ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: LƏYAQƏTLƏ YAŞANAN ÖMÜR

5384    |   2019-12-19 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zamanından və məkanından asılı olmayaraq, dünya həmişə yaxşı və ziyalı insanların çiynində olub. Və bu yaxşı və ziyalı insanlar harda çalışmasından, hansı vəzifəni tutmasından asılı olmayaraq, öncə haqqı, ədaləti, öncə insanlığı dəyərləndiriblər. Belə bir deyim var: "Ədaləti və mərhəməti olmayanın adamlığı olmaz”. Yəni adam olmamışdan öncə o şəxsin ədaləti, mərhəməti və vicdanı insanlar tərəfindən daha çox qiymətləndirilir. Və belə adamlar ziyalı kimi, şəxsiyyət kimi və ən nəhayət, böyük insan kimi həmişə görünür, hiss olunur.

Belə dəyərli şəxsiyyətlərdən, ziyalılardan və böyük insanlardan biri də uzun müddət hüquq-mühafizə orqanlarında işləmiş və dünyasını dəyişmiş görkəmli hüquqşünas, Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevdi. O Nazim Tağlyev ki, harda işləməsindən asılı olmayaraq, çalışdığı vəzifənin nüfuzunu yüksəldib... O Nazim Tağıyev ki, prokuror orqanlarında işləyəndə də, istintaqçı olanda da və hakim kreslosunda əyləşəndə də həmişə başının üstündə Allahı görüb... O Nazim Tağıyev ki, bir şeyin həqiqət olduğunu və ədalət olduğunu biləndən sonra heç kəs onu başqa yola, qaranlığa çəkə bilməzdi. Çünki Nazim Tağıyev hüquq-mühafizə orqanlarında işə başladığı ilk gündən ömrünün sonuna qədər haqqa, ədalətə və Allahın böyüklüyünə sığınıb. Təbii ki, ədalətli, savadlı hüquqşünaslar vəzifədə əyləşəndə ilk növbədə bu xeyr o ölkənin vətəndaşına, o ölkənin insanlarına dəyir. Və bu insanlar deyilənlərə yox, gördüklərinə inanırlar. Onu tanıyan insanlar görürdü ki, Nazim Tağıyev prokuror kimi də, istintaqçı kimi də, hakim kimi də çox ədalətli və təmiz bir hüquqşünas idi.

Onunla bir dəfə söhbət eləyəndə, bir dəfə süfrə arxasında əyləşib bir stəkan çay içəndə bu insanın nə qədər böyük ziyalı olduğunu, nə qədər böyük ürək sahibi olduğunu o dəqiqə hiss edərdin. Hansı vəzifədə çalışıbsa, digər şəxslərdən sadəliyi və səmimiyyətilə tamamilə fərqlənib. Adam var ki, bir balaca vəzifə kreslosunda əyləşən kimi gözü ayağının altını görmür, elə bil ki, alçaq dağları o yaradıb. Amma Nazim Tağıyev vəzifə pilləsində qalxdıqca bir qədər də sadələşirdi və bir qədər də insanlara, camaata yaxın olurdu. Onun qapısını kim döysəydi, böyük ürək açıqlığıyla qarşılayardı.



Zarafat deyil, Füzuli 1993-cü il avqustun 23-də işğal olunandan sonra nə qədər həmyerlisi kömək üçün ona üz tutuardı. Və Nazim müəllim də bacardığı qədər yanına gələnlərə kömək göstərərdi. Özü kömək göstərə bilmədikdə dostlarından xahiş edərdi ki, bu adamlar çətinə düşüb, ona kömək eləsinlər. Və dostları da çox sağ olsun, onun sözünü yerə salmazdılar, həmin adamlara əl tutardılar.

Mənim Nazim Tağıyevlə tanışlığım 1990-cı illərdə yaranıb. O vaxtlar respublikanın baş prokuroru, gözəl insan, vətənpərvər ziyalı, rəhmətlik İsmət Qayıbov idi. Nazim Tağıyev də baş prokurorluqda İstintaq İdarəsinin rəisi idi. Mən də həmin dövrdə onun nəzarət etdiyi cinayət işindən məhkəmə oçerki yazmışdım. Bu oçerkin sərlövhəsi belə idi: "Qətlin qiyməti əlli min manat!”. Həmni dövrdə Xırdalandakı Pivə Zavodunun direktorunu qətlə yetirmişdilər. İstintaqa da nəzarəti Nazim Tağıyev edirdi. Qısa zaman kəsiyində bu ağır cinayəti törətmiş şəxslər istintaq hərəkətləri nəticəsində tapıldı və onlar məhkəmənin hökmüylə ağır cəzaya məhkum edildilər. Bir dəfə də yazı davam edəndə Aqil Abbas dedi ki, bəs Nazim Tağıyev səninlə görüşmək istəyir. Deyir ki, Faiq Qismətoğlunun məhkəmə oçerki xoşuma gəldi. Tanımadan, bilmədən mənim də adımı çəkib. Təbii ki, biz Nazim müəllimlə elə Respublika Prokurorluğunda görüşüb tanış olduq. Yazıyla bağlı daha maraqlı materiallar verdi. Və o materiallardan da oçerkin sonrakı hissələrində istifadə elədim.

Bu tanışlıqdan sonra Nazim Tağıyevlə bizim aramızda dostluq əlaqəsi yarandı. Lənkəranda prokuror işləyəndə də, hərbi prokurorluqda məsul vəzifədə çalışanda da tez-tez zəngləşərdik. Tez-tez görüşməsək də, amma qəlbən, ruhən bir-birimizə çox yaxın idik. Görüşəndə həmişə Füzulidən danışardı. Heç mən onların Füzuli şəhərindəki evlərini görməmişdim. Deyərdi ki, bizim ev məhkəmənin binasının yaxınlığında yerləşir və evimiz də tez-tez yuxuma girir. Nazim Tağıyevin atası rəhmətlik Hüsü kişi də çox ziyalı, vətənini, torpağını sevən bir ağsaqqal idi. Füzulidə tanınan, sayılıb-seçilən samballı və ağayana ağsaqqal kişilərdən biri idi. Hüsü müəllim rəhmətə gedəndə yas məclisində də iştirak eləmişdik. Onda gördüm ki, ata itkisi Nazim Tağıyevə çox ağır təsir edib. Xüsusəndə vətəndə yox, qərib bir yerdə dünyasını dəyişməyi onu çox narahat edirdi. Amma həyatın da çox sərt üzü var. Və bir də elə Azərbaycanın hər qarış torpağı vətən deyilmi?! Əlbəttə, Azərbaycanın hər ormanı, hər yurdu, hər məkanı bizim üçün vətəndi.

Ədəbiyyatı, poeziyanı və ən nəhayət, gözəl sənət əsərlərini çox sevərdi. Dostluq elədiyi adamların əksəriyyəti ziyalılar idi. Xüsusən də istedadlı yazarlar Seyran Səxavət və Vaqif Bəhmənli ilə çox yaxın münasibətləri vardı. Həmişə görüşəndə elə birinci məndən ya Seyranı, ya da Vaqifi soruşardı. Deyərdi ki, hər ikisinin şeirlərindən və hekayələrindən Füzulinin ətri, qoxusu gəlir. Seyran Səxavətin çox dadlı-duzlu, yumorlu söhbətlərini tez-tez xatlırlayardı. Poçtalyon Qədiri yada salar, onun lətifələrini danışardı və sonra da deyərdi ki, Seyran Səxavət onun obrazını hekayələrində çox gözəl yaradıb.

Əlbəttə, insan savadlı, dünyagörüşü zəngin olanda onunla danışmaq, ünsiyyət yaratmaq və el dilində demiş olsaq, körpü yaratmaq çox asan olur. Mən inanmıram ki, hansısa ziyalı adam Nazim Tağıyevlə söhbət eləyəndə, dərdləşəndə darıxaydı, özünü narahat hiss eləyəydi. Onun oturuşunda da, duruşunda da, danışığında da bir əzəmət, bir şirinlik, bir doğmalıq vardı. Ərgünəşdən, Köndələn çaydan, Füzulinin digər gözəl yerlərindən elə maraqlı söhbət açardı ki, elə bil ki, oturmusan Köndələnin döşündəki Çənlibel restoranında və ordan Köndələnə baxırsan. O, danışmırdı, həm də ürəyinin, qəlbinin səsini, işığını qarşısındakı insanın iç dünyasına ötürərdi. Və onu dinləyəndən sonra Füzulinin bütün gözəlliklərini – çaylarını, göllərini, yaylaqlarını, dağlarını, ormanlarını gəzib gəldiyini hiss edərdin. Hiss edərdin ki, o gözəl yurdun, o gözəl məkanın işığına, nuruna bələnmisən və hətta qəlbinin qaranlığına da bir nur hopub.

O, Bəhmənliyə çox yaxın bir ziyalı idi. Və bu yaxınlıq da tanınmış hüquqşünas Kamran Əhmədovla qohumluqla tamamlanmışdı. Və həmişə də onların mehriban münasibətlərinin, dostluğunun sədasını eşidirdik. Hər iki istedadlı və ədalətli hüquqşünas bir-birini çox gözəl tamamlayırdı. Onları həm də nəvələri birləşdirir. Və bu nəvələr bu gün ömrü yarımçıq qalmış Nazim Tağıyevin ömrünü davam etdirirlər. Çünki Nazim Tağıyev ədalətli və savadlı hüquqşünas olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi. O, gözəl ataydı, gözəl babaydı və gözəl də dostuydu.

Deyirlər ki, əvəzedilməz insan yoxdu. Mən bu fikirlə qətiyyən razı deyiləm. Heç bir insanı kimsə əvəz edə bilməz. O ki, qala ədalətli, vicdanlı və səmimi insan olan Nazim Tağıyevi. Bu cür şəxsiyyətlər öz ömürlərini çox mənalı yaşayırlar və öz izlərini qoyub getməyi bacarırlar. Çünki onlar hansı vəzifədə əyləşməyindən asılı omayaraq, öncə ləyaqəti, öncə ədaləti və öncə həqiqəti üstün tuturlar. Bu dəyərləri üstün tutan insanlar isə heç vaxt yaddan çıxmır və heç vaxt da unudulmurlar.

Dekabr ayının 19-da Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevin Allahın dərgahına qovuşmasının 40 günü tamam olur. Bu 40 gün onun doğmaları üçün, onun yaxınları üçün çox ağır keçib. Ağır keçsə də, onun şərəfli və ləyaqətli ömür yolu onu sevənlərə çox böyük təsəllidi. Ən azından ona görə ki, Nazim Tağıyev kimi istedadlı hüquqşünaslar bu xalqın tarixində həmişə yaşayacaq və xatırlanacaqdı. Qəbrin nurla dolsun, Nazim müəllim!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-06-04
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK