ANA SƏHİFƏ / MARAQLI

Yeni ilin ən gözəl qeyd olunduğu 10 şəhər

23534    |   2019-12-30 13:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər il milyonlarla insan Yeni ili qeyd etmək üçün xarici ölkələrə üz tutur.

Adalet.az Yeni ilin ən yüksək səviyyədə qeyd edildiyi şəhərlərin siyahısını təqdim edir:

1. Siyahıda birinci yeri ABŞ-ınNyu Yorkşəhəri tutur. Hər il milyonlarla insan Yeni ili qeyd etmək üçün ”Tayms” meydanına axın edir. İnsanların Yeni il üçün bu şəhəri seçməsinin ən böyük səbəblərindən biri Ledi Qaqa, Castin Biber, Miley Krus kimi dünya ulduzlarının verdiyi konsertlərdir.

2. Avstraliyanın Sidney şəhəri də Yeni ilin təmtəraqlı qeyd edildiyi yerlərdən biridir. Əgər yeni ili ilk qarşılayanlardan olmaq istəyirsinizsə, bu şəhərə mütləq getməlisiniz.

3. Avropada açıq havadakı ən böyük Yeni il şənliyi Almaniyanın paytaxtı Berlində keçirilir.

4. On minlərlə Madrid sakini hər il "Puerto del Sol” meydanına gedərək, şans gətirdiklərinə inandıqları üçün 12 ədəd üzüm yeyir. İspan adətlərini yoxlamaq və atəşfəşanlığı Madriddə izləmək istəsəniz, bu ölkəyə üz tuta bilərsiniz.

5. Braziliyanın Rio de Jeneyra şəhəri də Yeni il şənliyinin populyarlığına görə hər il iki milyona yaxın turisti qəbul edir.

6. İslandiyanın paytaxtı Reykyavik şəhərində isə ən təsirli təbiət hadisələrini, xüsusilə şimal işıqları fonunda atəşfəşanlığı izləyə bilərsiniz.

7. Yeni il deyəndə şübhəsiz ki, ağla ilk gələn şəhərlərdən biri də Fransanın paytaxtı Parisdir. Fransada Yeni ilin ən möhtəşəm keçirildiyi məkan Şanzelize prospektidir.

8. Niderlandın paytaxtı Amsterdamın məşhur gecə klubları Yeni ilin qeyd edildiyi əvəzsiz məkanlardan hesab olunur.

9. ABŞ-ın Las-Veqas şəhəri isə Yeni ildə təşkil edilən lazer şouları ilə məşhurdur.

10. İngiltərənin paytaxtı London, xüsusilə Temza çayının sahili yeni ili qarşılamaq üçün əla seçim ola bilər. Hər il 250 mindən çox insan yeni ili məhz bu məkanda qarşılayır.



İmza:
SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK