nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AXIR Kİ, SƏBUHİ MƏMMƏDLİ DƏ BİR İŞƏ YARADI Adalet.az | AXIR Kİ, SƏBUHİ MƏMMƏDLİ DƏ BİR İŞƏ YARADI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AXIR Kİ, SƏBUHİ MƏMMƏDLİ DƏ BİR İŞƏ YARADI

21891    |   2011-10-18 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İvonna Botto Can! Artıq bu xanım ölkəmizdə millimizin sevimlisi Foqtsdan da məşhurdu. Foqtsun atalarının başladığı II Dünya Savaşı zamanı partizanlıq edən həmyerlimiz Səməd Şirməmmədova vurulub ailə quran bu xanım davadan sonra Səmədin xətrinə İmişlinin Murquzalı kəndində divara təzək yapmağı Baden-Badenin mavi gecələrindən üstün tutub, ərəblərin dünya şöhrətli Leylisi Məcnunun xatirinə bu fədakarlığı yapa bilməyib İbn Səlama ərə getmişdi.
   
   Ölkəmizdə baş verən bir sel bizə fəlakət gətirsə də, bu fəlakət 62 ildən sonra bu xanıma xoşbəxtlik gətirdi. Həm şou-biznes müğənniləri kimi qısa bir zaman kəsiyində məşhurlaşdı, həm Fövqəladə Hallar Nazirliyi onun daxmasının əvəzində ona 3 otaqlı rahat bir ev tikdi, həm də doğulduğu Fransanı yenidən görmək arzusu həyata keçdi.
   
   Adamınkı gətirəndə gətirir ey!
   
   83 yaşlı bu xanımın məşhurlaşmasında təbii ki, jurnalist Səbuhi Məmmədlinin böyük xidməti oldu. Bu xanımı axtarıb tapdı, danışdırdı, mətbuata çıxarıb gündəmə gətirdi.
   
   Sözgəlişi. Səbuhinin də əli aşağı düşəndə (əlinin yuxarıda olduğu az-az olar) mənim yanıma qaçır, amma sensasiyon yazılarını başqa qəzetlərə verir. Eybi yox, qalsın qulluğunda!
   
   Bəli, Səbuhinin yazıları olmasaydı (düzdü, hamı kimi onun da evini hökumət tikəcəkdi, dəyən ziyanı ödəyəcəkdi) nə belə məşhurlaşacaqdı, nə də Vətənə getmək arzusu gerçəkləşəcəkdi. Qısası, axır ki, Səbuhi də bir işə yaradı.
   
   Səbuhi indi İvonna xanımla Fransadadı. Xanımın hesabına həm Eyfel qülləsini gördü, həm Baden-Badenin mavi gecələrini, həm də qaynar türklərdən ötəri sinov gedən fransız xanımlarını. Gəl ay kasıb!
   
   İvonna xanım gedəndə deyib ki, 10 günə (yəqin bu gün-sabah) qayıdacaq, indi onu Azərbaycana təkcə haçansa yaşadığı sevgi hissi yox, həm də 7 övladı, 30 nəvəsi və 22 nəticəsi bağlayır.
   
   Qayıtmağına, İvonna xanım qayıdacaq. Amma Səbuhinin Baden-Badenin mavi gecələrini, gözəl-göyçək fransız xanımlarını qoyub Nəsiminin həmişə qırxmağa tənbəllik elədiyi tüklü üzünə baxa-baxa ucuz araq içmək üçün Azərbaycan nəşriyyatının 4-cü mərtəbəsindəki bufetə qayıdacağı sual altındadır!
   
   Həm də nə var ey. Keçmiş baş redaktoru Qənimət Zahid başda olmaqla "Azadlıq"ın əməkdaşlarının yarısı Fransadadı. Əl-ələ verib Parisdə "Azadlıq"ın fransız variantını buraxa bilərlər.
   
   İntəhası bir əmma var. Onda da fransızlar tərəfindən döyüləcəklər, tutulacaqlar və Azəbaycana emiqrasiya etmək məcburiyyətində qalacaqlar.
   
   Onsuz da Sarkozinin türklərdən zəndeyi-zəhləsi gedir. Deyir, iti-qurdu-Sərkisyanı görüm, türkləri yox.
   
   İndi əgər işdi-şayətdi, Sarkozinin qəzəbinə tuş gəlib Azərbaycana emiqrasiya məcburiyyətində qalsalar, barı heç olmazsa gələndə Senanın üzərindəki "Azadlıq" heykəlini də oğurlayıb gətirsinlər, qoy fransızlar yanıb-tökülsünlər.
   
   Mənim bilirsiniz bu nemes uşağı fransızlardan niyə xoşum gəlmir? Bu nemeslər Amerikaya "Azadlıq" heykəli hədiyyə ediblər, bizə də Bernard Fasyeni!


Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-03-31
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK