaq və bu birliyi sınaqlardan, əzablardan keçirmək, sevincinə qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır. Ona görə də içimdəki mənin yarısını, əslində isə elə sənin özünü bu ömrə, bu həyata Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını zaman-zaman deyirəm, yazıram, təkrarlayıram. Hətta hərdən hissləri çilovlaya bilməyəndə yalvarışa da meyl edirəm. Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şəklində vurğulayıram:


Yorulmuş ürəyimin

Dözümünü götür, gəl...

Qor olmuş diləyimin -

Çözümünü götür, gəl...


Dizim hər gün bükülür

İçim qat-qat sökülür...

Göyə dəyib tökülür -

Öz ünümü götür, gəl...


Gözüm yolu geyib ta

Gözümü yol yeyib ta...

Sən Tanrıya deyib ta -

Özülümü götür, gəl...


Daşam, ağacam, otam

Bizi yaradıb O tam!

Sənsiz buzlayır odam -

Köz ömrümü götür, gəl!

Zənnimcə, bu ismarıc, bu yalvarış məni, elə onun özünü də alçaltmır, kiçiltmir, xırdalamır. Ona görə ki, bu içdən gəlir. İçimdəki mənin yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimi ifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqlarımı duyur, görür, istəməyən isə...

İndinin özündə belə yazdıqlarımın təsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə göz yetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırdığım məntiqin necə qarşılanacağını anlamaq istəyirəm... Və anlamağa çalışdığım istəklərin fonunda yenə mənzərə canlanır.

O mənzərə də bütövlükdə sevgidi! Birmənalı şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun da ən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdı. Biz sevgidən yarandığımız üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyırıq. Hətta mən sənə yazmışam ki:


Sən ömrümdə tər çiçək

Bir tala, bir vər çiçək...

Sən olmaz ki, hər çiçək -

Sevgisiz!


Baxışında düzüm, nur

Elə bax ki, üzüm, nur...

İçilməz ki, süzüm nur -

Sevgisiz!


Tanrı sevgisi bələk

Mən əl açan, sən mələk...

Qoyma ölüm, mən fələk -

Sevgisiz!


Sən Tanrıda BİR Sən də

And yerim ol pir səndə!

Öləcək o sirr səndə -

Sevgisiz!


Bitir daha hovurum

Yazıq ömrü qovurum...

Tay nə qədər sovurum -

Sevgisiz!


Ruh ki kükrədi, coşdu

Əzabları da xoşdu!

Cənnət gerçəksə boşdu -

Sevgisiz!

Yəqin ki, bu şeirin də ovqatına kimsə fərqli baxacaq, nəsə qatmağa çalışacaq. Amma nə olur-olsun gerçək duyğuların ifadəsini gizlətmək olmaz. Üstəlik həm də bu gerçək olanlar sevgidisə, özü də haqdan gələn sevgidisə, onu ümumiyyətlə görməmək mümkün deyil. Öz şəxsimdə zaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiyi anda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul etmişəm və yazmışam ki:

Elə günüm

olmur ki,

olüb dirilməyim?

möcüzədi vallah

hər gün

ölməyim,

həm də dirilməyim -

Allah!..

Mən sənə sığınıb

ümidləndim -

ümidnən idim

üstündən qanadın

bir az yığılıb -

qoy kölgəndə

itim...

Allahım!

bəndə haqqımı

iynə ucu iddia

düşmür yadıma,

gəlmir ağlıma

sən

necə istəyirsən

elə də çıx axrıma,

Allahım!

Lap sürünə-sürünə

olsa belə

inanki,

dilənməyəcəm

amma sən birin

O BİR təki

göz yaşın

sevgi kimi

bükəcək dadıma...

***

Adətən bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hər tərəfdən hansısa təsirlər, hansısa yanaşmalar, bəzən basqılar da qaçılmazdı. Ona görə də istənilən yazı fikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axı mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram və baş verən hər şeyin əvvəldə dediyim kimi mənə də dəxli var. Onun uğurlu, faydalı hissəsi də zərərli, günahlı bölümü də mənim adımda zərrənin milyardlarda biri qədər etiva olunubdu...

Demək bu gerçək həm də düşünmək və düşündüklərini özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir. Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından imtina etmək. Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Biz də o qaçılmaz olanın predmetiyik. Hətta bəzən silah meydanında oluruq...

Hə, sınandığımız, sevgisi və sevinci, əzabı və möhlətiylə bizi əhatə edən bu dünyanın bir iynə boyda hüceyrəsi olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən. Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyat sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb. Elə bizim sevgimiz də!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK