ANA SƏHİFƏ / YAZARLAR

Rəssamlıqda ilk yolaçanlardan biri

Etibar CƏBRAYILOĞLU

33758    |   2019-12-23 15:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Xalq Bank”ın "Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli rəssam Tağı Tağıyevin rəngkarlıq və qrafika əsərlərindən ibarət albom işıq üzü gördü

Onları ilk yolaçanlar adlandırırdılar-Tağı Tağıyev, qardaşı Mahmud Tağıyev xanımı Xalidə Səfərova ilə, Səttar Bəhlulzadə, Kamil Xanlarov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Əbdül Xalıq, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev və başqaları.

Bu nəsil Azərbaycan rəssamlarına milli mədəniyyət və estetika ənənələrinə möhkəm bağlılıq xas idi. Onlar zəngin yaradıcılıqlarında Qərbi Avropa ənənələrini sintez etməyə və milli təsviri incəsənətin xüsusiyyətlərini inkişaf etdirməyə çalışırdılar. Adlarını sadaladığımız rəssamlardan hər biri keçmiş təcrübəni dərk etmək üçün müəyyən yol qət edərək dünyagörüşünü ifadə edib, incəsənətin əsas obyekti olan gerçəkliyin interpretasiyasında öz individual bədii-plastik dilini axtarırdı.

Məhz belə fırça ustalarından sayılan Xalq rəssamı Tağı Tağıyevin rəngkarlıq və qrafika əsərləri toplanan albom "Xalq Bank”ın "Xalq Əmanəti” layihəsinin vasitəçiliyi ilə sənətsevərlərə təqdim olundu.

İnqilab günü rəssam kimi doğulan

Belə bir məşhur deyim var-Rəssam olmurlar, rəssam kimi doğulurlar. Bu fikri Xalq rəssamı Tağı Tağıyevə də şamil etmək olar. Tağı Tağıyev Bakıda adlı-sanlı zərgər Əzizağa kişinin ailəsində doğulub. O, anadan olan gün- 1917-ci il noyabrın 7-də dünya siyasətini dəyişən bir hadisə-inqilab baş vermişdi.

Babasının, atasının zərgərlik işləri Bakıdan çox-çox uzaqlarda da yaxşı tanınırdı, sonralar Tağının yaratdığı sənət əsərləri də dünyanın ən nüfuzlu muzeylərində sərgilənəcəkdi...

Tağı Tağıyev zərgər olmadı, o, rəngkarlığı seçdi. Lakin sözsüz ki, rəssamı körpəlikdən əhatə edən gözəllik, babasının, atasının gördükləri işə münasibətdə tələbkarlığı balaca Tağıda dünyanın estetik qavrayışını tərbiyə etməli idi. Hələliksə Tağı sənətdə ilk addımlarını atır, Bakıdakı rəssamlıq məktəbini uğurla bitirir. Ali təhsil almaq arzusu ilə 1940-ci ildə Moskvaya gedir və Surikov adına Rəssamlıq İnstitutuna daxil olur. Lakin cəmi bir il sonra dünyanı lərzəyə salan daha bir hadisə baş verir və gənc Tağının bütün planlarını alt-üst edir. Müharibənin başlaması səbəbindən tələbə-rəssam doğma Bakıya qayıtmalı olur. Arxa cəbhədə çalışır, fırçası ilə faşizmə qarşı savaşır, təbliğat plakatları çəkir, ideoloji vərəqələr hazırlayır. Həmin dövrdə Tağı Tağıyev tarixi mövzularda monumental tablolar da yaradır. İstedadlı rəssam yaxşı başa düşürdü ki, müharibə qəhrəmanlarının portretləri xalqın döyüş ruhunun möhkəmlənməsinə, kütlələrə ideoloji təsir göstərməsinə xidmət edir.



Xalq qəhrəmanı Koroğlunun portretini də rəssam məhz həmin dövrdə yaradır. Sənətşünaslar, həmin dövrü araşdıran mütəxəssislər Tağı Tağıyevin fırçasından çıxan Koroğlu portretini xalq qəhrəmanının Azərbaycan təsviri incəsənət tarixində ən gözəl obrazı sayırlar.

Ötən əsrin 40-cı illərində Tağı Tağıyevin həyatında əhəmiyyətli hadisələr baş verir, o, peşəkar rəssam kimi tanınmağa başlayır, ailə qurur. Səttar Bəhlulzadə və Kamil Xanlarov kimi qeyri-adi və bənzərsiz fırça ustaları ilə yaxından tanış olur. Özünü müxtəlif janrlarda sınayır. Müharibə qəhrəmanlarının portretləri ilə yanaşı doğma Bakının mənzərələri kimi ciddi epik əsərlər yaradır. "Dənizdən Bakının görüntüsü”, "Xalçasatan”, "Qara Qarayevin portreti” kimi məşhur əsərlər məhz həmin dövrdə çəkilib.

Portretlər qalereyası

Tağı Tağıyev 1940-50-ci illərdə bütöv bir portretlər qalereyası yaradır və özünü əsasən portret janrında çalışan bir sənətkar kimi tanıda bilir. Qara Qarayevin 1948-ci ilə aid portretində görkəmli Azərbaycan bəstəkarının zəngin daxili aləmi, onun dərin ziyalılığı o qədər inandırıcı göstərilib ki,bu işıqlı insanla mənəvi ünsiyyətdə olduğunu hiss edirsən.

Rəssam dostu Kamil Xanlarovun portretində də onun açıq baxışı, sadəlik və insanlığın inadkarlıqla çulğalaşdığı ziddiyyətli xasiyyətini dolğun təsvir edə bilib.

Tağı Tağıyevin Azərbaycanın görkəmli fırça ustası Səttar Bəhlulzadənin 1955-ci ildə yaratdığı portreti milli rəngkarlığın ən dəyərli nümunələrindən sayılır. Həmin əsəri rəssama R. Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadə

sifariş verib və portret Səttar Bəhlulzadənin fərdi sərgisinə qədər hazır olmalı idi. Lakin təyin edilmiş vaxta qədər əsər üzərində iş hələ heç başlamamışdı. Bir neçə saat ərzində Tağı Tağıyev naturadan eskiz çəkir və bir gecəyə işi tamamlamağa nail olur.

Sultan Məhəmmədin, Molla Pənah Vaqifin, Bəhruz Kəngərlinin, Həzi Aslanovun portretləri rəssama şöhrət qazandırır.

İstedadlı rəssam 1940-ci illərdən başlayaraq Bakıda və sovet məkanında müxtəlif sərgilərdə iştirak edir. 1961-ci ildə Tağı Tağıyevin yaradıcılığında mühüm bir hadisə baş verir, tanınmış rəssam Afrika ölkələrinə yaradıcılıq ezamiyyətinə gedir, Mərakeşdə, Qvineyada, Seneqalda, Fil Dişi Sahilində yerli xalqların həyatı, mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti qazanır. "Afrika” seriyasından çəkdiyi əsərlər rəssamın müxtəlif illərdə təşkil olunan sərgilərində uğurla nümayiş etdirilir.

Əsərləri dünyanın müxtəlif nüfuzlu muzeylərində saxlanılan Xalq rəssamı Tağı Tağıyev 1993-cü il iynun 27-də həyatdan köçür.

Dəyərli "Xalq Əmanəti”

"Xalq Bank”ın "Xalq Əmanəti” layihəsinin sayca 19-cu nəşri də Xalq rəssamı Tağı Tağıyevə həsr edilmişdi. Layihə çərçivəsində çapdan çıxan "Tağı Tağıyev. Rəngkarlıq və qrafika” albomunun təqdimat mərasimində Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova mərhum sənətkarın yaradıcılıq xüsusiyyətlərindən danışdılar. "Xalq Bank”ın uzun illər ərzində həyata keçirdiyi "Xalq Əmanəti” layihəsinin Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılmasına verdiyi töhfələri yüksək dəyərləndirdilər, bu nəcib işdə əməyi olanlara təşəkkür etdilər.


Tağı Tağıyevin oğlu Əkrəm Tağıyev atasının xatirəsini əziz tutanlara, yaradıcılığına qiymət verənlərə ailəsi adından minnətdarlıq bildirdi. Sonra tədbir iştirakçılarıTağı Tağıyevin əsərlərinin sərgiləndiyi ekspozisiya ilə tanış oldular.

Xatırladaq ki, "Xalq Bank”ın 2010-cu ildən bəri həyata keçirdiyi "Xalq Əmanəti” layihəsi mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması, dünyaya tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində nəfis şəkildə çap olunan kitablar tədris müəssisələrinə, ölkəmizin xaricdəki səfirliklərinə, Bakıda fəaliyyət göstərən diplomatik korpuslara hədiyyə olunur.

Bu illər ərzində "Xalq Əmanəti” çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgi təşkil olunub və bədii albomlar çap edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza, nakam taleli Mikayıl Müşfiqin "Seçilmiş əsərləri”, görkəmli alim Əli Rəcəblinin "Azərbaycan sikkələri”, "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, şeirləri ilə Avropanı fəth edən Mirzə Şəfi Vazehin "Bütün əsərləri” Azərbaycan, alman və rus dillərində işıq üzü görüb.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2020-04-17 : Canlı bir roman
2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK