nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: ... VƏ O ŞƏKİL Adalet.az | Faiq QİSMƏTOĞLU: ... VƏ O ŞƏKİL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ... VƏ O ŞƏKİL

7237    |   2019-12-21 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mənim tələbə dostum, istedadlı yazıçı-jurnalist Rafiq Hacıyev həmişə bizi təəccübləndirir. Allah-Təala çox sevdiyi adamlara istedad bəxş edib. Və Allah-Təala deyəsən Rafiq Hacıyevi bizdən çox istəyir. Bizə yazı-pozu qabiliyyəti veribsə, ona üç istedad bəxş edib: yazıçılıq, rəssamlıq, bir də gözəl və məlahətli səs! Bəlkə də Rafiq Hacıyev səsinin arxasınca getsəydi, jurnalistikadan daha böyük uğur qazanardı. Gözəl xanəndə kimi bəlkə də indi "xalq artisti” adını almışdı. Bunu tək mən demirəm. Bunu həm də digər istedadlı dostları – filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı da deyir. O, rəssam kimi də böyük izlər qoya bilərdi. 40 ildən çoxdur ki, jurnalistika və yazıçılıqda qələmiylə Fərhad kimi külüng çalır, ona bir "Əməkdar jurnalist” adını da çox görürlər. Amma Rafiq Hacıyev elə xalqın yazıçısı, xalqın jurnalisti, xalqın da publisistidi. Yəni onun yazılarını oxuyan, imzasını tanıyan adamlar dostumuz və qardaşımız Rafiqi çox istəyirlər. Onu Allah da çox istəyir. Ancaq vəzifəli bəndələr çox istəmirsə, bu onların öz işləridi...

... Axı təəccüblənməyimdən, Rafiqin məni təəcübləndirdiyindən danışrıdım. Elə bil bir az mətləbdən uzaq düşdük. Dedi ki, sənə bir şəkil göstərəcəm məəttəl qalacaqsan. Bu şəkil 1979-cu ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Yeni il” gecəsi ilə bağlı hazırlanmış tədbirindən çəkilib. Bu sözü deyib əlini çantasına apardı və ordan bir şəkil çıxardı. Şəkil məni 1979-cu ilin "Yeni il” gecəsinə apardı. Həmin vaxt mən universitetin jurnalistika fakültəsini təzəcə bitirmişdim. Televiziyanın kənd təsərrüfatı şöbəsində rəhmətlik böyük yazıçı Cəlal Bərgüşadın yanında müqavilə ilə işləməyə başlamışdım.

... Onda indiki kimi gənc istedadlara sevgi yox idi. Maşallah, Aqil Abbas harda bir isatedadlı gənc görürsə, redaksiyaya gətirir, onlara bizdən də yaxşı şərait yaradır. Amma o vaxt televiziyada bəzi özündənrazı redaktorlar bizə yuxarıdan aşağı baxır, gələcəkdə onların yerini tutarıq deyə göz verib işıq vermirdilər. Amma rəhmətlik Cəlal Bərgüşad tam başqa bir sevgiylə gənclərə yanaşırdı.



... Şəkilə baxıram solda Rafiq Hacıyevi, onun yanında Naxçıvanda kolxoz sədri işləyən "Lenin” ordenli Yusif İsmayılovu və mənim yanımda ayaq üstə duran Bərdə rayonunun "Moskva” kolxozunun sədri və Qarabağın sayılıb-seçilən ağsaqqallarından olan Hüseyn Ağayevi görürəm. Digər iki qadın və bir kişi də var. Onlar da əmək qabaqcılları idi. O çəkilişdən bir gün əvvəl Cəlal Bərgüşad Hüseyn müəllimin çıxışını yazmağı mənə həvalə etdi. Mən də o çıxışı hazırlayıb başa çatdırdım. Cəlal müəllim dedi ki, ağsaqqal səni "İnturist”də gözləyir, apar çıxışı ona çatdır. Mən də tez tərpənib "İnturist”ə getdim, liftlə yuxarı qalxıb onun otağını tapdım. Qapını döydüm, özü açdı. Gülə-gülə dedi ki, ay oğul, nə əziyyət çəkmisən? Təbii ki, mən də dilləndim ki, bu bizim vəzifə borcumuzdu...

... Günorta vaxtıydı, məni nahar yeməyinə dəvət elədi. Dedi cavan oğlansan, ürəyin nə istəyir de, gətirsinlər, içki-falan, utanma de! Dedim ki, içən deyiləm. Bu, Hüseyn müəllimin lap xoşuna gəldi. Sonra da əlavə elədi ki, heç mən də elə içən deyiləm. Cavanlıqda gərək sağlamlığın qədrini biləsən, qocalanda ağrımayasan. Onunla kəsdiyim bir tikə çörək, yediyim yemək və içdiyim çay heç vaxt yadımdan çıxmır. O qədər sadə və səmimi adam idi ki, istər-istəməz onun hərəkətlərini görüb bu insana məhəbbətim birə-beş artırdı. Ayrılanda məni qucaqlayıb öpdü və dedi: "Pul sarıdan sıxıntın olub eləsə, utanma, de”. Bu kişilər bax, belə mərd, ağayana, səxavətli adam idi. Onlar heç vaxt özlərini dartmaz və başqalarına yuxarıdan aşağı baxmazdılar. Sabahı günü də "Yeni il” gecəsinin çəkilişində Hüseyn Ağayevlə yenidən görüşdük və yenidən onun şirin və səmimi söhbətlərinin qonağı olduq...

... Həmişə "Yeni il” şənliyinə yeni il gəlməmişdən 10 dəqiqə öncə Azərbaycanın xalq artisti, böyük sənətkar Zeynəb Xanlarova nöqtə qoyurdu. Daha doğrusu, yeni il onun oxuduğu mahnıdan sonra ölkəyə təşrif buyururdu. Bu dəfə də o çəkilişə gələndə yanında çox böyük sənətkarlar vardı: Rəmiş, Aftandil İsrafilov, Vəli Qədimov... Özü də canlı oxuyardı. Dörd yeni mahnı ifa etdi. Və ifa etdiyi yeni mahnılardan ikisi mənim tələbə yoldaşım İradə xanımın nişanlısı, istedadlı şair Musa Ələkbərlinin idi. Mahnılar çox gözəl, lokanik, həm də yaddaqalan idi. Mən də çəkilişdən çıxandan sonra təsadüfən şair Musa Ələkbərliylə rastlaşdım. Dedim ki, yeni il gecəsində Zeynəb Xanlarova sənin iki mahnını oxuyacaq. Və həmin vaxt Musa Ələkbərli də yeni ildə qayınatası gildə olur və heç kimə də bir söz demir. Mahnılar isə efirə getmir. Montaj zamanı deyilənlərə görə, mahnı kədərli olduğu üçün efirə buraxılmır. Amma veriliş təkrar efirə çıxanda həmin mahnı yenidən tamaşaçılara çatdırılır. Təbii ki, o mahnılar çox gözəl mahnılar idi. Amma sadəcə olaraq, Sovet dönəmində çox sərt bir senzura vardı. Yəni sovet adamı yeni ildə kədərli mahnı eşitməməlidi. Bu da qəribə bir yanaşmaydı. Ancaq fakt faktlığında qalır ki, böyük sənətkar Zeynəb Xanlarova mahnının sözlərini də özü seçmişdi, musiqisini də özü bəstələmişdi. Ona görə də o mahnıların musiqisi də, sözləri də uzunömürlüdü. Tay indiki kimi söz yığını deyil. Bir də görürsən ki, orta səviyyəli müğənni deyir ki, mahnının sözləri də mənimdi, musiqisi də və özüm də ifa edirəm. Qulaq asıb görürsən ki, nə o mahnının musiqisi bir şeydi, nə sözləri, nə də ifası. Yəni musiqi də, söz də "bezdarnı” bir təsir bağışlayır...

... Verilişdən çıxandan sonra istədiyim bir qız vardı, onunla görüşmək istəyirdim. Tərs kimi də qızın ad günü idi, pulum da yox idi ona hədiyyə alım. İmkanlı bir dostumdan 50 manat borc istədim, vermədi. Dedi ki, Allaha and olsun, cibimdə bir manat pulum da yoxdu. Hansı ki, beş dəqiqə qabaq yeməkxanada pulu ödəyəndə 25-lik "paçkasını” çıxarıb arasından bir 25 kassirə vermişdi və kassir də onun xırdasını geri qaytarmışdı. Tay demədim ki, ə, kişiliyin olsun, məni aldada bilərsən, amma Allahı aldatmaq olmaz. Sonra eşitdim ki, o 25-lik "paçka” hardasa oturanda düşüb, dəli kimi olub. Deyib ki, mən bilirəm dostumun "ah”ı məni tutdu. Bu da Allaha ağır getdi...

... Fikirli-fikirli kirayənişin qaldığım evə yaxınlaşırdım. Düşünürdüm ki, Allah, mən bu qızın ad gününə getməsəm, gərək onun gözünə görünməyim. Özü də yekə-yekə demişdim ki, sənin ad günündə stolüstü saat bağışlayacam. O vaxt da bu saatlar çox dəbdəydi, qiyməti də 48 manat idi. Saat cəhənnəm, qızı itirməyimdən qorxurdum ey! Çünki dərdindən dəliydim. Evə yaxınlaşdım, açarı çıxarıb qapını açmaq istəyəndə gördüm ki, yazdığım yazıların qonorar kağızı gəlib. Allah, nə təhər sevindim! Dedim İlahi, səni tanımayana lənət! Kağıza baxıb gördüm 200 manat puldu. Gözümə işıq gəldi. Tez poçta qaçdım və kağızı doldurub kassirə verdim. O da 200 manatı mənə uzatdı. Elə pulu alandan sonra düşdüm şəhərin canına o mağaza mənim, bu mağaza sənin. Axır ki, "Tarqovu”da mağazanın birində gəlib o saatı tapdım. 48 manat verib saatı aldım və satıcıya yaxşı-yaxşı bükdürdüm. Tay utanmırdım, elə bilirdim dünya mənimdi. Qızgilə uça-uça getdim. O da "28 aprel” kinoteatrının yanında kirayənişin qalırdı. İçəri keçdim, gördüm məndən başqa hamı masanın arxasındadı – rəfiqələri, qonşuları. Hədiyyəni qıza uzatdım. Amma stolun arxasında rəhmətlik Fazil Salayevin sözü olmasın, üç dənə simpatiçni oğlanın əyləşdiyini gördüm. Zırpı-zırpı oğlanlar idi, üçü də qızın qardaşları idi. Mənə elə tərs-tərs baxdılar ki, tər məni basdı. Qorxdum ki, ayağa durub məni eşşək sudan gələnə qədər çırparlar...

... Qızın rəfiqələrindən biri bunu hiss elədi, dedi ki, Faiq mənim qardaşımdı, mənə görə ad gününə gəlib. Həmin qız da Zaqataladan idi. Qızın qardaşı dedi ki, sən Zaqataladan, o da danışanda qadan alım, qağa – deyir. Nəsə məndən şübhələndilər. Ona görə də çox oturmadım. Heç yediyim də boğazımdan keçmirdi. Dedim bilərlər, qızı cəzalandırarlar. Mən çıxanda qızın böyük qardaşı yenidən tərs-tərs mənə baxdı. Birtəhər çıxıb getdim...

... O qızın dərdindən mən dəliydim. O qədər çox istəyirdim ki, gecələr də yuxuma girdi. Bu yazını kompüterə diqtə eləyəndə Gülər xanımdan soruşdum ki, heç soruşmursan ki, dərdindən dəli olduğun qız kimiydi? Dedi bilirəm də, xanımınızdı! Bax, indi o qız mənim 37 ildi ocağımdadı, uşaqlarımın anası, nəvələrimin nənəsidi. O qızdan başqa kiminlə ailə qursaydım, vallah, bu tappa-turupa heç kim dözməzdi, çoxdan ayrılmışdı. Amma o gözəl xanım düz 37 ildi mənim hər cür kaprizlərimə və hər cür cığallığıma dözür...

... Görün o bir şəkil məni haralara apardı... Və o bir şəkil Azərbaycanın sayılıb-seçilən, samballı, ağayana kişilərindən olan Hüseyn Ağayevlə görüşdürdü. O, Allahın dərgahına qovuşub, ruhu şad olsun! Çox gözəl də övladları, nəvələri var... O bir şəkil məni Naxçıvandan olan Yusif İsmayılovla yenidən birləşdirdi. O da Allahın dərgahına qovuşub. Qəbri nurla dolsun! Və o şəkil məni həm də 23 yaşına apardı. Bax, onda mənim 23 yaşım vardı...

... Şumal kimi oğlan idim. Saçım da yerindəydi, atam, anam, qardaşım da sağ idi, özümün də dərdim-sərim yox idi. Və bir gözəl qızın da eşqiylə yaşayırdım. Bir sözlə, çox xoşbəxt günlərim idi. Ondan xoşbəxt günlərim heç vaxt olmayıb, ondan gözəl anlarım heç vaxt yada düşmür. Amma naşükür deyiləm. Bu gün də gözəl ailəm var – balalarım, nəvələrim!

... Əgər insan səhər açılanda sağ-salamat ayağa qalxırsa, boğazından bir qurtum su, bir tikə çörək keçirsə, ailəsi, balaları, nəvələri sağ-salamatdısa, İlahiyə min şükür deməlidi! İki gün bundan qabaq xalqın yazıçısı, gözəl insan və səmimi ziyalı Seyran Səxavətlə görüşəndə dedi ki, hər ana görə insan şükür eləməlidi. Mən də şükür eləyirəm. Şükür eləyirəm ki, bu yaşa çatmışam, şükür eləyirəm ki, balalarım, nəvələrim var və şükür eləyirəm ki, canımız sağdır!..




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK