hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Dünyanın ən..ən...ən... çayları – paralel baxış Adalet.az | Dünyanın ən..ən...ən... çayları – paralel baxış Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Dünyanın ən..ən...ən... çayları – paralel baxış

12722    |   2020-01-10 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan təbiətini möhtəşəm, ecazkar edən uca dağları, zümrüd meşələri, yaşıl cəmənləri, güllü-çiçəkli yamacları ilə bərabər həm də, mavi gözlü gölləri, şaqraq səsli gur çaylarıdı. O, gurultulu, şən nəğmə kimi dağların qoynundan axıb gələn, torpağımıza, həyatımıza, yaşayışımıza can verən çaylarımız , eyni zamanda dünyanın eyni statusunda olan çayları haqqında oxucularımıza geniş məlumatlar vermək istəyirik.

Adalet .az xəbər verir ki, Azərbaycanda 8400-ə yaxın çay var. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur.

Uzun caylar...

1. Azərbaycanda Kür çayı uzunluğuna görə, ən böyük çaydı-1515 km-dir. Araz-1072- km, Qanıx-413 km, Qabırrı - 389 km, Samur-216 km, Tərtər-200 km;



1. Dünyada ən uzun çay isə Cənubi Amerikadakı Amazondur. Onun uzunluğu 6992 km-dir. Sonrakı yerləri Nil çayı(Afrika)– 6,650 km, Yansızı çayı, (Asiya)–6,300 km, Missisipi çayı (Şimali Amerika)– 6,275 km uzunluğu ilə tutur.

Şəlaləli çaylar

2.Azərbaycanda üzərində şəlalə yaranan bir cox çaylar var. Təbiətin incəsənət əsəri kimi dəyərləndirilən şəlaləli çayları Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və başqaları hesab olunur.


2. Cənubi Afrikada yerləşən Viktoriya şəlaləsi dünyanın ən əzəmətli şəlalələrindən biri sayılır. Naçi şəlaləsi Yaponiyanın fasiləsiz axan ən uzun şəlaləsi özəlliyini daşıyır. "Qızıl şəlalə” mənasını verən Gullfoss İslandiyada Ağ çayın üzərində yerləşən iki qatlı və 32 metr hündürlüyündədir. Daimi yağışlar və əriyən buzlaqlar səbəbilə yay mövsümündə Avropanın ən böyük şəlaləsi olur. ABŞ və Kanadanın sərhəddində yerləşən Niaqara şəlaləsinin uzunluğu 800 metr, hündürlüyü isə 48 metrdir. Amerika hissəsində yerləşən şəlalənin uzunluğu isə təxminən 320 m, hündürlüyü 51 metrdir.Venesuelanın sərhədləri daxilində yerləşən, 979 metr hündürlüyü ilə dünyanın ən böyük şəlaləsi ünvanına sahib Anxelin suları ümumilikdə 807 metr maneəyə rast gəlmədən axır və bənzərsiz mənzərə yaradır. Hindistanın ən hündür şəlalələrindən biri olanYoq. Şaravathi çayının 253 metr yüksəklikdən aşağı tökülməsi nəticəsində yaranıb. Yağışlı mövsümlərdən öncə bir neçə incə su sızıntısından ibarət olan şəlalə musson yağışları başlayanda möhtəşəm bir su axıntısına çevrilir.

Çirkli çaylar



3. Ermənistanın Qafan, Qacaran mis-molibden kombinatlarının suları Oxçu çayına axıdılır. Oxçuçay da Araz çayına tökülür. Yəni, Araz çayında ən çox çirklənmə burada baş verir. Hətta Metsamor Atom Elektrik Stansiyasının da radiasiyalı sularının kanal vasitəsilə Oxçu çayına axıdılması ilə bağlı məlumatlar var. Kür çayının Böyük Kəsik məntəqəsində ağır metalların- mis, qurğuşun və nikelin miqdarı normadan dəfələrlə çoxdur. Eyni zamanda, Ermənistandan axan balaca Debed çayı var. Bu çay Xram çayının qoludur. Ermənistandakı Alaverdi mis mədənin suları Debed vasitəsilə Xram çayına tökülür ki, bu da Kür çayının çirklənməsinə gətirib çıxarır. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və Zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib.

3. Banqladeşin paytaxtı Dəkkənin mərkəzindən axan Buriqanqa çayınıekspertlər dünyanın ən çirkli, ən üfunətli çayı sayırlar. Buriqanqanın sularında üzməyən, bu çaya atılmayan nəsnə yoxdur. İndoneziyanın Sitarum çayında axan su isə adi sudan min dəfə çirkli sayılır. Ətrafa yayılan zəhərli maddələr ümumilikdə 200 milyon insanın həyatı üçün təhlükə mənbəyidir. Çayın zəhərlənməsinə səbəb torpaqdakı qurğuşun, havaya atılan kimyəvi maddələr və çaylara axıdılan zavod və fabrik tullantılarıdır. 



Amazon və Konqodan sonra dünyanın üçüncü bol sulu çayı olan Qanq Cənubi Asiyadan axır. Çay öz başlanğıcını Himalay dağlarının buzlaqlarından götürərək, Hindistan və Banqladeş ərazisindən keçir və Hind okeanında Benqal körfəzinə tökülür. Elə ən böyük deltanı da Qanq çayı əmələ gətirir. Onun sahəsi 105640 km2 təşkil edir.Uzun illərdir hindular öz müqəddəs çaylarına səcdə edirlər. Onlar hesab edirlər ki, Qanq ölülərin ruhunu günahlardan təmizləyir. Odur ki, dəfn mərasimlərində öncə cəsədə xüsusi maddə sürtür, sonra isə yandırıb, külünü Qanqa tökürlər. Bəzi kasıblar isə ayinə tələb olunan maddəni ala bilmədikləri üçün doğmalarının nəşini yandırmadan birbaşa Qanqa atırlar. Bunlarla yanaşı, çaya 450 milyon əhaliyə xidmət edən kanalizasiya sistemindən hər gün 4800 milyon litr çirkab su axıdılır. Buraya fabrik və zavodların sənaye tullantıları və yarım milyon tondan artıq plastik kütlə atılır. Əhalinin kasıb təbəqəsi isə bu suda paltarlarını yumaqdan və çimməkdən çəkinmir.



Su təbiətin əvəzsiz nemətidir. Eyni zamanda Allahın verdiyi ən böyük bəxşişdir. Elə ölkələr var ki, bu neməti qonşu dövlətdən pulla alır. Dünyada isti iqlim olan ölkələrdə yayda susuzluqdan insanlar. Yaşıllıq, heyvanat aləmi məhv olur.

Belə, faktlara mütəmadi rast gəlinir.

Əziz oxucularımız, yaxınlıqığınızdan axan çayların, sərinlik, gözəllik, həyat mənbəyi olan göl və su hövzələrinin qədrini bilin, onların çirkləndirilməsinin qarşısını almağa çalışın! Ən azında bu nemətlə qaba rəftar edənləri maarifləndirin, həyat mənbəyimizi qoruyun!


Əntiqə Rəşid





İmza:
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK