ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O BÖYÜK ŞAMİL QURBANOV

16176    |   2020-01-11 11:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mənim bir dostum var – Ənvər Seyidov. Uzun müddət Ali Məhkəmənin və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib.O həmişə deyir ki, dünyasını dəyişmiş valideynləri olum və ölüm günü ziyarət etmək çox böyük savab işdir. Çünki bu ziyarətdən sonra insan çiynindən ağır yük götürüldüyünü hiss eləyir, ruhu və qəlbi sakitləşir...

Müəllim də valideyn kimi insana çox doğmadır. Bizim də həm orta məktəbdə, həm də ali təhsil ocağında çox böyük müəllimlərimiz, ziyalılarımız olub. Bir yazı ilə onları yada salmaq, xatırlamaq düşünürəm ki, dünyasını dəyişəndən sonra onları ziyarət etmək kimi bir əməldir. Yaxşı müəllimlər, yaxşı ziyalılar və yaxşı əməli-saleh insanlar tək bizim qəlbimizdə deyil, dünyasını dəyişəndən sonra onu tanıyanların həmişə ürəyində yaşayırlar. Ürəyi isə fəth eləmək və orda özünə yer tapmaq heç də hər müəllimin, hər ziyalının işi deyil...

Biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişik. Bizə çox böyük işıqlı və ziyalı müəllimlər dərs deyib: Mir Cəlal Paşayev dərs deyib, Nəsir İmanquliyev dərs deyib, Şirməmməd Hüseynov dərs deyib, Şamil Qurbanov dərs deyib, Qulu Xəlilov... dərs deyib. Bunlar müəllim deyildi, bunlar həm də bizim atamız idi. Və mələk kimi ziyalılar idi. Onların işığı, onların nuru öz ailələrindən, öz balalarından çox dərs dedikləri tələbələrin üstünə düşürdü...

Böyük Şamil Qurbanov filologiya elmləri doktoru, professor, kafedra müdiri idi. O bizə rus ədəbiyyatında dərs deyirdi. Və onun mühazirələri o qədər maraqlı, o qədər qeyri-adi keçirdi ki, biz 90 dəqiqənin necə ötdüyünü hiss eləməzdik. Hiss etdiyimiz o idi ki, böyük Şamil Qurbanov bizə Tolstoyu, Dostoyevskini, Çexovu, Şoloxovu... sevdirirdi. Və biz tələbələr onun dediyi mühazirədən sonra bu dünya şöhrətli yazıçıların romanlarını, povestlərini və hekayələrini çox rahatlıqla oxuyur və hər şeyi dərk edirdik. Şamil müəllim o böyük yazıçılar haqqında danışanda həm də Mirzə Cəlili, Əbürrəhim bəy Haqverdiyevi, Seyid Əzim Şirvanini, Üzeyir Hacıbəyovu bizə sevdirirdi. Çünki onun bizə oxuduğu mühazirədə Mirzə Cəlilin şirinliyini, 

Əbdürrəhim bəy Haqverdiyevin koloritini, Üzeyir bəy Hacıbəyovun yazılarda işlətdiyi duzu hiss edirdik. Bax, beləcə böyük Şamil Qurbanov bizə tək rus ədəbiyyatının nəhənglərini deyil, həm də özümüzün klassiklərini sevdirməyi bacarırdı...



... Və çox vaxt Şamil Qurbanov hər hansı rus yazıçının yaradıcılığından danışanda sanki bizə maraqlı film göstərirdi. Çünki o danışığıyla, duzlu-istiotlu mühazirəsilə və şirin sözlərilə gözəl bir filmin tamaşasını yaradırdı. Və biz də o gözəl filmə elə diqqətlə, elə maraqla qulaq asırdıq ki, istəmirdik o film tez başa çatsın.

İstedadlı yazıçı-jurnalist və şair Mahmud Qacar deyir ki, Şamil Qurbanov universitetdə mənim ən sevdiyim böyük ziyalılardan və böyük müəllimlərdən biri idi. Xüsusən Lermontovun yaradıcılığını və poeziyasını mənə çox sevdirmişdi. Mən də böyük rus şairi Lermontovun şeirlərini əzbərləyib Şamil müəllimə deyəndə bu, boyük müəllimə zövq verirdi. Ümumiyyətlə, Şamil müəllim jurnalistika fakültəsinin tələbələrinin ürəyini fəth eləmiş müəllimlırdən idi. Bu gün bizim hər birimizin qəlbində onun çox böyük abidəsi var. Biz nə qədər yaşatacayıqsa, onun da xatirələri bax beləcə qəlbimizdə qalacaq, bizim ürəyimizi və düşüncəmizi nura boyayacaqdır.

... O böyük alim, o böyük ictimai siyasi xadim, o böyük ziyalı 2004-cü ilin yanvarın 16-da Allahın dərgahına qovuşub. Cəmi 70 il yaşadı. Amma bu 70 ili çox namusla, çox şərəflə, çox qürurla tamamladı. Və həyatda özünün elə bir möhürünü vurdu ki, bu onun tələbələrinə də bir yol oldu. Və bu yolu addımlamaq və bu yolu getmək onun tələbələri üçün o qədər də asan deyil. Ən azından ona görə ki, Şamil Qurbanov olmasaq da, heç olmasa az da olsa o böyük ziyalıya bənzəməliyik. Onun bir tələbəsi kimi düşünürəm ki, Allahın dərgahına qovuşduğu gündə bu böyük ziaylını bir də xatırlayaq, yada salaq! Çünki biz onu xatırlayanda o böyük kişinin, o böyük ziyalının ruhu da şad olacaq.

Şamil Qurbanov tək böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmayıb. O həm də cəsarətli və ədalətli millət vəkili idi. Və millət vəkili kimi tək öz seçicilərinin hüquqlarını deyil, bu xalqın, bu millətin hüquqlarını qoruyub. Heç yadımdan çıxmır, Fransanın sabiq prezidenti Jak Şiraka xalqımızın haqqını tapdadığına görə, Milli Məclisdə çıxış edərək "Jak Şirak qudurub” ifadəsini işlətmişdi. Bu sözə görə Şamil müəllimin başına nə müsibətlər açılmadı.

... Öyrədilmiş adamlar Milli Məclisə axın elədi, onun üstünə hücum çəkdi. Amma yenə haqq-ədalət öz yerini tapdı. Şamil müəllimi elə birinci öz tələbələrindən biri olan böyük yazıçı və publisist Aqil Abbas müdafiə elədi. Aqil müəllim o vaxt yazırdı ki, bu Jak Şirakın bizdə nə qədər qohum-əqrəbası varmış. Sonda Şamil müəllimi şair-publisist və pedaqoq Səməndər Məmmədov çox kəskin yazıları ilə qorumağı bacardı. Və ən nəhayət, böyük Zəlimxan Yaqub, ADU-nun professoru, kafedra müdiri Pənah Xəlilov, ADU-nun dosenti, sabiq millət vəkili İsgəndər Quliyev Şamil müəllimin seçiciləri ilə görüşüb bir daha bu böyük şəxsiyyəti müdafiə etdilər.

... Böyük ziyalılar gün işığı kimidir. Onlara nə qədər şər-böhtan atsan da, günəşin qabağını bulud kəsə bilmədiyi kimi bu insanlara da şər-böhtan yapışan deyil. Çünki onların yolu haqqın, ədalətin və xalqın yoludur...

Yadıma böyük Zəlimxan Yaqubun onun barəsində yazdığı bir bənd şeir düşür:

Yeridin, başına səpələndi qar,

Baxmadın yolların uzaqlığına.

Elmin yollarında ağaran saçlar,

Döndü bir millətin üzağlığına.

Şair-publisist Səməndər Məmmədov Şamil Qurbanov haqqında çox unikal və qeyri-adi bir portret oçerki qələmə alıb. O oçerkin sərlövhəsi belədi: "Ocaqdı Şamilim, pirdi Şamilim”. Oçerkdən bir epizodu oxucuların diqqətinə təqdim etmək istəyirəm: "... Bir alim kimi də yorulmaq bilmədi Şamil müəllim, məsuldar işlədi. Gecəsi-gündüzü olmadı, yazdı, yaratdı. Onun tədqiq edib üzə çıxardığı ləyaqətli insanları saymaqla qurtaran deyil. Məmməd Qarayevi, Həmzət bəy Qəbulov – Şirvanskini, Rəhim bəy Məlikovu, Sona xanım Axundovanı, Kərim Yayçılını, Əli bəy Hüseynzadəni, Əhmədbəy Ağaoğlunu və başqa ziyalılarımızı xalqa tanıtdı. Cəmaləddin Əfqanini tədqiq etdi, onun milliyyət etibarilə Azərbaycanlı olduğunu sübuta yetirdi. Yubileyinin qeyd olunması yolunda qeyrət və qətiyyət nümayiş etdirdi. Əlaqədar təşkilatlara müraciət nəticə verməyəndə isə XX əsrdə ədəbiyyatımızın böyük himayədarı və bilicisi olan Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdi və onun şəxsi göstərişi ilə C.Əfqaninin 160 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail oldu. XX əsrin əvvəllərində xalqımızn taleyində mühüm rol oynamış iki böyük şəxsiyyət – Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadədən, bugünki Türkiyənin qurucusu M.K.Atatürkdən və XX yüzilliyin sonlarında öz milli müstəqilliyinə qovuşmuş müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevdən yazdı. Neçə-neçə açılmamış səhifələrə işıq saldı. Və mən onda böyük qürur və iftixar hissiylə dedim:

El bilir o, elmin zirvəsindədi,

Ocaqdı Şamilim, pirdi Şamilim...”

Bax, Şamil Qurbanov belə bir ziyalı, belə böyük bir şəxsiyyət, belə bir böyük müəllim olub. O işığı, o nuru Şamil müəllim Azərbaycanın çox böyük mütəffəkirlərindən, çox böyük ziyalılarından, çox böyük şəxsiyyətlərindən alıb. Mən hardasa Şamil Qurbanovu böyük Nəriman Nərimanova bənzədirəm. Çünki Nəriman Nərimanov da öz millətini və xalqını qaranlıqdan işığa çıxarmaq üçün şam kimi əridi və şəhid oldu. Elə Şamil Qurbanov da məhz böyük Nəriman Nərimanovun yolunu davam etdirdi, xalqını və millətini qaranlıqdan işığa çıxarmağa çalışdı. Və xalqının yolunda da şəhid oldu.

Çünki o son nəfəsinə qədər haqq-ədalət uğrunda mücadilə elədi, döyüşdü və axırda da ürəyi partladı. Çünki böyük Şamil Qurbanov həmişə xalqını irəlidə, azadlıqda və işıqda görmık istəyirdi. Və nə yaxşı ki, böyük Şamil Qurbanovun arzuladığı ideyalar gerçəkləşir. Və bu xalq, bu millət işığa doğru bir addım da yaxınlaşır. Ruhun şad olsun, qəbrin nurla dolsun, böyük Şamil Qurbanov!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK