ANA SƏHİFƏ / YAZARLAR

Sizin bələdiyyə başçınız var? - Eminquey yazır

19994    |   2019-12-11 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndiyə kimi bələdiyyəmizin başçısı kimdi, tanımıram. 21 ildi ki, mən burda, rütubət uda-uda ömür çürüdürəm. Yollarımız çala-çuxur, yağış yağan kimi addımbaşı gölməçələr yaranır, kanalizasiyalar daşır, evləri su basır. İşıqlar sönür, qaz zəifləyir. İllərdi ki, plana düşəcək deyirlər, ümidlənirik. Hər il şəhərin baş planında Xutorun da adı gedir, ümidlənirik, amma çifayda. Nə əl-qolumuzu çırmayıb bir təmir edə bilirik. Ki, zəhmətimiz hədər gedəcək gəlib söksələr. Kimin imkanı var, tikir, qaldırır evinin üstünü ki, plana düşəndə çox pul alsın. Nə də ki, sata bilirik bu evi. "Kupça"sı yoxdu. İllərdir deyirlər ki, "kupça" verirlər, ümidlənirik. Amma çifayda. Yoxdu. Mənim nə bu evin üstünü tikəcək imkanım var, nə də burdan əlavə başqa bir ev almağa. Amanım, gümanım bu evdi. Ya plana düşəcək, ev verəcəklər, ya da kupçamı verəcəklər, satacam. İndi utanmaz-utanmaz seçki plakatları yapışdırıblar məhlələrin divarlarına. "Səs verək!". Niyə? Kimə? Hanı o bələdiyyənin başçısı? Niyə bircə dəfə də olsun gəlib baş çəkmir buralara? Heç olmasa seçki ərəfəsi gəlsin. Bələdiyyə nə işə yarayır? Biz niyə problemimizi parlamentdəkilərin üstünə yıxmalıyıq? Bəs bələdiyyə nə üçündü? Mən yorulmuşam bu gecəqondudan. Ömrümün ən enerjili vaxtlarını bu ev aldı məndən. Anamın rahatlıq, genişlik arzuları qaldı ürəyində. Bu rütubət, xəstəlik, əsəb dolu ev aldı məndən. İnsafınız olsun!


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK