warez forum warez script hacklink Adalet.az | Fəxrəddin Altun: “Sanksiya və təhdidlər bizi..." Adalet.az | Fəxrəddin Altun: “Sanksiya və təhdidlər bizi..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Fəxrəddin Altun: “Sanksiya və təhdidlər bizi..."

19543    |   2019-12-13 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun tvitter səhifəsində, ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsiylə bağlı paylaşım edib.

Adalet.az bildirir ki, F.Altun ABŞ Konqresinin üzvlərindən bəzilərinin məsələ ilə bağlı münasibətinin Türkiyə-Amerika əlaqələrinə xələl gətirdiyini söyləyib: "Dünən Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən qondarma ‘erməni soyqırımı’ ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır. Sülh Çeşməsi əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək. ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik.”

Bundan əlavə F.Altun qeyd edib ki, YPG ilə ittifaq qurmaq əvvəldən bəri ağılsız siyasət idi: "Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik. ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirmək məqsədilə atdıqları hər addımda bu hadisələri araşdırmaq üçün birgə komissiya yaratmaq təklifimizi xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölməməli, əksinə onları birləşdirməlidir. Ancaq son bir neçə aydır ABŞ Konqresinin bəzi üzvləri NATO müttəfiqinin fikirlərini və həssaslıqlarını nəinki görməzdən gəlirler, eyni zamanda iki ölkə və cəmiyyət arasındakı münasibətləri gərginləşdirmək üçün məsuliyyətsiz hərəkət edirlər. Bu qərarlar, Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir fayda gətirməyəcək. Daha əvvəl də qeyd etdiyimiz kimi, ermənilərdən fikir ayrılıqlarımızı elmi və akademik kanallar vasitəsilə uzlaşdıracaq səylərin ABŞ Konqresi tərəfindən ortadan qaldırılmasına imkan yaratmamalarını gözləyirik. Tarix bu qərarları ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və məntiqsiz hərəkətləri olaraq görəcək. Bu qərarlarda imzası olanlar isə iki ölkə əlaqələrində uzunmüddətli ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək.”



İmza:Sübhan
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK