nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZ YERİ OLAN ADAM Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZ YERİ OLAN ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ÖZ YERİ OLAN ADAM

Dağı göstərmirlər, görürlər

5106    |   2019-12-19 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənə görə həyatda ən çətin işlərdən biri atacağın addımı, əlini uzadacağın əşyanın, verəcəyin qərarın mahiyyətini bilməkdi... məramını anlamaqdı. Bax, bunu edə biləndə onda çiynindən yük bir az qalxır. Və özün də hiss etmədən daxiıli bir əminliklə o addımı atırsan... o əşyaya əl uzadırsan... o işin dalınca gedirsən. Çünki səni aparan içindəki inamdı. İnamdan böyük güvən isə yoxdu. Buna mən özüm kimi inanıram. Lap elə bu yazının özü də nə vaxtdı ki, içimdə kilkilə kimi öz işini görməkdədi. Gah daş-daşı yeyir, gah üyünməyən buğda qovuda çevrilir, gah da ələyin bütün gözlərindən rahatca süzülən un yığılır ovcunun içinə. Bu proses həm də bir "Ol!” prosesidi. Ona görə ağrılı keçir. Və...

Mənim qəhrəmanımı Azərbaycanda əli qələm, dili söz, yaddaşı tarix yaşadan hər kəs tanıyır. Bunu ona görə xüsusi vurğulayıram ki, o özü də qələmin, sözün, həm də tarixin bir parçasıdı. Yəni qələm adamıdı, söz yaradıcısıdı. Və nəhayət, ictimai-siyasi həyatda, həm də Azərbaycan tarixində izi olan, yeri olan bir vətəndaşdı. Bax, bu böyük titulun sahibi olan bir Azərbaycan vətəndaşı barəsində düşüncələrimi kağıza köçürmək qərarı verəndə öncə ağlımdan gəlib keçdi ki, barəsində kifayət qədər yazılar yazılmış, fikirlər söylənmiş, özü də təkcə Azərbaycan coğrafiyasında deyil, onun hüdudlarından kənarda da tanınan İNSAN barəsində oxuduqlarımı bir sapa düzüb qəzet səhifəsinə çıxarım. Sonra anladım ki, mənim kimlərinsə yamsılamağım olacaq. Ona görə fikrimdən daşındım. Sonra istədim ki, kitablarından, əsərlərindən yazım. Hətta ara-bir cibimə qoyub özümlə səfərlərə apardığım əl boyda "Xeyrəddin Qocanın gülüşü” dərhal düşdü yadıma. Bir az fikrə getdim. Hətta yazımın adını da təxmini müəyyənləşdirdim:

- "Cibimdəki kitabın müəllifinə demək istədiklərim”...

Etiraf edim ki, yazmağa başlayanda bu istəyimdən də ayrıldım. Elə bil ki, kimsə mənə özüm bildiyim kimi, özüm gördüyüm kimi bir yazı yaz! - dedi. Və beləcə başladım yazını yazmağa. Özü də stolumun üstündəki şəkilləri gözdən keçirə-keçirə. Bu şəkillər Xeyrəddin müəllimin ömründən anlardı. Hərəsi bir yerdə, fərqli məqamda, fərqli ovqatlarda çəkilib. Təkcə bu şəkillərlə söhbət etmək adama könül rahatlığı verir. Öncə ona görə ki, şəkillərin hamısının üzündə, gözündə təbəssüm və dərin düşüncə var. Açıqca hiss olunur ki, o təbəssümün arxasındakı zaman, ovqat, hətta yaşamın özü bir-birini məhz iradə gücünə tamamlayır. Bu mənim əminliklə üzərində dayandığım fikridi. Çünki Xeyrəddin müəllimin həm dərin bir kədəri, bir narahatlığı pərdələyən təbəssümü onun daxili narahatçılığını çinar yarpaqları kimi silkələnməklə, kəsməklə ifadə olunduğunu göstərir. Ona görə çinar yarpaqlarını bir obraz kimi ortaya çəkirəm ki, o yarpaqların xışıltısı da, pıçıltısı da tamam fərqlidi. Və bir də "Cibimdə gəzdirdiyim kitab”ın ilk səhifəsində tez-tez müraciət etdiyim bir fikir var. Onu olduğu kimi təqdim edirəm:

"Xeyrəddin Qoca tələbə vaxtı kirayənişin yaşayırdı. Qapı döyülür:

- Xeyrəddin Qoca burada yaşayır?

- Xeyr!

- Bəs, siz kimsiniz?

- Xeyrəddin Qoca.

- Deyirsiniz burada yaşamırsınız?

- Yəni bu yaşayışdı ki?”

Yəqin ki, oxudunuz bu kiçik dialoqu. Amma oxumadınızsa bir az səbrlə, tələsmədən sözbəsöz yenidən oxuyun. Və sonra özünüzdən soruşun:

- Bu yaşamaqdı ki?!

Mən cavab haqqını hər kəsin öz ixtiyarına buraxıram...

Bəli, onu tanıdığım zamanın ölçüsü, çəkisi, boyu-buxunu yadımdan çıxıb. Amma onunla üzbəüz etdiyim söhbətlər, telefon danışıqlarımız az qala nöqtəbənöqtə yaddaşımda yazılıb qalır. Bilirsiniz niyə? Ona görə ki, Xeyrəddin müəllim həmişə harasa tələsir. Necə deyərlər, bir ayağı qaçaraqdı. Nəyisə elə bil ki, qovur, yetişmək istəyir ona. Mən bu barədə öncə özümdən soruşmaq istəyirdim. Amma bir az səbrli oldum və günlərin bir günü "Xeyrəddin Qoca” foto-kitab əlimə keçdi. Və qəribədi ki, hər kəs kitabı, elə mən də, üz qabığı tərəfdən vərəqləyirdim. Necə oldusa özüm də bilmədən kitabın son səhifəsini açdım. Həmin səhifədə Xeyrəddin müəllim öz qələmi, öz dəsti-xəttiylə yazmışdı: "Mən həyata qarşı nikbinəm. Lakin həyatın əbədi olmadığını, bir vaxtlar hamı kimi mən də bu dünyada qalmayacağımı bildiyimdən, qəlbim daim insanlara xeyirxahlıq hissiylə aşıb daşır. Bəlkə məni yaşadan, mənə qol-qanad verən də elə bu hisslərdi...”


Zənnimcə, kitabın sonunda verilmiş bu özünüifadə, bu özünü etiraf Xeyrəddin Qocanın niyə tələsdiyini, niyə öz üzərinə götürdüyü missiyanı yerinə yetirmək üçün tələsdiyini açıqlamış olur. Bax, bu yerdəcə yadıma bir vaxtlar "Ədalət” qəzetində işləmiş mərhum jurnalist Pərviz Əliyev düşür. İndiki kimi yadımdadı, onun bir narahatlığı, bir maddi-mənəvi sıxıntısı olanda ilk xatırladığı, ilk yadına sadaldığı kişlərdən biri məhz Xeyrəddin müəllim idi. Görünür, həmkarım Xeyrəddin müəllimin ürəyinə bələd imiş...

***

Çox qəribədi, Xeyrəddin Qoca öz tutduğu yolu, öz əqidəsini, məsləkini birmənalı şəkildə bəyan etdiyi gündən indiyə qədər nöqsanları da deməkdən çəkinməyib. Bunu ona görə vurğulayıb "qəribə” adlandırıram ki, mən bu cür hallarla çox az-az rastlaşmışam. Yəni görmüşəm ki, adamlar irəli çəkiləndə, yeni vəzifə kürsüləri qazananda yavaş-yavaş dəyişməyə, vəzifənin, onu irəli çəkənlərin havasına "oynamağa” üstünlük verir. Bir növü özündən, öz dünyasından uzaqlaşır. Məhz Xeyrəddin Qocanın həm millət vəkili, həm Azərbaycanın İstanbul şəhərində baş konsulu, həm də bütün bu dediklərimdən öncəki yazıçı-publisist mövqeyi mənsub olduğu əqidədaşlarının, eləcə də vəzifəli şəxslərin nöqsanlarını deməyə mane ola bilməyibdi. Elə indi də fikirləşirəm ki, Xeyrəddin müəllim bir növü yumuşalsaydı, şəraitə uyğunlaşsaydı, onda özü olmayacaqdı. Onu öncə tanıdığımız şəkildə içimizin bir küncünə qoyub dəyişmiş Xeyrəddin Qocanı isə sıradan biri sayacaqdıq. Bu fikirlər nə qədər özəl olsa da, amma bilirəm ki, məni dəstəkləyənlər, mənimlə razılaşanlar kifayət qədərdi. Elə Xeyrəddin müəllimin özü də dediyim məntiqi o əl boyda kitabında yazır: "Xeyrəddin Qoca Milli Məclisin deputatı olanda tez-tez İstanbuldan Bakıya gəlirdi. Bir gün ondan soruşurlar ki, Məclisə getmişkən bir iş görə bilirsənmi?

Xeyrəddin müəllim cavab verir:

- Mən orada texnik işləyirəm, düymə basıram, vəssalam! Başqa bir işim yoxdur”.

Düşünürəm ki, üzünüzə təbəssüm gəldi. O təbəssümü bir anlıq kənara qoyub siz də düşünün. Onda görəcəksiniz ki, sizin qarşınızdakı 70 yaşını qeyd etməyə hazırlaşdığımız Xeyrəddin Qocadı!

Təbii ki, həyatın çətinliklərini, sıxıntılarını yaşamaq və həmin o çətinliklərdən, sıxıntılardan dözümün, iradənin, ən əsası isə savadlı, məntiqli mübarizənin gücünı çıxmaq hər adama nəsib olmur. Bax, mənim uzaqdan, yaxından tanıdığım Xeyrəddin müəllim də həmin dediyim yolun hər iki səmtini öz gücünə yararaq keçib gəlibdi. Yəni büdrəməkdən qorxmadığı üçün qalib gəlməyi, ayaqda durmağı bacarıb. Bir az da obrazlı desəm, onun bir bir yazıçı-jurnalist kimi özəl prinsipi olub. Hərdən mənə elə gəlir ki, bu məhz "Həyatın içindən çıxanların” prinsipidi.Yəni onlar təkcə Qoqolun şinelindən çıxmayıblar. Sözlərinə duz qatanda, yumor əlavə edəndə o sözün həm milliliyinə, həm zaman və ərazi çərçivəsinə elə otuzdurublar ki, təbəssüm canına yayılanda səni həm də iynə kimi sancıb. Səni vadar edib ki, güldüyün qədər də düşün. Anla ki, nəyə gülürsən? Niyə gülürsən?

Bu söylədiyim fikirləri mən elə Xeyrəddin Qocanın özünün biz oxuculara ünvanlanan yazısında dönə-dönə oxuyub yaddaşıma köçürmüşəm. Ona görə də onun gülüş dolu əsərlərinə, bu əsərlərdəki qəhrəmanlara təkcə gülməmişəm, həm də acımışam.

Yazımın bu yerində bir anlıq pauza edirəm. Bu da səbəbsiz deyil. Ona görə bu addımı atıram ki, mən yazıçı-publisist, sabiq millət vəkili, müstəqil Azərbaycanın İstanbuldakı baş konsulu barəsində, bir az da dəqiq ifadə etsəm, onun 70 illik yubileyi ilə bağlı düşüncələrimi kağıza köçürəndə deyəsən hissə qapıldım. Unutdum onu oxuculara yenidən təqdim etməyi. Ona görə də hər kəsin yaxşı tanıdığı Xeyrəddin müəllimin bioqrafiyasına nəzər yetirirəm. Qısa şəkildə vurğulamaq istəyirəm ki, o, 70 il öncə Ağdaş rayonunun Qülbəndə kəndində doğulub. Pedaqoji Universitetini, Jurnalist Sənətkarlığı İnstitutunu bitirib, müxtəlif mətbu orqanlarda çalışıb. Qələmiylə, özü də məntiqli və kəsərli fikirləriylə oxucunun qəlbinə yol tapıb. Bir az obrazlı desəm, düzü düz, əyrini əyri deməyi heç vaxt unutmayıbdı. Ona görə də evdə, ailədə də, öz çevrəsində də, cəmiyyətdə də onun XEYRƏDDİN QOCA YERİ! – olub. Məncə bu cür yer əxlaqın, mənəviyyatı və ən vacibi isə milli dəyərlərə və bütövlükdə millətə sevgisi olan hər kəsin ürəyindən keçən ən böyük arzulardan biridi. Amma hamı arzusuna çatmır ki! Məncə öz yerini haqq etmək müstəvisində Xeyrəddin müəllim qaliblərdəndi.

... Bu yazını elə burda bitirmək istəyirəm. Ona görə ki, Xeyrəddin müəllim kimi insanlar barəsində sözü, fikri çəkib uzatmaq hardasa onların obrazına kölgə salmaqdı mənə görə. Yəni öz yeri olanı başqalarına yeri olan kimi göstərmək görünən dağı göstərmək kimi bir şeydi. Dağlı isə göstərmək yox, görmək lazımdı. Mən də bu məntiqlə Xeyrəddin müəllimi yubileyi münasibətilə təbrik edirəm. Necə deyərlər, kasıb söz büdcəmdən onun oxucusu kimi bu istəyi ifadə etməyi könlümün səsilə gerçəkləşdirdim.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
SON XƏBƏRLƏR
2020-02-27
2020-02-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK